İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
27 İyul, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

“Azərbaycan Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesini sürətləndirib” – Deputat

3 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Bu gün dünyada gedən mürəkkəb geosiyasi proseslərə, müharibə və silahlı qarşıdurmalara, qaçqın və məcburi köçkün problemlərinə, qlobal iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan qarşıya qoyduğu böyük məqsədlərə doğru inamla irəliləməkdədir”.

Bunu Cebhe.info-ya açıqlamasında deputat Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, beynəlxalq aləmdəki bütün bu çətinliklərə baxmayaraq, Prezidentin yürütdüyü çevik siyasət nəticəsində Azərbaycan bu ciddi kataklizmlərdən maksimum dərəcədə kənarda qalıb:

“Məhz ölkə başçısı tərəfindən yürüdülən siyasət nəticəsində baş verən proseslərdən bacardıqca yan keçən Azərbaycan iqtisadi, siyasi, təhlükəsizlik və digər sahələrdə ciddi uğurlara imza atıb, ölkənin dayanıqlı iqtisadi inkişafı təmin edilib. 2023-cü ilin 6 ayının yekunları bunu deməyə əsas verir.

Cari ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə cənab Prezident bəyan etdi ki, əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi, buna da nail olunub.

Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qeyri-neft sənayemiz 6,5 faiz və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıb, maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilib. İqtisadiyyatda baş verən inkişafın nəticəsi olaraq 2023-cü ilin dövlət büdcəsinə yenidən baxlaraq dürüstləşmə aparılıb. Azərbaycan büdcəsi müstəqilliyi tarixində illik dəfə rekord büdcəmiz rekord səviyyəyə 36 milyard manata çatıb”.

Deputat əlavə edib ki, bu gün Azərbaycanın əsas prioritetləri Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesini sürətləndirib, Böyük Qayıdış proqramını ən qısa zamanda icra etmək, ölkənin müdafiə və təhlükəsizlik qabliyyətini daha da gücləndirmək, müasir dünyanın yeni düzəninə uyğun olaraq Azərbaycanın enerji, tranzit yükdaşıma, nəqliyyat və digər kommunikasiyaların logistik qovşağına çevrilib, bu qovşaqda mövqeyinin möhkəmlənməsinə nail olmaqdır:

“Büdcənin dürüstləşməsi zamanı büdcəyə əlavə edilən 3 milyard manatdan çox vəsaitin 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə, 1,1 milyard manat isə hərbi potensialımızın gücləndirilməsinə yönləndirilib. Ümumiyyətlə ilin sonunadək Qarabağın və Şərqi Zəngəzurun bərpa məqsədi ilə 12 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulur.

Belə bir prkatika dünyanın heç bir yerində olmayıb ki, müharibədən çıxan ölkə işğaldan azad olan ərazilərin belə bir qısa müddətdə bərpasına nail olub, həmin ərazilərə insanların qayıdışını təmin etsin. Özü də heç bir beynəlxalq maliyyə institutunun və ölkənin maliyyə dəstəyi olmadan. Azərbaycan bir yandan milyonlarla vəsait xərcləyib işğaldan azad edilmiş torpaqları minalardan təmizləyir, digər tərəfdən isə məcburi köçkünlərin tez bir zamanda öz ata yurdlarına dönüşünü təmin etmək üçün genişmiqyaslı infrasturktur layihələrini həyata keçirib, yaşayış məntəqələrini yenidən müasir şəhərsalma prinsiplərinə uyğun qaydada bərpa edir.

Bu istiqamətdə görülən işlərin nəticəsi olaraq artıq məcburi köçkünlər Ağalıya, Talışa və Laçın şəhərinı dönüşü başlayıb. İlin sonunadək bu proses davam edəcək və Laçın rayonu ilə yanaşı, Fizuliyə qayıdış prosesi başlayacaq. Yaxın illərdə minlərlə ailə öz doğma yurdlarına dönəcək. Bütövlükdə isə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur”.

Deputat əlavə edib ki, Azərbaycanın qarşısında duran ikinci əsas hədəf ölkənin müdafiə və təhlükəsizlik qabliyyətini artırmaq məqsədi ilə ordunun gücləndirilməsi istiqamətində atdığı addımlardır:

“Bu gün Azərbaycan tam müasir qlobal təhdidlərin çağırışlarına uyğun şəkildə profesional ordu formalaşdırır. Bununla yanaşı, ordunun ən müasir silahlarla təmin olunub, onlarla davranma qaydası, döyüş hazırlıq səviyyəsinin ən yüksək səviyyədə olması üçün davamlı təlimlərin keçirilməsi, təhlükəsizliyin yüksək səviyyədə təmin olunması üçünsə ən müasir texnoloji silahların alınması istiqamətində ciddi addımlar atılır və bu proses davamlı olaraq həyata keçirilməkdədir.

Məqsəd Azərbaycanın müdafiə qabliyyətini və qüdrətini artırıb, dünyanın ən güclü ordularından birinə çevirib, ölkənin daha etirbatli şəkildə müdafiəsini təmin etməkdir. Növbəti əsas prioritet məsələlərdən biri isə Azərbaycanın yerləşdiyi coğrafi məkandan faydalanaraq Azərbaycanın bir logistik qovşağa çevrilməsi istiqamətindəki mövqeyini möhkəmləndirib, xüsusi mövqeyə sahib olmaqdır. Bu gün bu istiqamətdə intensiv iş gedir. Cənab Prezidentin bir neçə ay bundan öncə Avropa ölkələrinin birinə səfəri zamanı səsləndirdiyi kimi, Azərbaycan bu gün Avrasiyanın yeni logistik xəritəsini müəyyənləşdirməkdədir.

Məhz yürüdülən bu siyasətin nəticəsi olaraq Azərbaycan Qərblə Şərqin, Şimalla Cənubin qovşağına çevrilib. Bütün bunların bir hədəfi var-bu da Azərbaycanın hərtərəfli güclü, inkişaf etmiş ölkəsinə çevrilib, əhalisinin sosial rifah şəraitində yaşamasına nail olmaqdır. Əminəm ki, ən qısa zamanda Prezident İlham Əliyevin rəhbərliyi altında bütün bu hədəflərə nail olunacaq və Azərbaycan dünyanın ən nüfuzlu ölkələrindən birinə çevriləcək”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir

Növbəti xəbər

Bizim polis gecə-gündüz soyuqda, istidə, dağda asayişi qoruyur

Əlaqədar Xəbərlər

Yeni dönəm, yeni strategiya
Sosial

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

4 gün əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Sosial

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

5 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

2 həftə əvvəl
“Təhsilli, bacarıqlı və uğurlu qızlar” layihəsi çərçivəsində Yay Məktəbi təşkil edildi
Sosial

“Təhsilli, bacarıqlı və uğurlu qızlar” layihəsi çərçivəsində Yay Məktəbi təşkil edildi

4 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

26 İyun – Azərbaycan Ordusunun qüdrət və şərəf günü

1 ay əvvəl
Könül Nurullayeva növbəti dəfə vətəndaş qəbulu keçirib
Sosial

Könül Nurullayeva növbəti dəfə vətəndaş qəbulu keçirib

1 ay əvvəl
Növbəti xəbər
Özbəkistan ilə əməkdaşlığın mahiyyəti və ruhu unikaldır – Müşfiq Səfərov

Bizim polis gecə-gündüz soyuqda, istidə, dağda asayişi qoruyur

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

4 gün əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

4 gün əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

Deputat: Azərbaycan-Almaniya münasibətləri uzunmüddətli strateji baxışa əsaslanan tərəfdaşlıq modeli üzərində qurulur

4 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var

4 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Bir çox Almaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.