İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
26 Oktyabr, 2025 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Bir vaxtlar həqiqətən “uşaq-muşağın” əlində qalmışdıq…”

5 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

28 May-bizlər üçün təqvimin ən önəmli günlərindən biridir. Çünki hazırda daşıdığımız müqəddəs ada məhz o zaman qovuşmuşuq, Azərbaycan və azərbaycanlı kəlməsini məhz həmin andan etibarən şüurumuza əxz etmişik, dövlətçilik ənənələrini məhz bu tarixin verdiyi imkanlardan bəhrələnərək bütöv və monolit hala gətirmişik.

Haqqında danışdığım tarix isə bir tək ənənələrlə deyil, həm də genetik kodlarla ifadə olunur. Daha dəqiq desəm: Əsrin əvvəlində, Şərqdə ilk dövləti necə yaratmışdıqsa, əsrin sonunda “Azadlıq” meydanındakı qəhrəmanlıqlarımızdan dolayı “20-ci yüzilliyin xalqı” titulunu necə qazanmışdıqsa, bir dönəmdən sonra məğlubiyyətləri də eyni cür sıralaya və…70 ildən sonra güc-bəla ilə əldə etdiyimiz müstəqilliyi itirə bilərdik.

Eynən “18 ayın presedentinə” söykənərək!

Bəzən siyasi opponentlər 90-ları təftiş edərkən buyururlar ki, məlum gedişat bütün post-sovet ölkələri üçün xarakterikdir və ya onlar da dövləti, dövlətçiliyi qorumaq yolunda eyni çətinliklərlə üzləşiblər

Xeyr, mənim əzizlərim! Azərbaycan qədər deyil! Hətta, ümumiyyətlə-deyil!

Bizim keçdiyimiz əzablı yolu kimsə keçməyib. Nə Belarus, nə Litva, nə Qazaxıstan, nə Türkmənistan, nə Qırğızıstan, nə də başqa biri! Hə, “təməl kontekstində” hamının müəyyən əziyyəti, xidməti var. Razıyam. Amma həmin dövlətlər Azərbaycandan fərqli olaraq heç vaxt dağılma, parçalanma, 4-5 yerə bölünmə təhlükəsi ilə üzləşmədi…Bilirsinizmi niyə?! Çünki onların hakimiyyəti, iqtidarı müstəqilliyin ilk etapındaca “ağzında saqqız çeynəyib, köpük partladanlar” tərəfindən mənimsənilməmişdi.

Çünki – onların, qaş düzəldəcək yerdə göz çıxaran və az qala bütöv Qarabağı bir lüzumsuz bəyanatın badına verən lideri, riyaziyyat təhsilli müdafiə naziri, fizika təhsilli xarici işlər naziri yox idi.

***

Kuçma. Şvarnadze. Lukaşenko…..Nəhənglər dərhal sükan başına keçdilər.

Biz isə sözün gerçək anlamında “uşaq-muşağın” əlində qalmışdıq!

Və bir az da geciksəydik, “talış muğan respublikası”nın himnini, konstitusiyasını (?!) yazanlar, “Sadval”ın əli ilə şimalda böyük bir trayektoriya cızanlar, Rövşənin kor qalmış avtomatından dövlətin ürəyinə güllə atanlar, “ağzıqara” Sürətin üzərindən ölkəmizə meydan oxuyanlar müstəqilliyimizi də, suverenliyimizi də basıb-yeyəcəkdilər.

Heydər Əliyev olmasaydı – müasir Azərbaycan indi mövcud deyildi!

Heydər Əliyev yenidən siyasətə qayıtmasaydı, Milli Məclis sədrinin otağına silahla girən terrorbaşıları, Gəncəni “dədəsinin malı” gözündə görən bədxahları islah etməsəydi, danışarkən ağzından horra və şorba tökülən diletantları, bəsitləri, kustarları, səriştəsizləri idarəçilikdən uzaqlaşdırmasaydı – indi mövcud deyildik!

Heydər Əliyev, çox demirəm, yarımca il hakimiyyətə gec gəlsəydi, bu ölkəni populistlərin, qaçağanların, siyasi fərarilərin caynağından qurtarmasaydı – indi mövcud deyildik!

Vallah, billah – deyildik!

***

Müstəqillik gözəldir. Müstəqillik dadıla biləcək ən gözəl nemətdir. Müstəqillik şərtdir, vacibatdır!

Fəqət, nə təəssüf, paralel fonda həmin müstəqilliyə qarşı yönələn təhdidlər də qaçılmazdır və onları zaman-zaman izləmək məcburiyyətindəyik. Əlikramın, “Sadval”ın, “OMON”un yolunu gedənlərin, “Kərimə dövləti” yaratmağa cəhd edənlərin timsalında. FETÖ-nun tör-töküntülərinin timsalında. Vətən satmağı özlərinə həyat və fəaliyyət prioriteti seçən qaraguruhun timsalında. Söyüşdən yoğrulub, söyüşlə qidalananların timsalında…

Bulqakovun gözəl bir sözü var: “Uşaqların qaranlıqdan qorxması normal haldır. Normal olmayan şey böyüklərin işıqdan qorxmasıdır.”

…Bəzən müstəqil Azərbaycanın işığı, qalibiyyətləri, inkişafı çox gözləri qamaşdırır, qıcıqlandırır və hansısa məqamda hətta qorxudur. Amma, artıq öyrəncəliyik. Təəccüblənmirik.

Yetər ki:

Biz yerimizdə olaq və bu günlərin qiymətini bilək.

Ulu Öndərin və İlham Əliyevin dəyərini anlayaq.

Azərbaycanı Azərbaycan edən KİŞİLƏRİN zəhmətini unutmayaq.

Müstəqilliyimizin, milli şüurumuzun, dövlətçilik kimliyimizin Heydər Əliyevin adı ilə birbaşa bağlılığını, bu addan qidalandığını əsla və əsla yaddan çıxarmayaq.

Gerisi rahatdı…

Elşən Musayev, Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Deputat: Turan birliyi sürətli formada gerçəkləşməkdədir

Növbəti xəbər

Türk dünyasının inteqrasiyasını gücləndirən strateji arteriya

Əlaqədar Xəbərlər

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır

16 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya səfərləri

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir.

3 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Bu müsahibə diplomatik baxımdan önəmli mesaj daşıdıyır

5 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir

5 gün əvvəl
Növbəti xəbər
Azərbaycan-Çin münasibətlərinin inkişafına sanballı töhfə

Türk dünyasının inteqrasiyasını gücləndirən strateji arteriya

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır

16 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya səfərləri

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Zəngəzur dəhlizi layihəsi böyük potensiala malikdir.

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir.

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.