İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
30 Sentyabr, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Böyük tariximizi yaşadan Şuşa həm də gələcəyə inamla addımlayan müasir Azərbaycan şəhərinə çevrilir – RƏY

11 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Şuşa şəhərinin azad edilməsi Vətən müharibəsində parlaq Qələbəmizin qazanılmasında olduqca həlledici amil oldu. Azərbaycanın incisi hesab olunan Şuşa ölkəmizin tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biridir. Vətən müharibəsi dövründə Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində müxbirin Şuşa ilə bağlı sualına cavabında Müzəffər Ali Baş Komandan “Şuşasız bizim işimiz yarımçıq qalar” deyərək Şuşanın işğaldan azad edilməsinin qarşıda duran hədəflər arasında xüsusi yer tutduğunu bildirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.

“Dövlətimizin başçısının müdrikliyi, qətiyyəti, Azərbaycan Ordusunun gücü, peşəkarlığı sayəsində noyabrın 8-də Şuşa şəhəri işğalçılardan azad edildi. Şuşa əməliyyatında Azərbaycan oğullarının nümayiş etdirdikləri şücaət dünya hərb tarixində misilsiz qəhrəmanlıq nümunəsi kimi dəyərləndirilir. Yüngül silahlarla silahlanmış əsgər və zabitlərimiz uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək şəhərə daxil oldular, düşməni məhv edərək Qarabağın döyünən qəlbi olan Şuşadan qovdular”, – deyə deputat bildirib.

Komitə sədri qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin vəsiyyətini uğurla həyata keçirən Müzəffər Ali Baş Komandan 2020-ci il 8 noyabr tarixində Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi, xalqa müraciətində Şuşanın azad olunması xəbərini xalqımıza çatdırdı. Bu, dövlətimizin başçısının müəyyənləşdirdiyi, nəticəyə hesablanmış strategiyasının məntiqi nəticəsi idi, Şuşa qüdrətli Azərbaycanın gücü hesabına azad edildi və əsl sahibinə geri qayıtdı.

Bu gün Şuşanın tarixi simasını bərpa etdiyini söyləyən Şahin İsmayılov mədəniyyət paytaxtımızda dövlətimiz tərəfindən müasir standartlara uyğun olaraq mühüm layihələrin icra olunduğunu bildirib. Müasir standartlara cavab verən yaşayış kompleksləri inşa olunur, tarixi abidələr, muzeylər bərpa edilir.

Komitə sədri bildirib ki, Azərbaycanın mədəniyyət mərkəzi kimi tanınan Şuşa, eyni zamanda, mühüm siyasi müzakirələrin aparıldığı, qərarların qəbul olunduğu məkan kimi də böyük nüfuza malikdir. Azərbaycan-Türkiyə münasibətlərinin strateji müttəfiqlik yüksəlməsini təmin edən Şuşa Bəyannaməsini, Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə Görüşünü, müxtəlif ölkələrin liderlərinin mədəniyyət paytaxtımıza səfərlərini qeyd etmək lazımdır.

“Şuşa artıq beş ildir ki, azaddır. Mədəniyyətimizin beşiyi hesab olunan bu füsunkar şəhər yenidən gözəl mədəniyyət tədbirlərinə, festivallara, poeziya gecələrinə ev sahibliyi edir. Bir sözlə, özündə böyük tariximizi yaşadan Şuşa həm də gələcəyə inamla addımlayan müasir Azərbaycan şəhərinə çevrilir”, – deyə parlamentari vurğulayıb.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Tarixi Zəfərin 5 illiyi: möhtəşəm hərbi-siyasi qələbələr və yeni strateji hədəflər

Növbəti xəbər

Qələbədən Türk dünyasının birliyinə gedən yol – Mövqe

Əlaqədar Xəbərlər

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır
Gündəm

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır

19 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Azərbaycanın tranzit, enerji və rəqəmsal inkişaf potensialı

20 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Müstəqil Azərbaycan dövləti üçün beynəlxalq əməkdaşlıq əlaqələrinin gücləndirilməsi prioritet məsələdir

2 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Bugünkü dünyada ən önəmli amillərdən biri siyasi və iqtisadi sabitlikdir

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Sabit iqtisadiyyat və müstəqil maliyyə və iqtisadi sistem olmasaydı, bu gün gələcəkdən danışmaq çətin olardı

2 gün əvvəl
Şuşadan “Böyük 20”liyə verilən təklif
Gündəm

27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə

2 gün əvvəl
Növbəti xəbər
Akademik Zərifə Əliyeva gənc nəsillər üçün örnəkdir

Qələbədən Türk dünyasının birliyinə gedən yol - Mövqe

“Loqos Qadın Uzunömürlük Rezidensiyası”nın və Qənirə Paşayevanın Xatirə Otağının açılış mərasimi keçirilib
Sosial

“Loqos Qadın Uzunömürlük Rezidensiyası”nın və Qənirə Paşayevanın Xatirə Otağının açılış mərasimi keçirilib

18 saat əvvəl
Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır
Gündəm

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır

19 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Azərbaycanın tranzit, enerji və rəqəmsal inkişaf potensialı

20 saat əvvəl
Uğurlu inkişafın təməli
Sosial

Azərbaycanın dayanıqlı iqtisadi inkişaf perspektivləri

20 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Müstəqil Azərbaycan dövləti üçün beynəlxalq əməkdaşlıq əlaqələrinin gücləndirilməsi prioritet məsələdir

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.