İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
5 İyun, 2026 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Bakı Enerji Həftəsi qlobal enerji səhnəsində aparıcı tədbirlərdən biridir

3 saat əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycanın enerji strategiyası regional və qlobal təhlükəsizliyə mühüm töhfə verir.

ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Kir Starmerin “Bakı Enerji Həftəsi” iştirakçılarına müraciətlər ünvanlaması tədbirin əhəmiyyətini, eləcə də Azərbaycanın nə qədər önəmli və xüsusi mövqeyə malik olduğunu bir daha göstərdi:

Bu müraciətlər Azərbaycanın beynəlxalq tərəfdaşlarla qurduğu münasibətlərin və ölkəmizin artan nüfuzunun göstəricisidir. Bu gün Azərbaycan Qərbin enerji təhlükəsizliyində mühüm rol oynayır, etibarlı tərəfdaş və strateji müttəfiqlərdən biri kimi qəbul edilir. Enerji məsələlərinə münasibətdə müxtəlif tənqidlər və məhdudlaşdırıcı yanaşmalar müşahidə olunsa da, yenidən enerji təhlükəsizliyi məsələsinin ön plana çıxdığını gördük. Bütün hallarda ənənəvi enerji resurslarından istifadə ilə “yaşıl enerji” arasında balansın necə qurulması mühüm məsələdir.

Bakı Enerji Həftəsi qlobal enerji səhnəsində aparıcı tədbirlərdən biridir.

Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirdiyi siyasət unikal bir nümunə və modeldir:

Azərbaycanın enerji strategiyası təkcə ölkənin iqtisadi inkişafına deyil, həm də regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayır. Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində tutduğu mövqe və həyata keçirdiyi fəaliyyətlərin qlobal enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyəti var. Bu rol gündən-günə daha da möhkəmlənir və artır. Müxtəlif dövrlərdə neft və qaz layihələrindən əldə olunan gəlirlər Azərbaycanın inkişafına yönəldilib. Bu siyasətin əsasını Ümummilli Lider Heydər Əliyev qoyub, daha sonra isə Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirib.

Prezident İlham Əliyev davamlı olaraq xarici ölkələrə səfərlər edir və beynəlxalq əhəmiyyətli müqavilələr imzalayır. Bu müqavilələrin imzalanması xarici siyasətimizə və əlaqələrin inkişafına ciddi töhfələr verir.

Neft və qaz gəlirlərinin sosial infrastrukturun qurulmasına, təhsilin, səhiyyənin inkişafına və ordu quruculuğuna yönəldilməsi Azərbaycana zəfər qazandırdı:

“Bu siyasət ölkədə yeni inkişaf və təhsil infrastrukturunun təməlini qoydu. Azərbaycan işğaldan azad etdiyi ərazilərdə yaşıl enerjiyə üstünlük verir. Gələcək plan işğaldan azad edilmiş ərazilərdə istehsal olunan yaşıl enerjinin xaricə ixrac olunmasıdır. Hətta enerjinin Türkiyə vasitəsilə Avropaya ixracı məsələsi də gündəmdədir. Bütün bunlar gələcəyə hesablanmış olduqca önəmli addımlardır.

Cənab Prezidentin vurğuladığı kimi Azərbaycanın çox zəngin, böyük günəş enerjisi, külək enerjisi potensialı var. Artıq bildiyimiz kimi Qarabağda və digər ərazilərdə bu istiqamətdə çox ciddi layihələr həyata keçirilir. Bu həm də ekoloji baxımdan önəmlidir. Burada ən vacib məsələ isə getdikcə dünyamızda daha çox elektrik enerjisinə tələbat olacaq. Azərbaycan dəniz vasitəsilə bu enerjinin ixracını planlaşdırır. Bu həm ekoloji, həm xərclər, həm də ölkəmizə əlavə vəsaitlərin cəlbi baxımından olduqca önəmli bir məsələdir. Bu gün biz neft-qaz ixracından vəsait qazanırıq. Gələcəkdə yaşıl enerji əsasında Azərbaycanın istehsal etdiyi elektrik enerjisini də biz artıq xaricə ixrac edəcəyik.

Bu gün Azərbaycan enerji kapitalını, neft kapitalını insan kapitalına çevirə bilən azsaylı ölkələrdən biridir. Bu, Azərbaycanın tarixi uğuru və tarixi nailiyyətidir. Dünyanın bir çox ölkələri bu uğuru yüksək qiymətləndirir və dəyərləndirirlər. Azərbaycan bu prosesə özünün çox vacib və mühüm töhfəsini verir, bu istiqamətdə uzaqgörən və ardıcıl müstəqil siyasət həyata keçirir, mühüm tədbirlər görür. Bu həm ölkəmizin nüfuzunu gücləndirir, həm də dövlətimizin bu sahədə inkişafını təmin edir. Eyni zamanda, Azərbaycanın dünyadakı mövqeyini daha da gücləndirir və möhkəmləndirir. Bu gün Azərbaycanın atdığı addımlar və həyata keçirdiyi tədbirlər məhz buna hesablanıb. Təbii ki, burada uzaqgörən və müdrik siyasətin rolu böyükdür”.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində piylənmənin müasir müalicə imkanları təqdim olunub

Əlaqədar Xəbərlər

Yeni nəslin uğurlarına yol açmış gənclər siyasəti – Açıqlama
Gündəm

Enerji layihələri Azərbaycanın mövqeyini gücləndirib

23 saat əvvəl
Məcburi köçkünlərlə bağlı sosial dəstək tədbirləri keçid dövründə davam etdiriləcək
Gündəm

Məcburi köçkünlərlə bağlı sosial dəstək tədbirləri keçid dövründə davam etdiriləcək

2 gün əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

2 gün əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Azərbaycan xalqı öz müstəqil dövlətinə sahibdir

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir

2 gün əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Bakı Enerji Həftəsi qlobal enerji səhnəsində aparıcı tədbirlərdən biridir

3 saat əvvəl
“Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində piylənmənin müasir müalicə imkanları təqdim olunub
Sosial

“Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində piylənmənin müasir müalicə imkanları təqdim olunub

22 saat əvvəl
Yeni nəslin uğurlarına yol açmış gənclər siyasəti – Açıqlama
Gündəm

Enerji layihələri Azərbaycanın mövqeyini gücləndirib

23 saat əvvəl
Məcburi köçkünlərlə bağlı sosial dəstək tədbirləri keçid dövründə davam etdiriləcək
Gündəm

Məcburi köçkünlərlə bağlı sosial dəstək tədbirləri keçid dövründə davam etdiriləcək

2 gün əvvəl
“SpeakUp Azerbaijan – Xarici müəllimlərlə ingilis dili danışıq dərsləri” qrant layihəsi uğurla yekunlaşıb
Sosial

“SpeakUp Azerbaijan – Xarici müəllimlərlə ingilis dili danışıq dərsləri” qrant layihəsi uğurla yekunlaşıb

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.