İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
2 İyul, 2025 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat

2 ay əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

2025-ci ilin 7 may tarixi Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri və səfər zamanı hər iki ölkə rəhbərinin mətbuata verdikləri bəyanatla əlamətdar oldu. Prezident İlham Əliyev bildirdi ki, əminəm ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək. Səfəriniz Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Gördüyünüz kimi, bu gün imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var. Bu gün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır.

Ölkə başçısı qeyd etdi ki, bizim birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var. Bu gün bu və digər istiqamətlər üzrə məsələlər geniş müzakirə edildi. Energetika sahəsində imzalanmış sənədlər və apardığımız müzakirələr deməyə əsas verir ki, biz yaxın gələcəkdə bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik. Bu gün bu əməkdaşlıq var və daha çox ticarət əməkdaşlığı formasında aparılır. Ancaq qarşılıqlı sərmayə qoyuluşu məsələləri də müzakirə edildi. Həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olundu və göstəriş verildi ki, aidiyyəti qurumlar bu məsələlərlə bağlı konkret addımlar atsınlar. Hökumətlərarası Komissiyanın iclasının tezliklə keçirilməsi bu və digər istiqamətlər üzrə mümkün əməkdaşlığı daha da sürətləndirəcək. Komissiya iclası uzun illərdir ki, keçirilmir və əldə edilmiş razılaşma əsasında tezliklə Komissiyanın iclasının keçirilməsi məsələsi öz həllini tapıbdır. Əfsuslar olsun ki, iqtisadi-ticari istiqamət üzrə ticarət dövriyyəsinin dinamikası Azərbaycanın Vyetnama neft satışından asılıdır. Neft satışı yüksək səviyyədə olanda ticarət dövriyyəsi artır, azalanda azalır. Əlbəttə, biz ticarət dövriyyəmizi daha da balanslaşdırılmış formada görmək istərdik və bunun üçün, təbii ki, qarşılıqlı informasiya mübadiləsi lazımdır. Hansı layihələr ölkələrimizdə həyata keçirilir, investisiya imkanları nədən ibarətdir, qaydalar, qanunvericilik bazası, vergi inzibatçılığı – bütün bu məsələlər biznes dairələri üçün gərək aydın olsun. Belə olan halda əminəm ki, ticarət dövriyyəsi təkcə neft amilindən asılı olmayacaq.

Azərbaycan və Vyetnam arasında xarici siyasət kursunda da həmrəylik və prinsipial beynəlxalq məsələlərdə birgə mövqenin müştərək ifadə edilməsi müşayiət olunur. Xarici işlər nazirliklərinin xətti ilə aparılan siyasi məsləhətləşmələr bir çox qlobal mövzularda, beynəlxalq sülh və əməkdaşlıq formatının inkişaf etdirilməsində vahid siyasi iradənin nümayiş etdirilməsinə səbəb olmaqdadır.

Bu konteksdə, “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın qəbul edilməsi böyük əhəmiyyət kəsb edir. Bu, o deməkdir ki, Azərbaycanın dünyada strateji tərəfdaşlarının sayı əhəmiyyətli dərəcədə artmaqdadır. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Dövlətimizin başçısı bu yüksək səviyyəli münasibətlərin gələcək ikitərəfli əməkdaşlıq üçün də vacib rol oynayacağını diqqətə çatdıraraq bildirib ki: “Bu gün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar onu deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır. Bizim birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var. Bu gün bu və digər istiqamətlər üzrə məsələlər geniş müzakirə edirik”.

Dövlət başçısının da vurğuladığı kimi, Azərbaycan–Vyetnam münasibətlərini regionlararası əməkdaşlığın uğurlu nümunəsi kimi adlandırmaq olar. Müxtəlif mədəniyyətlərə, coğrafiyalara və tarixi təcrübələrə malik olmalarına baxmayaraq, iki ölkə arasında formalaşmış qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər bütün əsas istiqamətlər üzrə dinamik şəkildə inkişaf edir. Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, onun bu vəzifədə ilk xarici səfəri olmaqla, ikitərəfli əlaqələrin dərinləşdirilməsinə və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək.

 

Müşfiq Səfərov,

YAP Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Vahid mövqelər

Növbəti xəbər

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumu

Əlaqədar Xəbərlər

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib
Gündəm

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib

12 saat əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı vardır

1 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycanın enerji siyasətində yeni mərhələ

2 gün əvvəl
20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz
Gündəm

Deputat: “İtaliya və Çinlə münasibətlər Azərbaycanın uğurlu xarici siyasətinin tərkib hissəsidir”

2 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Parlamentin komitə sədri: “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın uğurlu enerji siyasətinin növbəti təzahürüdür

4 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Ordumuzun döyüş meydanında qazandığı qələbələr hərb tarixində yeni səhifə açdı

5 gün əvvəl
Növbəti xəbər
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumu

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumu

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib
Gündəm

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib

12 saat əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı vardır

1 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Azərbaycanın enerji gücünün və Zəfər rəmzinin parlaq timsalı

2 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycanın enerji siyasətində yeni mərhələ

2 gün əvvəl
20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz
Gündəm

Deputat: “İtaliya və Çinlə münasibətlər Azərbaycanın uğurlu xarici siyasətinin tərkib hissəsidir”

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.