İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
20 Sentyabr, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan təşkilat çərçivəsində fəaliyyətini tam uğurla davam etdirir

3 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə qoşulub.Həmin tarixdən başlayaraq təşkilatın inkişaf və güclənməsinə öz töhfəsini verir. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə dünyada BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrliyinə başladı. Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir.

“Rəhbərlik etdiyi dövrdə fəaliyyətini uğurla davam etdirdi.Birləşmiş Millətlər Təşkilatı çərçivəsində vaksinlərin ədalətsiz bölgüsünə etiraz mahiyyəti daşıyan qətnamə qəbul edildi.Azərbaycanın bu istiqamətdə fəallığı və gördüyü işlər nəzərə alınaraq keçən il Azərbaycanın təşkilata sədrliyi daha bir ildə uzadıldı.Bu müddətdə Azərbaycan öz fəaliyyətini qoruyaraq Qoşulmama Hərəkatının Parlament və Gənclər şəbəkəsinin yaradılmasına nail oldu.Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan təşkilat çərçivəsində fəaliyyətini tam uğurla davam etdirir.Prossesə öz töhfəsini verir.

Hərəkat özündə dünyanın 120 ölkəsini birləşdirir.Üzv olan ölkələr Azərbaycanın mövqeyini dəstəkləyirlər.

Ölkəmizin Qarabağ və digər məsələlərlə bağlı mövqeyini dəstəkləyərək onun yanında olublar.

Haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhdlər edilsə də, həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dost ölkələr Azərbaycana qarşı yönəlmiş əməllərin qarşısını aldılar. Bununla da ermənipərəst qüvvələrin Azərbaycana qarşı hücumu fiaskoya uğradı.

2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır.

Bütün çətinliklərə baxmayaraq, Azərbaycan işğaldan azad edilmiş 10 min kvadratkilometrlik ərazidə özünün maliyyə imkanları hesabına sıfırdan irimiqyaslı yenidənqurma işlərini uğurla həyata keçirir.

Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı bir sıra mühüm məsələlərə toxundu. Dövlət başçısı eyni zamanda Fransanın müstəmləkəçilik siyasəti haqqında söz açdı və Fransanın müxtəlif ölkələrdə törətdiyi soyqırımlardan danışdı.

Prezidentin Fransanın siyasəti ifşa edən növbəti çıxışının şahidi olduq. Cənab Prezident Fransanı sərt formada tənqid etdi və bu tənqidlərin də ciddi əsasları var. Tarixə baxanda görürük Fransanın əli milyonlarla insanın qanına batıb.

Təəssüf ki, Avropada islamofob meyllər getdikcə artır. Bir sıra ölkələrdə Quranın yandırılması, eləcə də müsəlmanlara qarşı dözümsüz münasibətlər geniş vüsət alır.

Həmin ölkələrin başında Fransa durur: “Fransa davamlı olaraq bir sıra məsələlərdə Azərbaycanı günahlandırmağa çalışır. Reallıq isə odur ki, özünü demokratiyanın beşiyi sayan Fransada Əlcəzair vətəndaşlarının sümükləri muzeydə nümayiş etdirilir. Onlar hələ də bu siyasəti davam etdirir, müsəlmanlara qarşı yenə amansız hərəkətlər edir. Fransa Azərbaycana qarşı da təxribatçı çıxışlar edir. Fransa Azərbaycanın daxili işlərinə qarışmalı deyil. Eyni zamanda sülhün bərqərar olmasına mane olmalı deyil”.

Mili Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Şuşa Qarabağın tacıdır

Növbəti xəbər

Fransanın beynəlxalq utancı

Əlaqədar Xəbərlər

“Statusbaz!” – Elşən Musayevin yazısı…
Siyasət

“Statusbaz!” – Elşən Musayevin yazısı…

1 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Türk dünyasının güclənməsinə doğru

4 həftə əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

2 ay əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

2 ay əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanğıcı

2 ay əvvəl
Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır
Siyasət

Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır

2 ay əvvəl
Növbəti xəbər
Fransanın beynəlxalq utancı

Fransanın beynəlxalq utancı

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Bu gün Azərbaycan Respublikası tam suveren dövlət kimi yaşayır

13 saat əvvəl
Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

“Əvvəldən tapşırılmamısansa, sənə imkan verməyəcəklər!” – Elşən Musayev

2 gün əvvəl
Beynəlxalq və yerli layihələrdə qazanılmış 10 illik targetinq təcrübəsi «Shukurov Academy»-nin tədris proqramında!
Texnologiya

Beynəlxalq və yerli layihələrdə qazanılmış 10 illik targetinq təcrübəsi «Shukurov Academy»-nin tədris proqramında!

2 gün əvvəl
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
Dünya

Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib

2 gün əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Bu gün, biz azad edilmiş torpaqlarda yaşayırıq

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.