İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
3 Avqust, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

1 saat əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoydu. Belə ki, indiyədək strateji tərəfdaş olan iki Türk dövlətinin əlaqələri bu səfərdən sonra müttəfiqlik münasibətləri səviyyəsinə yüksəldi. Eyni zamanda, bu səfər bir daha təsdiq etdi ki, Azərbaycan və Mərkəzi Asiya artıq vahid geosiyasi və geoiqtisadi məkanın ayrılmaz iştirakçılarına çevrilib.

Azərbaycan və qırğız xalqlarını ortaq milli kimliyin, mənəvi dəyərlərin və mədəni irsin birləşdirdiyini deyən deputat bütün bunlar iki ölkənin xalqları arasında tarixdən süzülüb gələn ənənəvi dostluq və qardaşlıq münasibətlərinin formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Bildirib ki, müstəqilliyin bərpasından sonra iki dövlət arasında əsası qoyulan siyasi, iqtisadi, mədəni və humanitar əlaqələr ardıcıl inkişaf edib, müxtəlif sahələrdə əməkdaşlığın hüquqi bazasını təşkil edən 100-dən artıq sənəd imzalanıb. Son illərdə isə iki dövlət arasındakı əlaqələrin inkişafında yeni dinamika müşahidə olunur. Bunu dövlət başçılarının çoxsaylı qarşılıqlı səfərləri də təsdiqləyir. Son beş ildə qarşılıqlı olaraq 13 yüksəksəviyyəli səfərin həyata keçirilməsi əlaqələrin inkişafındakı dinamikanın bariz göstəricisi sayıla bilər. İki ölkə arasındakı ticarət dövriyyəsinin həcminin 2025-ci ildə 77,17 milyon dollara çatması, o cümlədən Azərbaycanda 100-ə yaxın Qırğızıstan şirkətinin fəaliyyət göstərməsi, İssık-Kul gölünün sahilində beşulduzlu “Baku Resort & Spa” mehmanxanasının inşa olunması iqtisadi tərəfdaşlığın artan xətlə inkişafını əks etdirir.

Qırğızıstan həm də Azərbaycanın Qarabağ Zəfərinə birmənalı şəkildə dəstək verən dost dövlətlərdəndir. Qırğız hökumətinin maliyyə dəstəyi ilə Ağdamın Xıdırlı kəndində inşa olunan 528 şagird yerlik Ayköl Manas adına tam orta məktəb isə iki dövlət arasındakı dostluğun və qardaşlığın rəmzidir.

Azərbaycan və Qırğızıstan arasında iqtisadi əməkdaşlığın yeni mərhələsini xarakterizə edən mühüm qərarlardan biri Azərbaycan–Qırğız İnvestisiya Fondunun maliyyə imkanlarının 200 milyon ABŞ dollarına qədər artırılmasıdır. Bu addım iki ölkə arasında investisiya əlaqələrinin daha da genişləndirilməsinə, birgə layihələrin maliyyələşdirilməsinə və regional iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edir. Fondun kapitalının artırılması investisiya potensialını əhəmiyyətli dərəcədə genişləndirəcək. Yeni maliyyə resursları hesabına enerji, kənd təsərrüfatı, logistika, sənaye, turizm, infrastruktur və innovasiya sahələrində daha iri həcmli layihələrin həyata keçirilməsi üçün əlverişli şərait formalaşacaq. Bu isə həm dövlətlərarası iqtisadi əlaqələrin möhkəmlənməsinə, həm də özəl sektorun fəallığının artmasına töhfə verəcək. Mütəxəssislərin fikrincə, fondun maliyyə imkanlarının artırılması Azərbaycan və Qırğızıstan sahibkarları üçün yeni biznes platformalarının yaranmasına, qarşılıqlı investisiyaların həcminin yüksəlməsinə və yeni iş yerlərinin açılmasına şərait yaradacaq. Eyni zamanda, fond vasitəsilə həyata keçiriləcək layihələr regionda nəqliyyat və ticarət dəhlizlərinin inkişafını dəstəkləyərək Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi əməkdaşlığı daha da gücləndirə bilər.

Azərbaycan son illərdə müxtəlif ölkələrlə yaratdığı birgə investisiya fondları vasitəsilə regional iqtisadi tərəfdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Qırğızıstanla əməkdaşlığın dərinləşdirilməsi də bu strategiyanın mühüm istiqamətlərindən biri hesab olunur. Fondun kapitalının 200 milyon dollara çatdırılması tərəflərin uzunmüddətli iqtisadi əməkdaşlığa və qarşılıqlı etimada əsaslanan münasibətlərinin göstəricisi kimi qiymətləndirilir. Azərbaycan–Qırğız İnvestisiya Fondunun büdcəsinin artırılması yalnız maliyyə göstəricisinin yüksəlməsi deyil, həm də iki ölkənin iqtisadi inkişaf, investisiya cəlbediciliyi və regional əməkdaşlıq sahəsində yeni hədəflərə doğru atdığı strateji addım kimi dəyərləndirilir. Gözləntilərə görə, fondun genişlənən maliyyə imkanları yaxın illərdə hər iki ölkənin iqtisadiyyatına mühüm töhfə verəcək və birgə layihələrin sayını əhəmiyyətli dərəcədə artıracaq.

 

Niyaməddin Əsgərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

Əlaqədar Xəbərlər

Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

1 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

5 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü 

5 saat əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Gündəm

Deputat: ”Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün əsas tranzit və logistika tərəfdaşıdır”

1 gün əvvəl
Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib
Gündəm

“Gənc nəslin ana dilinə hörmət ruhunda yetişdirilməsi xüsusi əhəmiyyət kəsb edir”

2 gün əvvəl
“Dövlətin idmana göstərdiyi qayğı yeni uğurların təməlini formalaşdırır”
Gündəm

“Dövlətin idmana göstərdiyi qayğı yeni uğurların təməlini formalaşdırır”

3 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

1 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

1 saat əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

1 Avqust – Ana dilimizə hörmət və milli dəyərlərimizin təcəssümü

5 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

5 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Xüsusi

Türk dünyasının inteqrasiyasında mühüm addım

5 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.