İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
23 Oktyabr, 2026 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Beyləqanın daha 3 kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib

6 saat əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

22 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı tərəfindən “Yuxarı Çəmənli kənd”, “Aşağı Çəmənli kənd” və “Qaradağlı kənd”  Ərazi partiya təşkilatlarında partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.

 

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov qeyd edib ki, Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt, zəngin dövlətçilik təcrübəsi və xalqın etimadı əsasında formalaşaraq Azərbaycanın müasir tarixində özünəməxsus yer tutmuşdur. Partiyanın yaradılması ölkəmizin mürəkkəb ictimai-siyasi şəraitində sabitliyin təmin olunması, müstəqilliyin qorunması və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addım idi. Bu gün həmin siyasi irs Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir. Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsasını təşkil edən ideoloji prinsiplər milli maraqlara sədaqət, dövlət müstəqilliyinin qorunması, xalqla dövlət arasında möhkəm birliyin təmin edilməsi və Azərbaycanın davamlı inkişafına xidmət etməkdir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə sabitliyin və inkişafın təməli qoyulmuş, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu yüksəlmişdir.

Bu siyasi irsin qorunması və gələcək nəsillərə ötürülməsi hər bir partiya üzvünün vətənpərvərlik məsuliyyətidir. VIII Qurultayın əhəmiyyəti də məhz bu prinsiplərin müasir dövrün tələbləri ilə uzlaşdırılması, qarşıya qoyulan vəzifələrin müəyyənləşdirilməsi və siyasi həmrəyliyin daha da gücləndirilməsi baxımından qiymətləndirilə bilər.

Tədbirdə YAP Beyləqan rayon təşkilatının sədr müavini, Qurultay nümayəndəsi Niyaməddin Əsgərov,  “Aşağı Çəmənli kənd” Ərazi partiya təşkilatının sədri Ələddin Cəfərov, Qaradağlı kənd tam orta ümumtəhsil məktəbibin direktoru Bülbül İsgəndərova, Partiya üzvləri: Elsahib Şirinov və Məftunə Bəbişova çıxış edərək bildirdilər ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafının əsas istiqamətlərini əhatə edir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik ənənələri, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərlər, güclənən iqtisadi potensial və genişlənən beynəlxalq əlaqələr ölkəmizin müasir inkişaf modelinin əsasını təşkil edir.

Bu gün Azərbaycanın qarşısında duran başlıca vəzifə tarixi nailiyyətləri qorumaq, dövlət müstəqilliyini və təhlükəsizliyini daha da möhkəmləndirmək, iqtisadi inkişafı sürətləndirmək və əhalinin rifahını yüksəltməkdir. Milli birlik, siyasi iradə və güclü dövlətçilik bu hədəflərə çatmağın əsas şərtləridir.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Xalqımız, ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir

Növbəti xəbər

2020-ci il oktyabrın 25-i Qubadlıda erməni təcavüzünə son qoyulan gün kimi tariximizə yazılıb

Əlaqədar Xəbərlər

YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib

2 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

2020-ci il oktyabrın 25-i Qubadlıda erməni təcavüzünə son qoyulan gün kimi tariximizə yazılıb

3 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Xalqımız, ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir

6 saat əvvəl
“Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib”
Gündəm

“Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir”

1 gün əvvəl
YAP Beyləqan rayon təşkilatı tərəfindən “Birinci Aşıqlı kənd” və “İkinci Aşıqlı kənd” Ərazi partiya təşkilatlarında tədbir keçirilib
Gündəm

YAP Beyləqan rayon təşkilatı tərəfindən “Birinci Aşıqlı kənd” və “İkinci Aşıqlı kənd” Ərazi partiya təşkilatlarında tədbir keçirilib

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir

2 gün əvvəl
Növbəti xəbər
Deputat növbəti hesabat jurnalını təqdim edib

2020-ci il oktyabrın 25-i Qubadlıda erməni təcavüzünə son qoyulan gün kimi tariximizə yazılıb

YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib

2 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

2020-ci il oktyabrın 25-i Qubadlıda erməni təcavüzünə son qoyulan gün kimi tariximizə yazılıb

3 saat əvvəl
Beyləqanın daha 3 kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Gündəm

Beyləqanın daha 3 kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib

6 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Xalqımız, ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir

6 saat əvvəl
“Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib”
Gündəm

“Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir”

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.