İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
16 İyul, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Çətin vəziyyətlə üzləşən insanların yanında olmaq, onların ehtiyaclarına dəstək vermək həm beynəlxalq humanitar prinsiplərin, həm də milli-mənəvi dəyərlərimizin tələblərindən irəli gəlir

3 ay əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Dəyərli həmvətənlər!

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə İran İslam Respublikasının xalqına göstərilən humanitar yardım təşəbbüsü mürəkkəb və həssas bir dövrdə həyata keçirilən mühüm və düşünülmüş addımdır. Müharibə və gərginlik şəraitində mülki əhalinin üzləşdiyi çətinliklərin azaldılması baxımından bu cür yardımlar xüsusi əhəmiyyət kəsb edir.

Qeyd etmək lazımdır ki, humanitar yardım hər hansı siyasi mövqedən daha çox, insani dəyərlərin ifadəsidir. Çətin vəziyyətlə üzləşən insanların yanında olmaq, onların ehtiyaclarına dəstək vermək həm beynəlxalq humanitar prinsiplərin, həm də milli-mənəvi dəyərlərimizin tələblərindən irəli gəlir.

Azərbaycanın bu addımı bir daha göstərir ki, ölkəmiz regionda yalnız siyasi və iqtisadi baxımdan deyil, eyni zamanda humanitar sahədə də məsuliyyətli və etibarlı tərəfdaşdır. Bu cür təşəbbüslər dövlətimizin sülhə, sabitliyə və insan həyatının qorunmasına verdiyi önəmin bariz nümunəsidir. Bu yanaşma Azərbaycanın beynəlxalq humanitar missiyalara verdiyi töhfələrin davamlı xarakter daşıdığını da bir daha təsdiqləyir.

Eyni zamanda bu yardım iki xalq arasında mövcud olan tarixi, mədəni və insani bağların daha da möhkəmlənməsinə xidmət edir. Çətin günlərdə göstərilən dəstək xalqlar arasında qarşılıqlı etimadı artırır və gələcək əməkdaşlıq üçün sağlam zəmin yaradır.

Düşünürəm ki, humanitar yardımların əsas mahiyyəti məhz belə məqamlarda özünü göstərir – insan həyatının, sağlamlığının və rifahının qorunması hər zaman prioritet olmalıdır. Azərbaycan bu prinsiplərə sadiq qalaraq, regionda humanitar həmrəyliyin güclənməsinə töhfə verməyə davam edir.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Könül Nurullayeva vətəndaşlarla növbəti dəfə görüş keçirib

Növbəti xəbər

Deputat: “Azərbaycan və Gürcüstan uğurlu əməkdaşlıq modelini inkişaf etdirir”

Əlaqədar Xəbərlər

ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb
Gündəm

ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb

3 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Slovakiya–Azərbaycan münasibətləri yeni inkişaf mərhələsində

3 saat əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Şuşa – beynəlxalq dialoq və media əməkdaşlığının mərkəzi

3 saat əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

Şahin İsmayılov: Şuşa Forumu beynəlxalq media məkanında nüfuzlu platformalardan birinə çevrilib

1 gün əvvəl
“Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı”
Gündəm

“Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı”

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

TRIPP layihəsi regionun nəqliyyat bağlılığı xəritəsini tamamilə dəyişəcək, Cənubi Qafqazda təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək

1 gün əvvəl
Növbəti xəbər
“Azərbaycan–Serbiya əlaqələri strateji mövqelərin möhkəmlənməsinə xidmət edir”

Deputat: “Azərbaycan və Gürcüstan uğurlu əməkdaşlıq modelini inkişaf etdirir”

ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb
Gündəm

ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb

3 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Slovakiya–Azərbaycan münasibətləri yeni inkişaf mərhələsində

3 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Slovakiya–Azərbaycan münasibətləri yeni inkişaf mərhələsində

3 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

3 saat əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Şuşa – beynəlxalq dialoq və media əməkdaşlığının mərkəzi

3 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.