İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
7 Yanvar, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına münasibətdə tətbiq olunan normalar müəyyənləşdirilir

3 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Dövlət müstəqilliyinin bərpasından keçən 32 il ərzində milli qanunvericiliyin formalaşdırılması, onun yeni çağırışlara uyğun şəkildə təkmilləşdirilməsi istiqamətində davamlı fəaliyyət qurulmuşdur. Bu gün əminliklə söyləyə bilərik ki, milli qanunvericiliyimiz ictimai münasibətlər sistemini təmzimləyəbilmə imkanlarına görə dünyanın  qabaqcıl ölkələri ilə eyni mövqedədir, bir çox hallarda isə  mübaliğəsiz deyə bilərik ki, üstün durumdadır.

İnformasiya.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Əliabbas Salahzadə qeyd edib ki, ölkəmizdə daim təkmilləşməyə məruz qalan qanuncericilik aktlarından biri də Şəhərsalma və Tikinci Məcəlləsidir. Demək olar ki, parlamentin hər sessiyasında bu məcəlləyə yeni dəyişikliklər və əlavələr qəbul edilir. Bu da təbiidir. Çünki, bu sahə xarakter etibarı ilə olduqca mürəkkəb olmaqla, özündə dövlət-vətəndaş münasibətlərini əks etdirir, eyni zamanda olduqca mürəkkəb mühəndis-texniki tələblərə riayət olunmasını ehtiva edir. Son həftələr ərzində Cənab prezidentimiz tərəfindən bu sahəyə aid qanunvericilik aktlarının təkmilləşdirilməsinə dair yeni Sərəncam imzalanmışdır. Cənab Prezident tərəfindən verilmiş Sərəncamla Şəhərsalma və Tikinti Məcəlləsinə əsaslı və çoxsaylı dəyişikliklər edilmişdir. Eyni zamanda, Cənab prezidentimiz tərəfindən “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” verilmiş Fərman olduqca  mühüm əhəmiyyət kəsb edir. Bu fərman tikinti sahəsində biznes mühitinin əlverişliyinin artırılması, tikinti və şəhərsalma sahəsində prosedurların sadələşdirilməsi, mövcud tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və yenilərinin yaradılması, qanunvericiliyin icrasına nəzarətin sərtləşdirilməsi  və pozuntulara görə məsuliyyətin gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Ən əsası prosedurların elektron-hökumət informasiya sisteminin transformasiyası və bu zaman ayrı-ayrılıqda mərhələlər üzrə konkret müddətin müəyyən edilməsi  sahibkarların və vətəndaşların məmnunluğunun təmin edilməsinə, eyni zamanda tikinti obyekti sahibləri ilə müvafiq qurumların birbaşa təmaslarının ortadan qaldırılaraq elektron formaya salınması şəffaflığın artırılmasına xidmət edir.

Bildiyimiz kimi, son dövrlərin ən böyük problemlərindən biri tikilmiş qeyri-yaşayış sahələri üzərində hüquqların tanınması və müvafiq sənədlərin alınması ilə bağlıdır. Hamımıza məlumdur ki, bu problemlər həm dövlət torpaqları, ən çox isə bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində inşa edilmiş obyektlərlə bağlıdır.

Yaxın günlərdə Parlament tərəfindən bu problemin həllinə müsbət mənada kömək edə biləcək yeni dəyişiklik qəbul olundu. Bu dəyişikliyə əsasən əvvəllər bələdiyyə mülkiyyətində olan torpaqlar üzərinə inşa edilmiş, lakin sənədləşdirilə bilməyən obyektlərin altında olan torpaqların  hərracdankənar satışına icazə verilməsi nəzərdə tutulur. Bu da imkan verəcək ki, artıq bir çox mübahisələr həllini tapsın. Cənab Prezidentimizin yuxarıda haqqında söhbət etdiyimiz son Fərmanında nəzərdə tutulan dəyişikliklər bu kimi problemlərin  həllinə birbaşa kömək göstərir. Belə ki, həmin Fərmanın 1.4.2. bəndində Bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına münasibətdə tətbiq olunan normalar müəyyənləşdirilir. Bundan əlavə Fərmanın digər bəndlərində müxtəlif mülkiyyət növlərinə aid torpaqlar üzərində inşa edilmiş qeyri-yaşayış binaalarına münasibətdə də yeni normalar müəyyənləşdirilir. Eyni zamanda Fərmanda aydın şəkildə müvafiq icra strukturlarının vəzifələri müəyyənləşdirilir və bu vəzifələri icrası üçün konkret müddət təyin edilir ki, bu da prosedurların qısa zaman kəsiyində həllini mümkün edir. Ümumilikdə, Cənab Prezidentimizin Şəhərsalma və tikinti sektoruna münasibətdə ortaya qoyduğu yeni yanaşma və iradə işğaldan azad edilmiş torpaqlarımıza qayıdış prosesinin geniş vüsət aldığı dövrə təsadüf edir.  Bu da imkan verəcəkdir ki, yeni salınacaq şəhər və kəndlərimizdə müasir tələblərə cavab verə biləcək səviyyədə tikinti-quruculuq işləri aparılsın.

Ümumiyyətlə, şəhərsalma və tikinti sahəsində yaradılan yeni normalar davamlı islahatların tərkib hissəsi olmaqla bu istiqamətdə gələcək hədəfləri müəyyən edir.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Ceyhun Məmmədov: Azərbaycan Türkiyə münasibətləri əbədi və sarsılmazdır!

Növbəti xəbər

Pakistan xalqının heç zaman unudulayacaq dəstəyi

Əlaqədar Xəbərlər

Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

Ötən il qazanılan uğurlar Azərbaycanın doğru yol ilə irəlilədiyini açıq şəkildə nümayiş etdirir

4 saat əvvəl
20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz
Gündəm

Elman Nəsirov: ““Güclüsənsə, haqlısan” məntiqi işləyir”

5 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

İnkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır

5 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan bu gün və gələcək illərdə Avropa istehlakçıları üçün mühüm tərəfdaşdır

5 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir

1 həftə əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Gündəm

“Bir millət, iki dövlət” prinsipi Azərbaycan və Türk diaspor təşkilatlarının fəaliyyətinin əsasıdır

1 həftə əvvəl
Növbəti xəbər
Ermənistan sülh reallığını dərk etmirsə…

Pakistan xalqının heç zaman unudulayacaq dəstəyi

Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

Ötən il qazanılan uğurlar Azərbaycanın doğru yol ilə irəlilədiyini açıq şəkildə nümayiş etdirir

4 saat əvvəl
20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz
Gündəm

Elman Nəsirov: ““Güclüsənsə, haqlısan” məntiqi işləyir”

5 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

İnkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır

5 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan bu gün və gələcək illərdə Avropa istehlakçıları üçün mühüm tərəfdaşdır

5 saat əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Xüsusi

Həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.