İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
23 Yanvar, 2026 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Bizim polis gecə-gündüz soyuqda, istidə, dağda asayişi qoruyur

3 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bizim polis gecə-gündüz soyuqda, istidə, dağda asayişi qoruyu
Sirr deyil ki, Azərbaycan polisi çox qısa zaman ərzində mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə, qanunsuz silahlı birləşmələrə qarşı mübarizə istiqamətində mühüm nailiyyətlər qazanıb. Azərbaycan polisi dövlətçiliyimiz əleyhinə yönəlmiş cinayətkar qəsdlərin, digər qeyri-konstitusion əməllərin, vətəndaş qarşıdurmasının, kütləvi və mütəşəkkil cinayətkarlıq təzahürlərinin, cəzasızlıq mühitinin aradan qaldırılmasında önəmli xidmətlər göstərib. Bu cür uğurlar cinayətkarlıqla mübarizədə canını, sağlamlığını belə, əsirgəməyən Azərbaycan polisinin fədakarlığına, öz dövlətinə, xalqına, Prezidentinə sədaqətinə söykənir və polis-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsi şəraitində cəmiyyətin polisə ictimai rəğbətini daha da artırır. Azərbaycan polisi dövlətini, dövlətçiliyini qoruyur və yeri gələndə bu müqəddəs amallar uğrunda şəhidlik zirvəsinə yüksəlməyi özünün ali məqsədi sayır. Polisimiz ölüm təhlükəsi ilə üzləşən insanları xilas etmək üçün həyatını düşünmədən riskə atan qəhrəmanlar qədər qüdrətlidir. Azərbaycan polisi birinci Qarabağ müharibəsində sıralarından 1695 nəfər şəhid verib, 1710 nəfər yaralanıb, 66 nəfər polis əməkdaşı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Müstəqillik illərində cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində daxili işlər orqanlarının 99 əməkdaşı və hərbi qulluqçusu həlak olub, 2650 nəfər xəsarət alıb. Bütün bunların arxasında isə vəzifə borcunu yerinə yetirərkən hər bir təhlükəyə hazır olan Azərbaycan polisinin şəxsiyyəti, qəhrəmanlığı, igidliyi dayanır. Məhz bu qədər təhlükəli bir zamanda həyatını təhlükəyə atan Azərbaycan polisi dövlətçiliyin keşiyində ayıq-sayıq durmaqla yanaşı, vətəndaşlara xidmət göstərməkdə də davam edir. Polis vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyi naminə xidməti borcunu layiqincə yerinə yetirir, qanunla müəyyən olunmuş qaydada, öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atır. Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların da köməyinə çatır, onlara yardım əli uzadır, humanist davranışları ilə, həm də, milli həmrəyliyə töhfələrini verir. Elə bu səbəblərə görədir ki, Azərbaycan polisi xalqımızın qəhrəmanlarından hesab edilir. Azərbaycan polisi bu günə qədər şərəfli inkişaf yolu keçib, peşəkarlaşıb, daha da mətinləşib.
Xidməti vəzifəsini yerinə yetirən polisə təhqirlər yağdırmaq, əşyalar atmaq qətiyyən yolverilməzdir və ağır cinayət əməlidir. Həmin insanlar anlamalıdırlar ki, onların sağlamlığına görə həmin polislər gecə-gündüz keşik çəkirlər. Başa düşməlidirlər ki, onların gecə evlərində rahat yatmaları, məhz təhqir edib, üzərinə əşya atmağa çalışdıqları polisin sayəsindədir. Məlumdur ki, Azərbaycanda hər hansı təhlükə anında vətəndaşın gözü polisi axtarır, çünki vətəndaş əmindir ki, polis onun təhlükəsizliyi üçün özünü təhlükəyə atar, onu qoruyar. Bütün bunlara görə də biz öz qəhrəman polisimizi daha yaxşı tanımalı və dəyərləndirməliyik. Xalqın polisinə verdiyi dəyər, qiymət onu daha da qürurlandırır. Bu qürur isə, asayiş keşikçilərini daha məsuliyyətlə, daha şərəflə xidmət etməyə ruhlandırır. Azərbaycan polislərinə ləkə atmaq, onu iftiralar hədəfinə çevirmək qəbuledilməzdir. Azərbaycan polisi ölkəmizdəki ictimai asayişin qorunmasında müstəsna rol oynayır. Bu gün Azərbaycan dünyanın ən sabit, təhlükəsiz ölkələrindən biridir. Bu reallığın təminatında polisin üzərinə böyük məsuliyyət düşür və onlar bu işin öhdəsindən şərəflə, ləyaqətlə gəlirlər. Artıq, çəkinmədən Azərbaycan polisini vətəndaşlarla insani və xoş davranışlarına görə bütün dünyaya nümunə göstərə bilərik.

Müşfiq Səfərov,
YAP Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Azərbaycan Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesini sürətləndirib” – Deputat

Növbəti xəbər

Naxçıvanın uğurlu sosial-iqtisadi inkişafını qısa müddət ərzində təmin edə biləcəkdir

Əlaqədar Xəbərlər

Uğurlu inkişafın təməli
Sosial

Cənubi Qafqazda enerji liderliyi

16 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

2 həftə əvvəl
Uğurlu inkişafın təməli
Sosial

Milli birliyin və ideoloji vəhdətin təcəssümü

4 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Dünya azərbaycanlıları üçün mənəvi körpü

4 həftə əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Yeni reallıqlar və milli inkişaf strategiyası

1 ay əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Cəmiyyətin sağlam inkişafına xidmət edən təşəbbüs

1 ay əvvəl
Növbəti xəbər
Müstəqillik tarixinin qızıl səhifəsi

Naxçıvanın uğurlu sosial-iqtisadi inkişafını qısa müddət ərzində təmin edə biləcəkdir

İmtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub
Gündəm

İmtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

11 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Avropa Parlamentinin daimi tənqidinə Azərbaycan artıq reaksiya vermir

12 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və digər ölkələrə neft və qaz ixrac edən yeganə ölkədir

12 saat əvvəl
Uğurlu inkişafın təməli
Sosial

Cənubi Qafqazda enerji liderliyi

16 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Yeni beynəlxalq münasibətlər erası

16 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.