İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
15 May, 2026 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycanın qlobal əhəmiyyətli təşəbbüsləri regionun inkişafına mühüm töhfə verir

1 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Regionda sabitliyin, təhlükəsizliyin və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına daim böyük önəm verən Azərbaycanın uğurlu xarici siyasət kursu, qlobal əhəmiyyətli təşəbbüsləri bölgənin inkişafına mühüm töhfə verir. Reallaşdırılan uğurlu enerji və nəqliyyat layihələri regionun dayanıqlı tərəqqisində müstəsna rol oynamaqla yanaşı, böyük perspektiv vəd edir.

Modern.az xəbər verir ki, bu fikirlər Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov açıqlamasında yer alıb.

Şahin İsmayılov qeyd edib ki, qlobal gərginliklər fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün tərəfdaşları, o cümlədən region ölkələri ilə daha sıx əməkdaşlığı təşviq edən siyasi dialoq aparır. Dövlətimizin başçısının Çinə uğurlu dövlət səfəri, əldə olunan mühüm razılaşmalar, iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması nəinki Azərbaycan-Çin münasibətlərinin, bütövlükdə regionun gələcək inkişafına töhfə verəcək. Eyni zamanda, bir neçə gün öncə İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri iki qonşu ölkə arasında əlaqələrin inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu xüsusda, təbii ki, iqtisadi sahədə səmərəli əməkdaşlıq perspektivlərini qeyd edə bilərik.

“Prezident İlham Əliyevin İran Prezidenti ilə birgə mətbuata bəyanatında qeyd etdiyi kimi, səfər çərçivəsində üçtərəfli əməkdaşlıq layihələri, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı geniş müzakirə aparılıb. Bu layihə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, regional əməkdaşlığa böyük fayda verəcək. Qlobal çağırışlar fonunda dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi uğurlu diplomatiya regional əməkdaşlıq imkanlarını genişləndirir”, – deyə komitə sədri vurğulayıb.

Milli Məclisin komitə sədri, həmçinin İrandan gələn 120-dən çox iş adamının iştirakı ilə keçirilən Azərbaycan-İran biznes-forumunun iki ölkə arasında iqtisadi əməkdaşlığa töhfə verəcəyini söyləyib. Ölkəmizdə güclü iqtisadi dayaqların formalaşdırılması, makroiqtisadi və maliyyə sabitliyi təmin olunub, əlverişli investisiya mühiti formalaşdırılıb. Bu, təbii ki, iranlı iş adamları üçün də cəlbedicidir.

Tarixi köklərə, mədəni və dini bağlara əsaslanan Azərbaycan-İran əlaqələrinin bu gün inkişafın yeni mərhələsinə qədəm qoyduğunu söyləyən komitə sədri bildirib ki, İslam mədəniyyətinin zəngin irsini paylaşan xalqlarımız arasında humanitar əlaqələrin daha da inkişafı məsələləri də diqqət mərkəzindədir. Ölkə başçısı bəyanatında humanitar, mədəniyyət sahələrində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verildiyini bildirib, yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günlərinin keçiriləcəyini diqqətə çatdırıb. “Əlbəttə, ortaq mədəni dəyərlərlə bir-birinə bağlı olan xalqlarımız arasında bu cür münasibətlərin təşviqi ölkələrin qarşılıqlı əməkdaşlığının inkişafına töhfə verəcək”, – deyə komitə sədri vurğulayıb.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Şahin İsmayılov növbəti dəfə vətəndaş qəbulu keçirib – FOTOLAR

Növbəti xəbər

Dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri

Əlaqədar Xəbərlər

“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Hamısı “ağsaqqal” olub, məsləhət vermək sevdasına düşüblər” – Elşən Musayev

2 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Xidmətlrini Ermənistan uğruna yerinə yetirən ədalətsiz qurum

3 gün əvvəl
Makronun məntiqsiz “vasitəçilik” ritorikası: İrəvan Parisin çətiri altında
Gündəm

Makronun məntiqsiz “vasitəçilik” ritorikası: İrəvan Parisin çətiri altında

4 gün əvvəl
Böyük Qayıdış Heydər Əliyev ideyalarının çağdaş təntənəsidir
Gündəm

Böyük Qayıdış Heydər Əliyev ideyalarının çağdaş təntənəsidir

5 gün əvvəl
20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz
Gündəm

Ulu Öndər ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur

5 gün əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası Azərbaycanın parlaq gələcəyinin əsasını qoydu

5 gün əvvəl
Növbəti xəbər
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü

Dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri

“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur
Xüsusi

“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur

2 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Hamısı “ağsaqqal” olub, məsləhət vermək sevdasına düşüblər” – Elşən Musayev

2 gün əvvəl
“Peşəkar tədrisə doğru” qrant layihəsi uğurla başa çatıb
Sosial

“Peşəkar tədrisə doğru” qrant layihəsi uğurla başa çatıb

2 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Xidmətlrini Ermənistan uğruna yerinə yetirən ədalətsiz qurum

3 gün əvvəl
Xüsusi

Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsü artıq reallığa çevrilib

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.