İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
11 İyun, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında ikitərəfli münasibətlər

1 saat əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan qardaş Türkiyə dövləti ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə çatmasına səbəb olmuşdur.

2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi İkinci Qarabağ müharibəsinin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirdi.

2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcını qoydu. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan sənəd strateji tərəfdaşlığın müttəfiqlik səviyyəsinə yüksəldiyini rəsmən təsdiqlədi.Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin gələcək inkişaf strategiyasını müəyyən edən mühüm siyasi sənəd olmaqla yanaşı, beynəlxalq ictimaiyyətə də aydın mesajlar vermişdir. Bu sənəd ilk növbədə göstərdi ki, Azərbaycan və Türkiyə arasında münasibətlər təkcə dostluq və qardaşlıq prinsiplərinə deyil, həm də konkret siyasi, iqtisadi və hərbi müttəfiqlik mexanizmlərinə əsaslanır.

Son beş il ərzində Azərbaycan-Türkiyə əlaqələri daha da möhkəmlənib. Müdafiə sənayesi, hərbi təlimlər, enerji layihələri və nəqliyyat dəhlizləri üzrə əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Xüsusilə regionun nəqliyyat və logistika imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr hər iki ölkənin strateji əhəmiyyətini artırıb. Şuşa Bəyannaməsi həm də Türk dünyasının inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Bu sənəd qardaş ölkələrin ortaq tarix, mədəniyyət və milli maraqlar əsasında birliyini daha da gücləndirib.

Beynəlxalq təcrübə göstərir ki, davamlı iqtisadi inkişafın əsas şərtlərindən biri təhlükəsizlikdir. Şuşa Bəyannaməsində müdafiə sahəsində əməkdaşlığın ayrıca yer tutması da bu reallıqdan irəli gəlir. Azərbaycanın və Türkiyənin müdafiə sənayesi sahəsində əməkdaşlığı, hərbi texnologiyaların inkişafı və təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi regionda sabitliyə xidmət edir. Sabitlik isə öz növbəsində xarici investorlar üçün əlverişli mühit yaradır, uzunmüddətli iqtisadi layihələrin həyata keçirilməsinə şərait formalaşdırır və biznes risklərini minimuma endirir. Şuşa Bəyannaməsi yalnız ikitərəfli sənəd deyil. Bu sənəd Türk dünyasında inteqrasiya proseslərini sürətləndirən, regional əməkdaşlığı dərinləşdirən və yeni iqtisadi platformaların formalaşmasına təkan verən strateji yol xəritəsidir. Azərbaycan və Türkiyənin koordinasiyalı xarici siyasəti, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi və birgə təşəbbüsləri hər iki ölkənin qlobal nüfuzunu artırır. Xüsusilə Türk Dövlətləri Təşkilatının inkişafı, Orta Dəhliz layihəsinin genişlənməsi və enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq Şuşa Bəyannaməsinin beynəlxalq əhəmiyyətini daha da artırır. Hesab edirəm ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvə nöqtəsini ifadə edən tarixi sənəd olmaqla yanaşı, yeni geoiqtisadi reallıqların əsasını təşkil edən strateji platformadır. Bu sənəd iki qardaş ölkənin siyasi iradəsinin, iqtisadi maraqlarının və ortaq gələcək baxışının təcəssümüdür. Müttəfiqlik münasibətlərinin dərinləşməsi, nəqliyyat və enerji layihələrinin genişlənməsi, qarşılıqlı investisiyaların artması, Qarabağın bərpası və Türk dünyasının inteqrasiyası istiqamətində atılan addımlar göstərir ki, Şuşa Bəyannaməsi yalnız bu günün deyil, həm də gələcək onilliklərin inkişaf gündəliyini müəyyənləşdirən mühüm strateji sənəddir.

 

Niyaməddin Əsgərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi hər iki dövlətin iqtisadi inkişafına böyük təkan verir

Əlaqədar Xəbərlər

Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi hər iki dövlətin iqtisadi inkişafına böyük təkan verir

1 saat əvvəl
Victory Colleges by Evrika-nın rəsmi açılış mərasimi keçirildi
Gündəm

Victory Colleges by Evrika-nın rəsmi açılış mərasimi keçirildi

2 gün əvvəl
Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib
Gündəm

Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib

3 gün əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Bakı Enerji Həftəsi qlobal enerji səhnəsində aparıcı tədbirlərdən biridir

6 gün əvvəl
Yeni nəslin uğurlarına yol açmış gənclər siyasəti – Açıqlama
Gündəm

Enerji layihələri Azərbaycanın mövqeyini gücləndirib

7 gün əvvəl
Məcburi köçkünlərlə bağlı sosial dəstək tədbirləri keçid dövründə davam etdiriləcək
Gündəm

Məcburi köçkünlərlə bağlı sosial dəstək tədbirləri keçid dövründə davam etdiriləcək

1 həftə əvvəl
Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında ikitərəfli münasibətlər
Gündəm

Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında ikitərəfli münasibətlər

1 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi hər iki dövlətin iqtisadi inkişafına böyük təkan verir

1 saat əvvəl
Victory Colleges by Evrika-nın rəsmi açılış mərasimi keçirildi
Gündəm

Victory Colleges by Evrika-nın rəsmi açılış mərasimi keçirildi

2 gün əvvəl
Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib
Gündəm

Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib

3 gün əvvəl
AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda
Texnologiya

AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.