İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
11 Oktyabr, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Bu gün Cəbrayıl öz sakinlərini yenidən qucaqlayır

1 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

 

İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq qələbəsi nəinki ölkə tarixinin, bütövlükdə dünyanın hərbi əfsanəsinə çevrildi. 4 oktyabr 2020-ci il tarixində Ali Baş Komandan İlham Əliyevin müjdəsini verdiyi Cəbrayıl şəhəri 27 illik əsarətdən sonra işğaldan azad olundu. Nəhayət ki, Cəbrayıl uzun müddət düşmən tapdağında qaldıqdan sonra işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi.

Həmin gün bütün Azərbaycan xalqı, o cümlədən cəbrayıllılar, böyük sevinc içində idilər. Bu tarixi müjdəyə sevinən xalqımız Azərbaycanın bütün şəhər və bölgələrində üçrəngli bayraqlarımızı dalğalandıraraq, bir daha qələbəmizə olan sevgilərini böyük coşqu ilə nümayiş etdirdilər. Bu günü görmək, bu sonsuz sevinc hisslərini yaşamaq xalqımızın ən böyük arzusu idi.

Ermənilər Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.

1993-cü ildən ötən dövr ərzində böyük əziyyətlər hesabına əldə edilən nailiyyətlər, qazanılan uğurlar zərrə-zərrə bizi möhtəşəm qələbəyə yaxınlaşdırdı. Bu böyük sevinci cəbrayıllılara, bütün xalqımıza bəxş edən möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, xalqımızın bütün igid, qəhrəman əsgər və zabitlərinə ürəkdən təşəkkür edirik. Sevinirik ki, həyat öz axarına düşür, Cəbrayıl camaatı öz ata-baba yurdlarına qayıdır və yenidən xoşbəxt, firavan həyat sürməyə başlayır.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Cəbrayılda böyük quruculuq və abadlıq işləri həyata keçirilir. Cəbrayıllılar Prezident İlham Əliyevin Cəbrayıla səfər zamanı onun ictimaiyyət nümayəndələri ilə görüşünü yaxşı xatırlayırlar.

Səfər çərçivəsində Prezident İlham Əliyev “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimində, “Cəbrayıl” yarımstansiyanın, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak etmişdir. Bundan başqa Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməli qoyulmuşdur.

Bütün bunlar onu söyləməyə əsas verir ki, tezliklə Cəbrayıl eləcə də işğaldan azad olunmuş digər rayonlarımız dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək.

İşğaldan azad edilən bölgələrin yenidən qurulması və dirçəlməsi üçün davamlı tədbirlər həyata keçirilir. Bu istiqamətdə ən çox diqqət çəkən məqamlardan biri də yeni məktəblərin tikilməsidir. Şuşada, Füzulidə, Xankəndidə və digər bölgələrdə, bu gün isə Cəbrayılda məktəbin fəaliyyətə başlaması qürurvericidir.

Bu gün Cəbrayıl şəhərinə gedib sakinlərlə görüşəndə, orada görülən işlərlə tanış olanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən güclü siyasətin, xalqımızın böyük qəhrəmanlığı və Qarabağ zəfərinin nəticəsini müşahidə edirik. Müzəffər Ali Baş Komandanın iradəsi, ordumuzun rəşadəti sayəsində torpaqlarımız işğaldan azad edildi və bu gün Cəbrayıl öz sakinlərini yenidən qucaqlayır.

Azərbaycanın iqtisadi gücü, həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, dövlətimizin siyasi möhkəmliyi məhz bu reallığı təmin edib. Ölkəmizin hər bir bölgəsində, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr, Prezidentimizin uzaqgörən siyasətinin bariz göstəricisidir.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Dekorativ-tətbiqi sənətinin ARTSHOPAZ platformasının mobil tətbiqin hazırlanması” adlı layihənin təqdimatı baş tutub

Növbəti xəbər

Ulu Öndərin 1993-cü ildə Azərbaycanın Prezidenti seçilməsi müasir tariximizdə dönüş nöqtəsi oldu

Əlaqədar Xəbərlər

Kamran Bayramov: Azərbaycanın Məşvərət Şurasında yer alması geostrateji zərurətdir
Gündəm

Kamran Bayramov: Azərbaycanın Məşvərət Şurasında yer alması geostrateji zərurətdir

2 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi 

2 gün əvvəl
Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı
Gündəm

Zəfərdən suverenliyə, suverenlikdən yeni inkişaf mərhələsinə

3 gün əvvəl
Beyləqanda YAP-ın VIII Qurultayı ilə əlaqədar müşavirə keçirilib
Gündəm

Beyləqanda YAP-ın VIII Qurultayı ilə əlaqədar müşavirə keçirilib

5 gün əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Qələbələrdən Böyük Qayıdışa: YAP-ın tarixi missiyası 

5 gün əvvəl
Kamran Bayramov: YAP qurultayı Azərbaycanın suveren siyasi kursunu möhkəmləndirdi
Gündəm

Kamran Bayramov: YAP qurultayı Azərbaycanın suveren siyasi kursunu möhkəmləndirdi

6 gün əvvəl
Növbəti xəbər
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir

Ulu Öndərin 1993-cü ildə Azərbaycanın Prezidenti seçilməsi müasir tariximizdə dönüş nöqtəsi oldu

Kamran Bayramov: Azərbaycanın Məşvərət Şurasında yer alması geostrateji zərurətdir
Gündəm

Kamran Bayramov: Azərbaycanın Məşvərət Şurasında yer alması geostrateji zərurətdir

2 gün əvvəl
Azərbaycanın arxalandığı güc
Siyasət

Xəzərdən Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq

2 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi 

2 gün əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Sosial

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

3 gün əvvəl
Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı
Gündəm

Zəfərdən suverenliyə, suverenlikdən yeni inkişaf mərhələsinə

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.