İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
23 İyun, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu var

3 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verib. Dövlət başçısı bir çox aktual məsələlərlə bağlı Azərbaycanın yanaşmasını ortaya qoyub. Prezident Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunub. Onun sözlərinə görə, artıq açılış sessiyasından da bəlli olur ki, burada müxtəlif fikirlərin kombinasiyası mövcuddur: “Onlar heç də üst-üstə düşmür və bunun özü müsbət haldır. Əminəm ki, panellər çərçivəsində daha da qızğın müzakirələr aparılacaq. Beləliklə, bu Forumda hər zaman yeni ideyalar meydana gəlir və beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu var”. “Sizcə bizim hamımızın qlobal səviyyədə üzləşdiyi əsas çağırışlar nədən ibarətdir” sualını cavablandıran dövlət başçısı qeyd edib ki, bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir: “Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var. İkincisi, gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Əlbəttə, biz hələ ki, qlobal transformasiyanın ilkin mərhələsindəyik və bir çox məsələ hadisələrin gedişatından asılı olacaq”.

İldən-ilə əhatə dairəsini genişləndirən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Bakıda təşkil olunan, dünya üçün çox aktual məsələlərin müzakirə edildiyi tədbirlərə maraq da artmaqdadır. Bu tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət başçılarının, aparıcı beyin mərkəzləri və beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı qarşıya qoyulan hədəflərə çatmaq yollarının tapılmasında mühüm əhəmiyyət daşıyır. Bu gün kataklizmlərlə çalxalanan beynəlxalq aləmdə bu problemlərdən çıxış yollarının tapılması ən ümdə vəzifə kimi ön planda tutulur. Təbii ki, Bakının bu məsələdə öncül yerlərdən birinə sahib olması onun COP29, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlara sədrliyi ilə mütənasiblik təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin Forumda bir çox aktual mövzulara həsr olunan çıxışı isə həm ölkəmiz, həm də bölgəmizlə bağlı bir çox reallıqların dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında müstəsna əhəmiyyətə malikdir.

Prezident İlham Əliyev Forumda çıxışı zamanı bir çox məqamlara toxunub. Dövlət başçısı COP29 və Azərbaycanın enerji siyasətinə dünyada olan münasibəti açıqlayıb. Onun sözlərinə görə, Azərbaycanda COP29-u təşkil etmək qərarı ölkəmizin öz enerji sərvətlərinə çox məsuliyyətli yanaşmasından irəli gəlir. “Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, bu gün Azərbaycandan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və əslində, onun möhkəmləndirilməsində həqiqətən böyük dəyişiklik yaradır”, – Prezident bildirib. Qeyd edib ki, bir ölkə üçün təkcə enerji sərvətlərinin olması kifayət deyil. Gərək dövlət qonşuları, onların qonşuları ilə yaxşı münasibətdə olsun ki, enerji, təhlükəsizlik və bağlantı layihələrini icra edə bilsin.

Forum Azərbaycanın beynəlxalq münasibətlərdə artan nüfuzunu və balanslı xarici siyasətini nümayiş etdirir. Xüsusilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, qlobal təhlükəsizlik və humanitar məsələlər Forumun gündəmində əsas yer tutur. Eyni zamanda, Forum Azərbaycanın çoxvektorlu xarici siyasətinin praktiki təzahürüdür. Burada ABŞ, Avropa, Asiya və Afrika ölkələrinin nümayəndələrinin iştirak etməsi Azərbaycanın qlobal dialoq üçün etibarlı və neytral platforma olduğunu sübut edir.

 

 

Müşfiq Səfərov,

YAP Beyləqan rayon təşkilatının sədri 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Qərbin sülh yalanları

Növbəti xəbər

Milli maraqlarımız məsələsində heç kəsə və ya heç bir təsisata arxalanmamışıq

Əlaqədar Xəbərlər

Azərbaycanın arxalandığı güc
Gündəm

“Güclü ordu – güclü dövlət” prinsipi

3 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir

2 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi – Şuşa Bəyannaməsi

6 gün əvvəl
Azərbaycan-Çin münasibətlərinin inkişafına sanballı töhfə
Gündəm

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti

6 gün əvvəl
Şuşa bəyannaməsinə aparan yol
Gündəm

Şuşa bəyannaməsinə aparan yol

6 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Azərbaycan xalqının tarixi nailiyyəti

1 həftə əvvəl
Növbəti xəbər
Milli maraqlarımız məsələsində heç kəsə və ya heç bir təsisata arxalanmamışıq

Milli maraqlarımız məsələsində heç kəsə və ya heç bir təsisata arxalanmamışıq

Cəbrayıldakı isti ocaqlar…
Sosial

Güclü Azərbaycan Ordusunun təntənəsi

3 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

“Güclü ordu – güclü dövlət” prinsipi

3 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir

2 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi – Şuşa Bəyannaməsi

6 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.