İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
2 May, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycanda kifayət qədər böyük enerji potensialı var

5 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyevin 8 dekabr 2025-ci il Slovakiya səfəri zamanı mətbuata verdiyi bəyanatda dediyi kimi bu, Azərbaycanda xüsusi məmnuniyyət doğurdu və Slovakiya dövlətinə dərin minnətdarlıqla qarşılandı. Azərbaycan–Slovakiya münasibətləri son illər ardıcıl şəkildə dərinləşir və təkcə iqtisadi, enerji və müdafiə sahələrini deyil, həm də siyasi dialoq müstəvisini əhatə edir. Prezident İlham Əliyevin Slovakiyaya səfəri zamanı səsləndirdiyi fikirlər iki ölkə arasında qarşılıqlı hörmətin və strateji etimadın yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. Prezident İlham Əliyev çıxışında Slovakiyanın müasir inkişaf trayektoriyasını yüksək qiymətləndirdi: “Slovakiyanın uğurlu inkişafı bizi çox məmnun edir. Ölkənizdə sabitlik, iqtisadi inkişaf hökm sürür”. Bu qiymətləndirmə təsadüfi deyil. Slovakiya son illər sənaye istehsalını artıran, texnoloji modernləşməyə geniş yer verən, Avropanın mühüm istehsal mərkəzlərindən birinə çevrilən, makroiqtisadi sabitliyi qoruyan bir dövlət kimi beynəlxalq aləmdə ciddi etibar qazanıb. Xüsusən avtomobil sənayesi, elektrotexnika, müdafiə sənayesi və yüksək texnologiyalar sahəsində uğurlar Slovakiyanı Mərkəzi Avropanın aparıcı iqtisadi güclərindən birinə çevirib. Azərbaycan isə sənaye modernizasiyası və diversifikasiya siyasəti çərçivəsində Slovakiya təcrübəsini dəyərli nümunə kimi qiymətləndirir. Dövlət başçısının vurğuladığı kimi, Slovakiya “çox güclü sənaye potensialına malikdir”. Bu potensial Azərbaycan–Slovakiya əməkdaşlığında çoxşaxəli perspektivlər açır: müdafiə sənayesi məhsullarının birgə istehsalı, yüksək texnologiyaların Azərbaycana transferi, müasir mühəndislik həllərinin birgə hazırlanması, sənaye mütəxəssislərinin təlimi və təcrübə mübadiləsi. Azərbaycanın geniş maliyyə imkanları və sənaye infrastrukturu Slovakiyanın texnoloji gücü ilə kəsişəndə hər iki ölkə üçün qlobal bazarlara çıxış imkanı yaranır. Bu sinerji artıq dövlət başçıları tərəfindən strateji əməkdaşlıq xətti kimi müəyyənləşdirilib.

Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri Slovakiyanın öz mövqeyini müstəqil şəkildə formalaşdırmasıdır: “Slovakiya müstəqil xarici siyasət aparır. Bəzi hallarda buna görə müəyyən çətinliklərlə də üzləşirsiniz. Ancaq bu, Sizi yolunuzdan döndərmir”. Bu sözlər Slovakiyanın siyasi kursuna Azərbaycanın yüksək qiymət verməsinin bariz nümunəsidir. Slovakiya beynəlxalq məsələlərdə prinsipial mövqe sərgiləyən, təzyiqlərə baxmayaraq öz qərarlarını müstəqil verən, regionumuzda real balanslaşdırılmış siyasəti ilə hörmət qazanan bir dövlət kimi qəbul edilir. Məhz bu müstəqil xarici siyasət xətti Slovakiya rəhbərliyinə Azərbaycan cəmiyyətində və siyasi elitasında rəğbət və hörmət qazandırır. İki dövlət arasında əlaqələrin daha da genişləndirilməsi üçün nəqliyyat sahəsinə əlavə vəsait qoyulması nəzərdə tutulub. Bu gün ölkəmiz Şərq ilə Qərb arasındakı müəyyən bir körpü rolunu oynayır. Yaradılan infrastruktur, nəqliyyat sektoruna qoyulan sərmayələr Azərbaycanı Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına sevirib. Ölkəmiz Orta Dəhliz layihəsində fəal iştirak edir. Hazırda Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir. Bu gün Azərbaycan öz təbii qazını 14 ölkəyə ixrac edir və boru kəmərləri ilə ixrac edilən qazın təchizatçısı kimi lider dövlətdir. Ölkə başçısının qeyd etdiyi kimi: “Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır”.

İki ölkə arasındakı hərbi və müdafiə əməkdaşlığı da genişlənməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev bu ilin noyabrında Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Kalinak Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilmiş hərbi paradda iştirak edərək iki ölkə arasında hərbi və strateji əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bu, həm də regional təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivlərinin açılmasına işarədir.

Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri dost ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi ilə bərabər iki ölkənin maraqlarına xidmət edir. Həmçinin regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdır, yeni investisiya imkanları açır. Diplomatiya, iqtisadi investisiyalar, sənaye əməkdaşlığı və parlament dialoqları strateji tərəfdaşlığın mühüm komponentləri olaraq bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik ifadə edir.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədr müavini

 

 

 

 

 

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan-Slovakiya münasibətləri regional sabitliyə töhfədir

Növbəti xəbər

Beyləqanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Əlaqədar Xəbərlər

Deputat Könül Nurullayeva vətəndaşlarla görüş keçirib 
Gündəm

Deputat Könül Nurullayeva vətəndaşlarla görüş keçirib 

1 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Sizə nə gəlib, cənablar?” – Yenilənib

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ölkəmizdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır

1 gün əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Azərbaycan güləşinin növbəti zəfəri

1 gün əvvəl
Böyük idman uğurlarının təməlində ardıcıl dövlət siyasəti dayanır
Gündəm

Böyük idman uğurlarının təməlində ardıcıl dövlət siyasəti dayanır

2 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Azərbaycan-Çexiya dialoqu əməkdaşlığı gücləndirir

2 gün əvvəl
Növbəti xəbər
Beyləqanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Beyləqanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Deputat Könül Nurullayeva vətəndaşlarla görüş keçirib 
Gündəm

Deputat Könül Nurullayeva vətəndaşlarla görüş keçirib 

1 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Sizə nə gəlib, cənablar?” – Yenilənib

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ölkəmizdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır

1 gün əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Xüsusi

Azərbaycan güləşçilərinin Avropa çempionatlarında əldə etdiyi nailiyyətlər peşəkarlıq və güclü iradənin nəticəsidir

1 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Azərbaycan idmanının yüksəlişi və davamlı uğurlar

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.