İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
2 Dekabr, 2025 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

BMT tribunasından birliyə və həmrəyliyə çağırış

2 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi praqmatik xarici siyasət kursu ölkəmizə qlobal müstəvidə etibarlı strateji tərəfdaş imici qazandırıb. Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, regional əməkdaşlığın dərinləşməsinə xidmət edən təşəbbüsləri uzun illərdir bölgədə və daha geniş coğrafiyada davamlı və dayanıqlı inkişafa töhfə verir. Dünyada sülhü və konstruktiv əməkdaşlığı tərənnüm edən Prezident İlham Əliyev BMT-nin yüksək tribunasından müasir və qüdrətli Azərbaycanın təqdimatını etdi.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov qəzetimizə açıqlamasında bildirib ki, otuz il ərzində Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkən Azərbaycan Vətən müharibəsində parlaq Zəfərə imza ataraq ərazi bütövlüyünü bərpa edib. Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında tarixi qələbəmizdən və sülhə aparan uzun yoldan, Azərbaycan tarixində yeni dövrdən, qurtuluş müharibəsi ilə işğala necə son qoyulduğundan bəhs edərək müharibədə və sülh prosesində mütləq qələbə qazanan müasir, qüdrətli, dinamik inkişaf edən Azərbaycanı dünyaya təqdim etdi.

Ölkə rəhbəri çıxışında Azərbaycanın müdrikliklə həyata keçirdiyi enerji siyasətindən də söz açdı. Komitə sədri dedi ki, prezident çıxışında qeyd etdiyi kimi, Azərbaycan boru kəməri vasitəsilə Qərbi qazla təmin edən ölkələr sırasında dünyada birinci yeri tutur: “Təbii ki, məhz ölkə başçısının uzaqgörənliyi sayəsində icra olunan nəhəng enerji layihələri Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinə böyük töhfə verib. Azərbaycan qazı bu gün dünyanın 14 ölkəsinə nəql olunur ki, onların da əksəriyyəti Avropa ölkələridir. Həmçinin bu gün Azərbaycan qazı Türkiyə ərazisindən Suriyaya nəql olunur. Bu da ölkəmizin enerji bazarlarında artan rolunun göstəricisidir”.

COP29 kimi mötəbər tədbiri Azərbaycanın bir ildən az müddətdə uğurla təşkil etdiyini deyən Şahin İsmayılov bildirib ki, beynəlxalq konfransa 80 dövlət və hökumət başçısı, ümumilikdə isə 76 mindən çox iştirakçı qatılıb. Azərbaycanın uğurlu sədrliyi nəticəsində COP29 böyük nailiyyətlərə imza atdı, tarixi nəticələr qazandı.

Komitə sədri qeyd edib ki, ölkəmiz uzun illərdir beynəlxalq aləmə inteqrasiya prosesini milli maraqlar nəzərə alınmaqla inkişaf etdirir: “Təbii ki, beynəlxalq təşkilatlarla münasibətlərin daha da dərinləşdirilməsi Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərindəndir. 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, 2019-2023-cü illərdə 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun əyani göstəricisidir”.

Ş.İsmayılov vurğulayıb ki, ədalət, sabitlik, qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında Azərbaycanı zirvələrə çatdıran Prezident İlham Əliyev nitqinin sonunda verdiyi mesajla bütün dünya xalqlarını ortaq gələcəyimiz naminə birliyə və həmrəyliyə çağırıb.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

27 Sentyabr – dünya erməniçiliyi üzərində Qələbəyə gedən yol – Mövqe

Növbəti xəbər

Azərbaycan həqiqətlərinin beynəlxalq tribunadan bəyanı

Əlaqədar Xəbərlər

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Kəlbəcərin azad edilməsi Azərbaycanı bölgədə daha güclü hərbi-siyasi aktora çevirdi

1 həftə əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Xüsusi

Şahin İsmayılov: Büdcə dövlətin, həm də güc doktrinasıdır

2 həftə əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Xüsusi

Artıq Ağdam öz sahiblərinə qovuşub

2 həftə əvvəl
Yeni dönəm, yeni strategiya
Xüsusi

Şuşa – Azərbaycanın ruhu, mədəniyyət beşiyi

3 həftə əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Xüsusi

Konstitusiyanın tarixi və müasir əhəmiyyəti

3 həftə əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Xüsusi

Hüquq və azadlıqlar ölkəmizin bütün suveren ərazilərində tam şəkildə təmin edilir

3 həftə əvvəl
Növbəti xəbər
Parlaq qələbələr

Azərbaycan həqiqətlərinin beynəlxalq tribunadan bəyanı

Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

XƏYANƏT CƏZASIZ QALMAYACAQ

5 saat əvvəl
YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib
Gündəm

YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib

6 saat əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

“Xəyanətkar kvartet!” – deputat yazır…

1 gün əvvəl
Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib

6 gün əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Maddi, mədəni, təbii sərvətləri ilə zəngin olan Kəlbəcər artıq öz sahibləri ilə birlikdədir

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.