İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
23 İyun, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Bu, Azərbaycanın güclü ölkəyə çevrilməsinə imkan yaradacaq – Açıqlama

7 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Azərbaycanda  beynəxalq səviyyəli mötəbər tədbirlərin keçirilməsinə ev sahibliyi etməsi artıq bir ənənə halını alıb. Bəzən ölkəmizdə ildə bir neçə dəfə beynəlxalq əhəmiyyətli tədbrilər ən yüksək səviyyədə təşkil olunaraq keçirilir. Bunlar arasında dünyanı narahat edən, xüsusən də qlobal humanitar problemlərin həllinə həsr olunmuş tədbirlər də az deyil. Bunun nəticəsidir ki, Bakı artıq dünyanın humanitar problemlərinin müzakirə edildiyi bir dialoq mərkəzinə çevrilib.  Bu gün Azərbaycanın yüksək səviyyədə uğurla ev sahibliyi etdiyi  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi növbəti dünya əhəmiyyətli bir mötəbər tədbiri də bunun bariz nümunəsidir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi beynəlxalq aləmdə oynadığı fəal rolun nəticəsi deyil, bu, həm ölkəmizin belə ciddi problemlərin həllinə verdiyi töhfənin, o cümlədən cənab Prezident İlham Əliyevə olan yüksək etimadın göstəricisidir”.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

Komitə sədrinin sözlərinə görə, məhz bütün bu deyilənlərin göstəricisi olaraq, dünyanın 200 ölkəsi qlobal iqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı COP29-a Azərbaycanın ev sahibliyi etməsinə yekdilliklə səs veriblər. “Bu onu da deməyə əsas verir ki, Azərbaycan beynəlxalq arenada baş verən proseslərə fəal rol oynayan ölkə kimi qəbul edilir”, – o qeyd edib.

Deputat onu da bildirib ki, Azərbaycan belə bir mötəbər tədbirə ev sahibliyi etmək kimi məsuliyyəti üzərinə götürdükdən sonra bəzi Qərb ölkələrinin ölkəmizə qarşı qarayaxma kampaniyası başlandı: “Bu həmin ölkələrdir ki, özləri qlobal iqlim dəyişikliyinə qarşı mübarizənin təşəbbüskarı  və bu prosesin önündə getdiklərini ididia edirlər. Lakin biz realda bunun tam əksini gördük. Başda Fransa olmaqla bəzi Qərb ölkələri  qlobal ilqim dəyişikliyinə qarşı Bakıda keçiriləcək COP29-u baykot taktikasını seçdilər. Ələrində olan bütün mümkün resurslardan. QHT və media qurumlarından istifadə edərək  azərbaycanı hədəf seçdilər. Amma hər zaman olduğu kimi, onları bu səyləri nəticə vermədi. Cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu diplomatiya nəticəsində bütün hücumlar uğursuzluğa düçar edildi. Bütün bu cəhdlərə baxmayaraq tədbir ən yüksək səviyyədə təşkil edilərək uğurla keçirilməkdədir. Tədbirdə iştirak etmək üçün dünyanın 196 ölkəsindən 70 mindən artıq nümayəndə qeydiyyatdan keçib. Bunlaırn arasında isə 80 ölkə prezidenti, baş naziri, vitse-prezidenti var. Noyabrın 12-də COP29-un Liderlər Sammitinin ən yüksək səviyyədə keçməsi boykotçulara ağır zərbə oldu. Onlar bir daha Azərbaycanın hansı gücə malik olduğunu gördülər”.

Tədbrin əhəmiyyətinə toxunan deputat bildirib ki, Azərbaycan  qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə öz töhfəsini verməklə yanaşı, bu fürsətdən ölkəmizin gələcək inkişafı və milli maraqları üçün istifadə edəcək: “Azərbaycan  artıq bununal bağlı strategiyasını müəyyənləşdirib. Azərbaycan yerləşdiyi coğrafiyanın imkanlarından faydalanmaqla  yaşıl enerji sahəsində də bir qovşaq ölkə rolunu oynayacaq. COP29-un sədri kimi Azərbaycan çalışacaq ki, inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə versin və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurmağa nail olacaq. Bu həm Azərbaycanın beynəlxalq miqyasda ciddi oyunçu rolunda çıxış etməsinə, həm də ölkənin gələcək inkişafı, təhlükəsizliyi baxımdan mühüm rol oynamasına geniş imkanlar yaradacaq. Bir sözlə, Azərbaycan yaranmış fürsəti dəyərləndirib elan etdiyi milli hədəflərə nail olunması üçün istifadə edəcək. Nəticədə Azərbaycan dünyada daha güclü, qüdrətli və dayanıqlı inkişaf edən nüfuzlu bir ölkəyə çevriləcək”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Zəfər parkı – mübarizə rəmzi

Növbəti xəbər

Azərbaycanın ilk müstəqil Konstitusiyası

Əlaqədar Xəbərlər

Azərbaycanın arxalandığı güc
Gündəm

“Güclü ordu – güclü dövlət” prinsipi

2 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir

2 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi – Şuşa Bəyannaməsi

6 gün əvvəl
Azərbaycan-Çin münasibətlərinin inkişafına sanballı töhfə
Gündəm

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti

6 gün əvvəl
Şuşa bəyannaməsinə aparan yol
Gündəm

Şuşa bəyannaməsinə aparan yol

6 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Azərbaycan xalqının tarixi nailiyyəti

1 həftə əvvəl
Növbəti xəbər
Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl enerji sahələrinə diqqətinin göstəricisi

Azərbaycanın ilk müstəqil Konstitusiyası

Cəbrayıldakı isti ocaqlar…
Sosial

Güclü Azərbaycan Ordusunun təntənəsi

2 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

“Güclü ordu – güclü dövlət” prinsipi

2 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir

2 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi – Şuşa Bəyannaməsi

6 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.