İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
12 May, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında ikitərəfli münasibətlər mövcuddur

1 həftə əvvəl
Oxunma müddəti: 6 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Məlumdur ki, müstəqil Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri də qonşu ölkələrlə mehriban münasibətlərin qurulması, qarşılıqlı-faydalı əməkdaşlıq, regional təhlükəsizlik məsələlərinin yüksək səviyyədə təşkili, bölgədə sülh və əmin-amanlığın bərqərar olmasından ibarətdir. Ölkəmiz hər zaman regional əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı tərəf kimi çıxış edib. Bu istiqamətdəki fəaliyyətində bölgə üçün faydalı dialoqların, mühum məsələlərin müzakirəsində açıq siyasət yürüdüb. Qonşu ölkələrlə mövcud əlaqələr, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və digər sahələrdə birgə layihələrin mövcudluğu onun təsdiqidir ki, Azərbaycan regionun inkişafına töhfələrini verir. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin qeyd etdiyi kimi, qonşu ölkələrlə əlaqələr hər zaman bizim üçün əsas prioritetlərdən biri olub və bu istiqamətdə addımlar atılıb. Azərbaycan- Gürcüstan-Türkiyə Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Rusiya üçtərəfli uğurlu əməkdaşlıq formatları bölgənin iqtisadi təhlükəsizliyinin təmin olunması baxımdan son dərəcə effektlidir. Ölkəmiz o cümlədən, qonşu İran ilə də əməkdaşlığın dərinləşməsində maraqlıdır. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfəri, keçirilən yüksək səviyyəli  görüşlər, imzalanan sənədlər onu deməyə əsas verir ki, qarşılıqlı əməkdaşlıq  əlaqələri daha da möhkəmlənəcək və regional baxımdan mühüm dəyişikliklərlə yadda qalacaqdır. Xalqlarımız əsrlər boyu mehribanlıq şəraitində yaşayıblar və ölkə Prezidenti, cənab İlham Əliyevin bildirdiyi kimi, bu gün dövlətlərarası münasibətlərimiz də möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin ölkəmizə rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisidir. Ölkəmizin başçısı iranlı həmkarının böyük heyətlə Azərbaycana gəlməsinə və önəmli sənədlərin imzalanmasına toxunaraq qeyd etdi ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq. Bu baxımdan məqsəd Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır. Prezident Pezeşkianın ölkəmizə səfəri çərçivəsində Bakıda keçirilən Azərbaycan-İran biznes forumu da əhəmiyyətli hadisə oldu. Məsud Pezişkianın “İran və Azərbaycan Şərqi Qərbə, Şimalı Cənuba birləşdirən dördyol ola bilər” fikri son dərəcə ciddi mesaj idi. Azərbaycanla İranın  önəmli beynəlxalq layihələrdə iştirak etdiyini diqqətə çatdıran dövlətimizin başçısı ölkələrimizin Şimal-Cənub nəqliyyat dəhlizi üzrə  sıx əməkdaşlıq etdiyini söylədi. Bundan başqa ölkə Prezidenti, cənab İlham Əliyev açıq şəkildə bildirdi ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq. İran Prezidentinin Azərbaycana rəsmi səfəri Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin də bəyan etdiyi kimi, çox gözəl siyasi nəticələrlə yadda qaldı. Əldə edilmiş razılaşmaların, imzalanmış sənədlərin iki dövlət və eyni zamanda bütövlükdə region ölkələri üçün faydalı olacağı  şübhə doğurmur.

Faktiki olaraq, bu gün müasir dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan, Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan, həm ikitərəfli münasibətlər, həm də, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Respublikamızın xarici siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri bu strateji kursun müstəqillik və suverenlik prinsiplərinə əsaslanmasıdır. Azərbaycan tam müstəqil siyasət həyata keçirir, buna görə də ölkəmizə rəğbət artır, yüksək hörmət və etimad göstərilir. Azərbaycanın regional və qlobal təhlükəsizliyə fundamental töhfələr verməsi də beynəlxalq müstəvidə olduqca yüksək qiymətləndirilir. Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Hazırda, Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə milli dövlətlərin, o cümlədən güc mərkəzlərinin uzunmüddətli perspektiv üçün əməkdaşlıq münasibətlərini inkişaf etdirmək istədiyi tərəfdaş ölkələrdəndir. Azərbaycanın strateji tərəfdaşlıq və dostluq münasibətləri uğurla inkişaf edir. Ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət çox uğurludur. Azərbaycanın strateji tərəfdaşlıq və dostluq münasibətləri müvəffəqiyyətlə inkişaf edib, ənənəvi tərəfdaşlarla münasibətləri möhkəmlənib, ölkəmiz mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Bütövlükdə, Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Ölkəmizlə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri və güc mərkəzləri üçün də strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bu gün, dünyanın aparıcı dövlətləri, nüfuzlu təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Həmin geosiyasi subyektlər Azərbaycanla əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər. Eyni zamanda, Azərbaycan regionda ikitərəfli, üçtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiqurudur. Müxtəlif regional əməkdaşlıq formatları, məhz Azərbaycanın təşəbbüsü ilə yaranıb və olduqca səmərəli fəaliyyət göstərirlər. Ölkəmiz hazırda regionda sabitləşdirici aktor kimi çıxış edir. Azərbaycan işğalçı Ermənistan istisna olmaqla qonşu dövlətlərlə də sıx əməkdaşlığa və yüksəksəviyyəli, qarşılıqlı faydalı əlaqələrə malikdir. Bu isə, şübhəsiz ki, regionda sabitliyin, təhlükəsizliyin möhkəmlənməsinə və səmərəli əməkdaşlığın inkişafına xidmət göstərir. Bu gün, yuxarıda qeyd olunduğu kimi, dünyada böyük etibar, etimad qazanan ölkəmizin strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının, tərəfdaşlarının sayı artır və beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Hazırda, regionda, dünyada baş verən əsas sosial- iqtisadi, siyasi-mədəni hadisə və proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir, mənafelərini qoruyur. Bu gün, Respublikamızda həyata keçirilən demokratik islahatlar, iqtisadi dəyişikliklər, fəal xarici siyasət dünyanın ən qüdrətli dövlətlərinin, nüfuzlu təşkilatlarının, qurumlarının diqqətini Azərbaycana yönəltmiş, beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına və inkişafına əlverişli zəmin yaratmışdır…

 

Sabit Mehdiyev,

YAP Beyləqan rayon təşkilatının məsləhətçisi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Beyləqanda Ulu Öndərin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş idman yarışı keçirilib – FOTOLAR

Növbəti xəbər

“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”

Əlaqədar Xəbərlər

Çoxillik münaqişənin sonu
Gündəm

Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişaf perspektivləri

4 saat əvvəl
Neftçalada Ulu Öndərin xatirəsi yad edilib – FOTOLAR
Gündəm

Neftçalada Ulu Öndərin xatirəsi yad edilib – FOTOLAR

2 gün əvvəl
Daha inamlı gələcəyə doğru
Gündəm

Daha inamlı gələcəyə doğru

2 gün əvvəl
Deputat: Fransa saxta xəbərlərdən, mediadan istifadə edərək ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağa çalışır
Gündəm

Yeni sənədlər Azərbaycan-Vyetnam strateji əməkdaşlığının praktiki müstəvidə genişləndirilməsinə zəmin yaradır

3 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Gənclərimiz Heydər Əliyev ideyalarının davamçısı olaraq çıxış edirlər

4 gün əvvəl
Türkiyəli qonaqlar “Loqos”da olublar
Gündəm

Türkiyəli qonaqlar “Loqos”da olublar

4 gün əvvəl
Növbəti xəbər
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”

“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”

Azərbaycanın inkişaf edən kiçik ada dövlətlərinə dəstəyi
Sosial

Vahid mövqelər

3 saat əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

3 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Azərbaycan və Vyetnam arasında əməkdaşlıq üçün yeni üfüqlər açılır

3 saat əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişaf perspektivləri

4 saat əvvəl
Neftçalada Ulu Öndərin xatirəsi yad edilib – FOTOLAR
Gündəm

Neftçalada Ulu Öndərin xatirəsi yad edilib – FOTOLAR

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.