İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
12 Sentyabr, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Coca-Cola 2030 Su Təhlükəsizlik Strategiyasını təqdim edib

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Coca-Cola ötən həftə keçirilən Bakı Beynəlxalq Su Konfransında özünün 2030 Su Təhlükəsizlik Strategiyasını təqdim edib.

Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin təşkil etdiyi, dövlət qurumları, özəl sektor və beynəlxalq şirkətlərin nümayəndələrinin iştirak etdiyi Bakı Beynəlxalq Su Konfransında ölkə üçün önəmli olan su problemləri müzakirə edilib. Həm yerli, həm beynəlxalq iştirakçılar su resurslarının qorunması, suyun səmərəli istifadəsi üçün həll yolları təklif edib, beynəlxalq təcrübəni paylaşıblar.

Konfransın əsas tərəfdaşlarından biri olan Coca-Cola fəaliyyətində və məhsullarının istehsalında su ilə bağlı ən yaxşı təcrübələri bölüşərək 2030 Su Təhlükəsizlik Strategiyasını təqdim edib.

2030 Su Strategiyasına uyğun olaraq Coca-Cola fəaliyyət göstərdiyi ölkələrdə su resurslarından səmərəli istifadə və dayanıqlı idarəetmə üçün innovativ texnologiyalardan istifadə edir, eyni zamanda su çatışmazlığı olan ölkələrdə su hövzələrinin qorunması üçün layihələrə dəstək olur.

Strategiyanın təmsil etdiyi 3 təməl sütun aşağıdakılardır:

– İstehsal prosesində istifadə olunan suyun azaldılması və təkrar istifadəsi. Şirkət 2030-cu ilə qədər istehsal müəssisələrində xammal kimi istifadə olunan suyun həcminin 20% azaldılmasını hədəfləyir və bunun üçün yeni texnologiyalardan yararlanır.
– Su hövzələrində suyun mühafizəsi və artırılması, su itkisinin qarşısının alınması. Şirkət istehsalda istifadə etdiyi su həcmi qədər su resurslarının bərpası üçün layihələrə dəstək olur, suyun cəmiyyətə qaytarılmasını hədəfləyir.
– Su problemi olan icmalar üçün təhlükəsiz su təchizatına dəstək. Su qıtlığı və ya içməli su problemi olan icmalara su təchizatı, eyni zamanda fövqəladə hallarda ehtiyacı olanlar üçün su dəstəyi həyata keçirir.

Coca-Cola şirkətinin Avrasiya üzrə İctimaiyyətlə Əlaqələr direktoru Elşad Fərzəliyev bildirib ki, şirkət Azərbaycanda bu istiqamətində müxtəlif layihələr həyata keçirir:

“Coca-Cola sərinləşdirici içki sektorunda sudan dayanıqlı istifadə sahəsində qabaqcıl təcrübəyə malikdir. Bizim 2030 Su Təhlükəsizlik Strategiyamıza uyğun olaraq Azərbaycanda sudan istifadənin azaldılması, su resurslarının bərpası və qorunması sahəsində bir sıra layihələr həyata keçirməkdəyik. Abşeron ərazisində Coca-Cola Fondunun dəstəyi ilə əkilən ümumilikdə 100 min ağacın suvarılmasında su israfının qarşısını almaq üçün damcı-suvarma sistemi quraşdırmışıq. ADA Fondu ilə əməkdaşlıq edərək ADA Universitetinin ərazisində ağacların suvarılması üçün yeraltı sulardan təkrar istifadəyə yönələn “Suyu qoru, təbiəti canlandır” layihəsinə başlamışıq.  Bu il Azərbaycanda Yaşıl Dünya Naminə Həmrəylik İli və COP29 beynəlxalq tədbirinin olacağını nəzərə alaraq yeni ekoloji layihələr nəzərdə tutmuşuq”.

Qeyd edək ki, Coca-Cola məhsullarını 200-dən çox ölkədə satan qlobal içki şirkətidir və məqsədi dünya istehlakçılarını təravətləndirmək və fərqlilik yaratmaqdır. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın  yaradılması ilə başlayıb və o vaxtdan bəri Coca-Cola, Fanta, Sprite, Bonaqua, Cappy və Fuse Tea kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur. 400-ə yaxın işçisi olan Coca-Cola Azərbaycan eyni zamanda təchizat zənciri vasitəsilə 5000-dən çox iş yerini dəstəkləyir. Şirkət tullantıların azaldılması, su ehtiyatının qorunması, qadın və gənclərin iqtisadi imkanlarının artırılması məqsədi ilə icma layihələrinə 3 milyon dollardan çox sərmayə yatırıb.





PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

COP29 bizə onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər

Növbəti xəbər

Neftçalada Novruz bayramında şəhid ailələri ziyarət olunub

Əlaqədar Xəbərlər

Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib
Sosial

Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib

1 gün əvvəl
QHT nümayəndələri Qadın Uzunömürlük Rezidensiyasında olublar
Sosial

QHT nümayəndələri Qadın Uzunömürlük Rezidensiyasında olublar

4 gün əvvəl
Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib 
Sosial

Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib 

2 həftə əvvəl
Uğurlu inkişafın təməli
Sosial

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

2 həftə əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüşüb
Sosial

Könül Nurullayeva vətəndaşlarla görüşüb

3 həftə əvvəl
Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb
Sosial

Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb

4 həftə əvvəl
Növbəti xəbər
Neftçalada Novruz bayramında şəhid ailələri ziyarət olunub

Neftçalada Novruz bayramında şəhid ailələri ziyarət olunub

Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib
Sosial

Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib

1 gün əvvəl
“Statusbaz!” – Elşən Musayevin yazısı…
Siyasət

“Statusbaz!” – Elşən Musayevin yazısı…

2 gün əvvəl
Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib

3 gün əvvəl
“Bəs deyirdin, pul yoxdur?” – Elşən Musayevdən Tural Sadıqlıya sərt sözlər!!!
Gündəm

“Bəs deyirdin, pul yoxdur?” – Elşən Musayevdən Tural Sadıqlıya sərt sözlər!!!

3 gün əvvəl
QHT nümayəndələri Qadın Uzunömürlük Rezidensiyasında olublar
Sosial

QHT nümayəndələri Qadın Uzunömürlük Rezidensiyasında olublar

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.