İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
15 Avqust, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Deputat: Azərbaycanın AŞPA-ya ehtiyacı yoxdur

3 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının ilk iclasında Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi barədə qərar layihəsi irəli sürüldü. Erməni lobbisinin təsiri altında olan almaniyalı deputat Frank Şvabe tərəfindən edilən bu təklif dəstəkləndi. Ümumiyyətlə, Qərbin kurasiyasında olan təşkilatlar vasitəsilə Azərbaycana qarşı hücumlar güclənir.

İnformasiya.az xəbər verir ki, bu sözləri “Respublika” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

“Onlar hər vəchlə müstəqil xarici siyasət yürüdən Azərbaycanı hədəfə almağa çalışırlar. Heç bir şübhə yoxdur ki, Fransanın dirijorluğu ilə bu layihə məhz Azərbaycana qarşı qarayaxma kampaniyasının növbəti təzahürüdür. Bundan əvvəl də Fransa rəsmiləri, o cümlədən Avropa Parlamentinin bəzi üzvləri məhkəmə qərarlarını gözləyən və məsuliyyətə cəlb olunmuş separatçıları siyasi məhbus adlandırmaqdan çəkinməmişdilər. İndi həmin alman deputat da onların yolunu gedir və bu cür qərarın verilməsi məhz ermənipərəst qüvvələrin və erməni lobbisinin məhsuludur. Onu da nəzərə alaq ki, Azərbaycanın nümayəndə heyəti vaxtında və düzgün addım ataraq bu təşkilatla əlaqələri kəsmək niyyətində olduğu barədə bəyanat verdi. Bu, olduqca düzgün qərardır.

2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv qəbul olunanda işğal altında olan torpaqların qaytarılması, eyni zamanda bir milyona yaxın məcburi köçkünlərimizin və qaçqınlarımızın hüquqlarının bərpa olunması, işğal nəticəsində törədilmiş cinayətlərin tezliklə araşdırılması və günahkarların məsuliyyətə cəlb olunmasına ümid edirdi. Amma Azərbaycanın Avropa Şurasına üzvlüyü və Avropa Şurasının Parlament Assambleyasında iştirakı zamanı məlum oldu ki, bu təşkilatda ölkəmizə yalnız ikili standartlar müstəvisində münasibət bəslənilir və irqçilik, azərbaycanofobiya, türkofobiya, islamofobiya hökm sürür. Məlum oldu ki, Azərbaycana qarşı münasibət digər üzvlərlə müqayisədə tam fərqlidir.

Azərbaycan öz siyasətinə uyğun olaraq insan hüquqlarının etibarlı şəkildə təmin edilməsi, qanunun aliliyinin və demokratiyanın təşviq edilməsi yolunu tutub. Avropa Şurasının Azərbaycana qarşı siyasətində daxili işlərə qarışmaq, qərəzli əsaslarla ölkəmizə təzyiq göstərmək cəhdləri açıq şəkildə hiss olunur. Bu gün Azərbaycanın nə Avropa Şurasına, nə də Avropa Şurası Parlament Assambleyasına ehtiyacı var. Çünki əməkdaşlıq həyata keçirilirsə, hər iki tərəf bu əməkdaşlığın gücləndirilməsi, səmərəsinin artırılması istiqamətində addımlar atmalıdır. Dövlətimiz Avropa Şurasına qəbul olunduqda bir sıra öhdəlikləri öz üzərinə götürüb və onların hər birini yerinə yetirib. Ölkəmiz, həmçinin bu təşkilatın işinə çox böyük töhfələr verib. Azərbaycanın üzləşdiyi problemlər, xüsusilə də torpaqlarının işğalı və separatçılığın mövcudluğu məsələsinə gəldikdə isə AŞPA susur, Ermənistana sanksiya tətbiq etmək, bu cür hərəkətləri və cinayətləri mühakimə etmək və pisləmək əvəzinə, məhz Azərbaycana qarşı əsassız qərarlar və bəyanatlar səsləndirib. Azərbaycanın xarici siyasətində bu gün nə Avropa Şurasının, nə Avropa Şurasının Parlament Assambleyasının yeri yoxdur”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

AŞPA-nın siyasi təxribatı

Növbəti xəbər

Möhtəşəm siyasi kursun uğurlu nəticələri

Əlaqədar Xəbərlər

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

3 həftə əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

3 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanğıcı

3 həftə əvvəl
Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır
Siyasət

Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır

3 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Slovakiya–Azərbaycan münasibətləri yeni inkişaf mərhələsində

1 ay əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Siyasət

“IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan bu gün regionun əsas söz sahibi olan dövlətlərindən biridir” – Elşən Musayev

1 ay əvvəl
Növbəti xəbər
Möhtəşəm siyasi kursun uğurlu nəticələri

Möhtəşəm siyasi kursun uğurlu nəticələri

Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zəngəzur dəhlizi: nəqliyyat layihəsindən enerji və regional bağlantı platformasına

9 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Naxçıvanın inkişafında yeni səhifə açılır

9 saat əvvəl
Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır
Gündəm

”Sənaye parkları regionların iqtisadi potensialından daha səmərəli istifadə olunmasına xidmət edir”

1 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Şahin İsmayılov: Prezident İlham Əliyevin bölgələrə səfərləri regionların inkişafı ilə bağlı tədbirlərin uğurlu icrasını təmin edir

2 gün əvvəl
BİR İLLİK SÜLHDƏN SONRA İLK ÜNVAN: NAXÇIVAN
Gündəm

BİR İLLİK SÜLHDƏN SONRA İLK ÜNVAN: NAXÇIVAN

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.