İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
17 May, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Bu xətti aşanlar cəmiyyətin gözündə heç vaxt qəhrəman ola bilməzlər

4 ay əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Hər bir insanın istər adi vətəndaş olsun, istərsə də ölkə rəhbərinin ailə üzvü şəxsi həyatı toxunulmazdır. Bu prinsip bütün hüquqi dövlətlərdə qəbul olunmuş qırmızı xətdir. Bu xətti aşanlar cəmiyyətin gözündə heç vaxt qəhrəman ola bilməzlər. Əksinə, belə davranışlar nifrət və ikrah doğurur.

Bu sözləri Milli Cəbhə Partiyasının (MCP) sədr müavini Ehtiram Mehtiyev sosial şəbəkə hesabında yazıb:

“Son günlər xaricdə məskunlaşmış, özlərini “mühacir bloger” kimi təqdim edən bəzi ünsürlərin Azərbaycan dövlətini və onun atributlarını hədəf alan çirkin kampaniyalarına şahidlik edirik. Bu şəxslər sosial şəbəkələrdə saxta, montaj olunmuş videolar yaymaqla cəmiyyətdə nifrət toxumu səpməyə, şantaj və böhtan yolu ilə təhqiramiz çağırışlar etməyə çalışırlar.

Bu cür davranış nə söz azadlığıdır, nə də mübarizə metodu. Bu açıq-aşkar mənəvi dəyərlərdən uzaqlaşmanın və şəxsi məsuliyyətsizliyin göstəricisidir. Xüsusilə Azərbaycan qadınına və ailə institutuna qarşı dil uzadan, böhtan atan şəxslər əslində öz ailə dəyərlərinə hörmət etməyən, mənəvi boşluq içində olan insanlardır. Aparılan bu çirkin hücumlar mahiyyət etibarilə Azərbaycan dövlətinə, onun milli dəyərlərinə qarşı yönəlmiş məqsədli informasiya təxribatıdır. Bu şəxslər saxta videolar və şər-böhtan vasitəsilə cəmiyyətdə süni maraq yaratdıqlarını düşünürlər. Reallıq isə tam əksini göstərir Azərbaycan cəmiyyəti bu cür məkrli və ucuz fəaliyyətləri qətiyyətlə rədd edir.

Ölkədən kənarda oturaraq nifrət dili ilə danışmaq, ailə üzərindən şantaj qurmaq nə cəsarətdir, nə də mübarizə. Bu sadəcə nankorluğun və mənəvi boşluğun bariz nümunəsidir. Azərbaycan dövləti və xalqı bu cür provokasiyalar qarşısında hər zaman ayıq-sayıq olub və bundan sonra da olacaq”

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Davosda aparılan müzakirələr ölkəmizin siyasi və iqtisadi gündəliyinin zəngin olduğunu göstərir – ŞƏRH

Növbəti xəbər

Deputatlar “Qarabağ”ın oyunçuları ilə görüşəcək

Əlaqədar Xəbərlər

Azərbaycan Cənubi Qafqazda əsas söz sahibinə çevrilib – komitə sədri
Gündəm

Azərbaycan Cənubi Qafqazda əsas söz sahibinə çevrilib – komitə sədri

17 saat əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Hamısı “ağsaqqal” olub, məsləhət vermək sevdasına düşüblər” – Elşən Musayev

4 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Xidmətlrini Ermənistan uğruna yerinə yetirən ədalətsiz qurum

5 gün əvvəl
Makronun məntiqsiz “vasitəçilik” ritorikası: İrəvan Parisin çətiri altında
Gündəm

Makronun məntiqsiz “vasitəçilik” ritorikası: İrəvan Parisin çətiri altında

6 gün əvvəl
Böyük Qayıdış Heydər Əliyev ideyalarının çağdaş təntənəsidir
Gündəm

Böyük Qayıdış Heydər Əliyev ideyalarının çağdaş təntənəsidir

6 gün əvvəl
20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz
Gündəm

Ulu Öndər ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur

7 gün əvvəl
Növbəti xəbər
Deputatlar “Qarabağ”ın oyunçuları ilə görüşəcək

Deputatlar “Qarabağ”ın oyunçuları ilə görüşəcək

Azərbaycan Cənubi Qafqazda əsas söz sahibinə çevrilib – komitə sədri
Gündəm

Azərbaycan Cənubi Qafqazda əsas söz sahibinə çevrilib – komitə sədri

17 saat əvvəl
“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur
Xüsusi

“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur

4 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Hamısı “ağsaqqal” olub, məsləhət vermək sevdasına düşüblər” – Elşən Musayev

4 gün əvvəl
“Peşəkar tədrisə doğru” qrant layihəsi uğurla başa çatıb
Sosial

“Peşəkar tədrisə doğru” qrant layihəsi uğurla başa çatıb

4 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Xidmətlrini Ermənistan uğruna yerinə yetirən ədalətsiz qurum

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.