İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
19 May, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Bakı dünyanı topladı, “5-ci kolon”sa yağışa sığındı – Rəy

1 saat əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Bu gün Bakı təkcə Azərbaycanın paytaxtı deyil. Bu gün Bakı dünyanın siyasi, iqtisadi və urbanistik gələcəyinin müzakirə olunduğu qlobal mərkəzdir. World Urban Forum 13 kimi möhtəşəm beynəlxalq forumun Azərbaycanda keçirilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun, siyasi çəkisinin və diplomatik gücünün növbəti böyük təsdiqidir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

Komitə sədri bildirib ki,  Azərbaycan Prezidenti İlham Əliyev və Birinci  vitse-prezident Mehriban Əliyeva forumun açılış mərasimində iştirak etməklə dünyaya mühüm bir mesaj verdilər: “Azərbaycan artıq qlobal proseslərdə iştirak edən deyil, həmin proseslərin istiqamətini müəyyənləşdirən dövlətlərdən biridir”.

Deputat qeyd edib ki, 40 mindən çox iştirakçının qatıldığı WUF13 tarixdə ən böyük Ümumdünya Şəhərsalma forumlarından birinə çevrildi: “Dünyanın onlarla ölkəsindən dövlət nümayəndələrinin, nazirlərin, beynəlxalq təşkilat rəhbərlərinin, ekspertlərin və investorların Bakıya gəlməsi təsdiqlədi ki, Azərbaycan artıq beynəlxalq diplomatik platforma statusunu möhkəmləndirib. Bu, təsadüfi deyil. Çünki son illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət nəticəsində Azərbaycan regionun geosiyasi liderinə çevrilib.

Bu forumun ən mühüm tərəflərindən biri qlobal şəhər gündəliyinin gələcək konturlarının məhz Azərbaycanda formalaşdırılmasıdır. İqlim dəyişiklikləri, dayanıqlı şəhərlər, mənzil böhranı, rəqəmsal urbanizasiya, yaşıl enerji və postmünaqişə şəhər bərpası kimi məsələlərin Bakıda müzakirə olunması göstərir ki, dünya artıq Azərbaycanın təcrübəsinə diqqətlə baxır.

Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri beynəlxalq maraq doğurur. Azərbaycan işğaldan azad edilmiş torpaqlarda dağıntılar üzərində gələcəyin şəhərlərini qurur. Bu gün Qarabağ dünyanın diqqətlə izlədiyi böyük inkişaf və yenidənqurma laboratoriyasına çevrilib.

Məhz buna görə də WUF13 təkcə şəhərsalma forumu deyil, həm də Azərbaycanın yeni geosiyasi gücünün nümayişidir. Bakı bu forum vasitəsilə dünyaya göstərdi ki, Azərbaycan artıq regionun deyil, qlobal inkişaf gündəliyinin mühüm iştirakçılarından biridir”.

Deputat təəssüflə qeyd edib ki, lakin hər zaman olduğu kimi, Azərbaycanın uğurlarını həzm edə bilməyən dairələr yenə fəallaşdılar: “Təəssüf doğuran odur ki, həmin qüvvələrin bir qismi öz içimizdə olan, milli maraqları deyil, başqa mərkəzlərin sifarişlərini əsas götürən “5-ci kolon” nümayəndələridir. Onlar belə möhtəşəm beynəlxalq tədbirin Bakıda keçirilməsindən qürur duymaq əvəzinə, intensiv yağışların yaratdığı müvəqqəti çətinlikləri şişirdərək forumu gözdən salmağa çalışdılar.

Sanki dünyada güclü yağış yalnız Bakıda yağır. Sanki dünyanın inkişaf etmiş ölkələrində təbii hadisələr nəticəsində problemlər yaşanmır. Halbuki həmin şəxslərin əsas məqsədi yağış deyil. Əgər yağış olmasaydı, başqa bəhanə tapacaqdılar. Çünki onların problemi tədbirin təşkili deyil, Azərbaycanın güclənməsidir. Onlar dünyada böyük nüfuz qazanan, qlobal tədbirlərə ev sahibliyi edən, siyasi çəkisi artan Azərbaycanı həzm edə bilmirlər.

Amma reallıq tam başqadır. Bakıya gələn xarici qonaqlar, beynəlxalq təşkilat nümayəndələri və forum iştirakçıları tədbirin yüksək səviyyədə təşkilindən məmnunluqlarını ifadə etdilər. Azərbaycanın təşkilatçılıq imkanları, təhlükəsizlik səviyyəsi, logistika və qonaqpərvərliyi bir daha yüksək qiymətləndirildi. Bu isə göstərir ki, qaralama kampaniyaları yalnız müəyyən dairələrin daxili siyasi manipulyasiya cəhdləridir və beynəlxalq auditoriya bu cəhdlərin mahiyyətini çox yaxşı anlayır.

Əslində bu cür hücumlar Azərbaycanın beynəlxalq nüfuzu artdıqca daha da intensivləşəcək. Çünki güclü Azərbaycan bəzi dairələri ciddi şəkildə narahat edir. Onlar zəif, asılı və təsir altında olan Azərbaycan görmək istəyirlər. Lakin artıq həmin dövr geridə qalıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz sözünü deyən, regional prosesləri idarə edən və beynəlxalq gündəliyə təsir göstərən dövlətə çevrilib.

Bu gün Bakıda keçirilən WUF13 forumu da bunun bariz nümunəsidir. Dünyanın gələcək şəhər modeli, dayanıqlı inkişaf strategiyası və urbanizasiya siyasəti məhz Azərbaycanda müzakirə olunur. Bu isə tarixi hadisədir.

Ona görə də forumu gözdən salmaq istəyənlərin bütün cəhdləri yenə də puça çıxacaq. Necə ki, indiyə qədər Azərbaycanın uğurlarına qarşı aparılan bütün qaralama kampaniyaları iflasa uğrayıb, bu dəfə də eyni nəticə olacaq. Çünki reallıq birdir: güclü Azərbaycan artıq dünyada qəbul olunan siyasi və geoiqtisadi gücə çevrilib və bu yüksəlişi heç kim dayandıra bilməyəcək”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir”

Əlaqədar Xəbərlər

“WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir”
Gündəm

“WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir”

1 saat əvvəl
Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Gündəm

Bu cür mötəbər tədbirlərin Bakıda keçirilməsi təsadüfi deyil

16 saat əvvəl
“Məktəblərdə Aikido Klubları” qrant layihəsi uğurla yekunlaşıb
Gündəm

“Məktəblərdə Aikido Klubları” qrant layihəsi uğurla yekunlaşıb

20 saat əvvəl
Millət vəkilinin növbəti vətəndaş qəbulu baş tutub
Gündəm

Millət vəkilinin növbəti vətəndaş qəbulu baş tutub

23 saat əvvəl
İƏT Ölkələri Gənc İş Adamlarının 12-ci Beynəlxalq Forumu həyata keçirildi
Gündəm

İƏT Ölkələri Gənc İş Adamlarının 12-ci Beynəlxalq Forumu həyata keçirildi

24 saat əvvəl
Elman Nəsirov seçicisini üzləşdiyi problemdən xilas etdi
Gündəm

Elman Nəsirov seçicisini üzləşdiyi problemdən xilas etdi

1 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Bakı dünyanı topladı, “5-ci kolon”sa yağışa sığındı – Rəy

1 saat əvvəl
“WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir”
Gündəm

“WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir”

1 saat əvvəl
Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Gündəm

Bu cür mötəbər tədbirlərin Bakıda keçirilməsi təsadüfi deyil

16 saat əvvəl
“Məktəblərdə Aikido Klubları” qrant layihəsi uğurla yekunlaşıb
Gündəm

“Məktəblərdə Aikido Klubları” qrant layihəsi uğurla yekunlaşıb

20 saat əvvəl
“TESOL ilə Peşəkar İnkişafa Dəstək” qrant layihəsi uğurla yekunlaşıb
Sosial

“TESOL ilə Peşəkar İnkişafa Dəstək” qrant layihəsi uğurla yekunlaşıb

22 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.