İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
26 Sentyabr, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi

2 il əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezidentə məruzə: “…Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunmuşdur”.

Məlumdur ki, Azərbaycan ərazilərinə sonradan gələn erməni etnosu tarixi Azərbaycan torpaqlarında özlərinə Ermənistan yaratdıqlarından sonra yerli xalqların adət-ənənələri, folkloru, dili, musiqisi, mədəniyyəti, mətbəxi və digər xüssusiyyətlərini mənimsiliyiblər. Ermənilər Qərbi Azərbaycan və Arman yaylası ərazisində məskunlaşıblar. Bundan sonra isə saysız saxtakarlıqlar edərək özləri üçün uydurma tarix yazdırıblar. Onların etdikləri çirkin işlər, terror əməlləri və soyqırımıları tarixdən bəllidir. Tarixin müxtəlif çağlarında öz havdarları ilə əlbir olaraq Azərbaycan torpaqlarını ələ keçiriblər. Bu baxımdan Zəngəzur qəzasının işğalı xalqımız üçün çox böyük zərbə olub. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.

Qarabağ müharibəsi zamanı isə Qarabağın dağlıq və aşağı hissələrindəki rayonların işğalı, Xocalı, Şuşa və Kəlbəcər rayonlarında dinc azərbaycanlı əhaliyə qarşı qırğın törədilmişdir. İşğal edilmiş rayonların əhalisi olmazın əziyyətini çəkiblər. Zəngilan Azərbaycanın ən qədim guşələrindən biridir. Zəngilan rayonu Azərbaycan Respublikasının dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi. Münaqişədən əvvəl orada 35 min adam yaşayırdı. Ümumi ərazisi 700 kvadratmetr olan rayonun mərkəzinin və 83 kəndinin işğalı nəticəsində yüzlərlə adam həlak olmuşdur. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışlar. Yeri gəlmişkən, işğal müddətində ABŞ-dakı diasporumuz yerli ictimaiyyətə 1993-cü il oktyabrın 29-da Azərbaycan Respublikasının Zəngilan rayonunun Ermənistan tərəfindən işğalı barədə məlumat verilməsi üzrə illik kampaniya etmişdir. Bu tədbir çərçivəsində Azərbaycan diasporunun üzvləri qanunvericilərə, ABŞ hökumətindəki rəsmi şəxslərə, habelə bütün Amerika üzrə kütləvi informasiya vasitələrinə məktublar göndərmişdilər. Məktublarda Zəngilan barədə statistik məlumatlar, qətlə yetirilmiş əhali və Azərbaycan dövlətinə vurulmuş ziyan haqqında rəqəmlər göstərilmişdir.

Zəngilanlılar işğal müddətində hər gün öz yurd yerlərini xatırlayır, Zəngilanda gördükləri şirin həyatı unutmurdular. Bu onlar üçün həm ən xoş, həm də kədərli xatirələri idi. Amma onlar heç vaxt ümidlərini də itirmirdilər. Əmin idilər ki, Zəngilana qayıdacaqlar və o gün gəldi. Çünki Ulu Öndər Heydər Əliyev və onun siyasətini davam etdirən Ali Baş Komandan İlham Əliyev zəngilanlılara Azərbaycanın ərazi bütövülüyünün bərpa olunacağı sözünü vermişdi. Təxminən 30 il sonra o gün gəlib çıxdı, onlar öz toraplarına, yenidən şirin həyatlarına qayıtdılar. 44 günlük Vətən müharibəsinin ən yadda qalan günləridən biri də oktyabrın 20-də Zəngilan şəhərinin işğaldan azad olunması oldu. Həmin gün Zəngilan şəhərində olan Azərbaycan hərbçiləri bununla bağlı Azərbaycan Prezidentinə məruzə ediblər. Məruzədə deyilir: “Möhtərəm cənab Prezident, cənab Ali Baş Komandan, əmrinizə uyğun olaraq məruzə edirəm ki, Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunmuşdur. Hazırda Azərbaycan bayrağı dalğalanmaqdadır. Yaşasın, Azərbaycan! Yaşasın, Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”. Xalqımız, eləcə də zəngilanlılar bu tarixi Zəfəri 27 il idi ki çox böyük səbirsizliklə gözləyirdi. Artıq 20 oktyabr Zəngilan şəhər günü elə Zəngilanda da qeyd olunur.

2020-ci ilin 23 dekabrında Prezident İlham Əliyev tərəfindən Zəngilan şəhərində Azərbaycan bayrağı qaldırılıb. Azərbaycan-İran sərhədi Zəngilanın işğaldan azad olunması ilə tam bərpa edilmişdir. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa edilibdir. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır. Bu gün artıq Azərbaycan sərhədçiləri bu ərazilərdə keşiş çəkirlər. Dövlətimizin başçısı Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən bir neçə hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olub. Cənab Prezidentə hərbi hissənin xidməti istifadəsində olan zirehli döyüş maşınları, atıcı silahlar, qumbaraatanlar, iriçaplı pulemyotlar, zenit qurğuları və digər texniki vasitələr təqdim olunub. 44 günlük Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də torpaqlarımızın işğaldan azad olunmasında, dövlət sərhədinin bərpası kimi çox mühüm və müqəddəs bir missiyanın uğurla həyata keçirilməsində böyük şücaət və qəhrəmanlıq göstərib. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr vurub və işğalçıları torpaqlarımızdan qovub.

Artıq Zəngilan rayonuna da böyük qayıdış başlamışdır. Zəngilanda yaşayış massivləri, kəndlər tikilib təhvil verdikcə yerli sakinlər öz torpaqlarına qayıdırlar. Zəngilanlılar torpaqlarında şad xürrəm yaşayırlar. Zəngilan adı gələndə zəngilanlılar özlərini həmişə bu torpağa borclu hiss edirlər. Tarix yalnız yaddaşa və idraka çökəndə qorunur. Zəngilan bizim yazılı mənbələrdə də tarixə dönməli, öz rişəsini gələcək nəslə ötürməlidir.

İbrahimova Gülzar İsaxan qızı,

Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Zəngilanın işğaldan azad olunduğu gün

Növbəti xəbər

Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının İkinci Hesabat-Seçki konfransı keçirilib

Əlaqədar Xəbərlər

Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Tarixi ədalətin bərpasına aparan yol

5 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

İslam dünyasına qarşı çağırışlar və birlik mesajı

1 həftə əvvəl
Sözü və əməli bir olan Lider
Sosial

Qarabağ reallığı və revanşizmin isterikası 

1 həftə əvvəl
Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb
Sosial

Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb

2 həftə əvvəl
Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib
Sosial

Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib

2 həftə əvvəl
QHT nümayəndələri Qadın Uzunömürlük Rezidensiyasında olublar
Sosial

QHT nümayəndələri Qadın Uzunömürlük Rezidensiyasında olublar

3 həftə əvvəl
Növbəti xəbər
Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının İkinci Hesabat-Seçki konfransı keçirilib

Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının İkinci Hesabat-Seçki konfransı keçirilib

Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Dağ-mədən sənayesi üzrə fəaliyyətin genişləndirilməsi bölgələrdə yeni istehsal və məşğulluq imkanları yaradacaq

16 saat əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı: Dövlət Proqramının əsas hədəfləri

16 saat əvvəl
Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Siyasət

“Bu gün əsas məsələ kimin hakimiyyətdə, kimin müxalifətdə olmasından daha çox, ölkənin qarşıdakı mürəkkəb dövrə nə qədər hazırlıqlı olmasıdır”.

2 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədi məhz dağ-mədən sənayesinin inkişafıdır

2 gün əvvəl
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir
Gündəm

Son vaxtlar qəbul olunmuş dövlət proqramları ölkə iqtisadiyyatını gücləndirəcək

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.