İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
13 Yanvar, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycanın inkişafına yol açan uğurlu addım

15 saat əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

8 yanvar 2026-cı ildə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi oldu və Prezidenti İlham Əliyevin bu məraimdə iştirakı ölkəmizin enerji siyasəti tarixində mühüm hadisə kimi yadda qalan günlərdən biri oldu.

Dövlət başçısının mərasimdə səsləndirdiyi fikirlər Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn fikirlər idi. Prezident İlham Əliyevin “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılışında səsləndirdiyi fikirlər həm də göstərir ki, Azərbaycanın enerji siyasəti təkcə iqtisadi deyil, eyni zamanda siyasi, ekoloji və geosiyasi məzmun daşıyır.

“Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi bərpaolunan enerji mənbələrinin ölkənin enerji balansındakı payının artırılmasına, ənənəvi enerji resurslarından asılılığın azaldılmasına mühüm töhfə verir.

Bu Layihənin təməli 2022-ci ildə qoyulub və bu layihə qısa müddətdə yüksək keyfiyyətlə icra olunub. Bu da ölkəmizdə mövcud olan əlverişli investisiya mühitinin, siyasi sabitliyin və peşəkar idarəetmənin bariz nümunəsidir. “Xızı-Abşeron” Külək Elektrik Stansiyası Səudiyyə Ərəbistanının aparıcı enerji şirkəti olan  ACWA  Power tərəfindən inşa edilib və bu fakt Azərbaycanın beynəlxalq investisiya mühitinə olan yüksək etimadın bariz göstəricisidir.

“ACWA Power” kimi dünya miqyasında tanınan şirkətin Azərbaycanda ilk bərpaolunan enerji layihəsini məhz bu stansiya ilə reallaşdırması, eyni zamanda gələcəkdə daha iri layihələr planlaşdırması Prezident İlham Əliyevin yürütdüyü etibarlı tərəfdaşlıq siyasətinin nəticəsidir.

Yeni stansiyanın istifadəyə verilməsi təkcə enerji istehsalının həcminin artması anlamına gəlmir, eyni zamanda Azərbaycanın müasir çağırışlara uyğun, ekoloji cəhətdən məsuliyyətli inkişaf modelini seçdiyini nümayiş etdirir. Bu layihə ölkəmizin zəngin külək potensialından səmərəli istifadənin real nümunəsi olmaqla yanaşı, enerji balansında təmiz və dayanıqlı mənbələrin payının artırılmasına xidmət edir. Bu layihənin sosial üstünlükləri də var. Layihəni işə düşməsi ilə yeni iş yerlərinin açılması, həm yeni istehsal və xidmət sahələrinin yaradılmasına öz töhfəsini vermiş olacaq. Bu həm də xarici investorlarla işin təşkili təcrübəsi deməkdir. Bundan əlavə reallaşan bu layihə yerli ixtisaslı kadr potensialının formalaşmasına da kömək olacaq.

Prezident çıxışında Azərbaycanın külək və günəş enerjisi potensialının böyük olduğunu, xüsusilə Xəzər dənizi hövzəsinin bu baxımdan geniş imkanlara malik olduğunu diqqətə çatdırdı. O, gələcəkdə azad edilmiş ərazilər də daxil olmaqla, ölkənin müxtəlif bölgələrində yeni bərpa olunan enerji layihələrinin həyata keçiriləcəyini bildirdi.

Stansiyanın fəaliyyəti regionların sosial-iqtisadi inkişafına, innovativ texnologiyaların tətbiqinə və yeni imkanların yaranmasına da şərait yaradır. Bu baxımdan “Xızı–Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın gələcəyə hesablanmış enerji siyasətinin mühüm tərkib hissəsi və yaşıl inkişaf kursunda yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.

Bu əməkdaşlıq birgə sərmayələrin genişlənməsinə,  Azərbaycanın beynəlxalq enerji bazarında nüfuzunun daha da artmasına zəmin yaradır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu layihə sadəcə enerji layihəsi deyil, iki dost ölkə arasında qarşılıqlı inam və strateji tərəfdaşlığın simvoludur.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir

Əlaqədar Xəbərlər

Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Bərpaolunan enerji potensialımız çox artacaq

16 saat əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Azərbaycanın yaşıl enerji vizyonu

21 saat əvvəl
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Gündəm

Milli enerji strategiyamız ölkəmizin tərəqqisini uğurla təmin edir

2 gün əvvəl
Dünya dəyişir, Bakı mərkəzə çevrilir, güc dövrünün səssiz qalibi
Gündəm

Dünya dəyişir, Bakı mərkəzə çevrilir, güc dövrünün səssiz qalibi

2 gün əvvəl
Azərbaycan-Çin münasibətlərinin inkişafına sanballı töhfə
Gündəm

Azərbaycanın dayanıqlı inkişaf modelinin təməli

5 gün əvvəl
COP29-ın Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında rolu
Gündəm

Azərbaycanın müharibədən sülhə keçidinin tarixi mərhələsi

5 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Azərbaycanın inkişafına yol açan uğurlu addım

15 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir

16 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Bərpaolunan enerji potensialımız çox artacaq

16 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

21 saat əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Azərbaycanın yaşıl enerji vizyonu

21 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.