İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
15 İyul, 2025 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycan və Özbəkistan arasında strateji müttəfiqlik münasibətləri

2 həftə əvvəl
Oxunma müddəti: 6 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyev: “Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir”

 

Son illər Azərbaycan və Özbəkistan arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə münasibətlər sürətlə inkişaf edir. Bu münasibətlərin ən yüksək nöqtəsi isə 2023-cü ildə Daşkənddə imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilə ilə təsbit olunub. Bu müqavilə, təkcə iki dövlət arasında deyil, həm də türk dünyasının birliyi və əməkdaşlığı baxımından xüsusi əhəmiyyət daşıyır.

Tarixi Kontekst və Siyasi Əlaqələr

Azərbaycan və Özbəkistanı ortaq tarix, mədəniyyət, din və dil birliyi birləşdirir. Hər iki ölkə Sovet İttifaqının süqutundan sonra müstəqil dövlətlər kimi öz xarici siyasətlərini müəyyənləşdirərkən bir-birinə yaxın dayanmışdır. Son onilliklərdə dövlət başçıları arasında qarşılıqlı səfərlər və imzalanan sənədlər bu münasibətlərin sabit və möhkəm təməl üzərində qurulduğunu göstərir.

2024-cü ildə imzalanan Müttəfiqlik Müqaviləsi isə bu əlaqələri yeni mərhələyə keçirdi. Sənəddə siyasi koordinasiya, beynəlxalq arenada qarşılıqlı dəstək, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq, iqtisadi və texnoloji tərəfdaşlıq kimi bir çox strateji sahələr əhatə olunub.

Prezident İlham Əliyev 2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda bildirib ki, biz ötən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq: “Bu gün Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir. Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq iki ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk”.

İqtisadi və Ticarət Əməkdaşlığı

Azərbaycan və Özbəkistan iqtisadi sahədə də qarşılıqlı faydalı əməkdaşlıq edirlər. Enerji, nəqliyyat, kənd təsərrüfatı, tekstil və maşınqayırma sahələrində ortaq layihələr icra olunmaqdadır. Azərbaycan, Xəzər dənizi vasitəsilə Özbəkistan üçün Avropaya çıxış nöqtəsinə çevrilməkdədir. Eyni zamanda, Orta Dəhliz layihəsi çərçivəsində hər iki ölkə nəqliyyat-logistika sahəsində strateji tərəfdaşlığa nail olublar.

Mədəni və Humanitar Münasibətlər

İki ölkə arasında mədəni əlaqələr də xüsusi önəm daşıyır. Hər il həm Azərbaycanda, həm də Özbəkistanda mədəniyyət günləri keçirilir, ali təhsil müəssisələri arasında əlaqələr genişlənir. Tələbə mübadiləsi, alimlərin əməkdaşlığı və birgə elmi layihələr bu münasibətlərin gələcək nəsillər üçün də davamlı olmasını təmin edir.

Beynəlxalq Arenada Əməkdaşlıq

Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlarda – xüsusilə Türk Dövlətləri Təşkilatı, BMT, İƏT və digər platformalarda bir-birini daim dəstəkləyir. Bu da göstərir ki, ikitərəfli münasibətlər yalnız regional deyil, qlobal səviyyədə də birgə addımların atılmasını təmin edir.

Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq, xüsusilə investisiya sahəsində strateji və praktiki səviyyəyə çatmasıdır.

Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq təkcə siyasi və mədəni sahələrlə məhdudlaşmır, iqtisadi münasibətlər də bu tərəfdaşlığın ən vacib sütunlarından birinə çevrilmişdir. Son illərdə qarşılıqlı investisiyaların təşviqi və birgə iqtisadi layihələrin həyata keçirilməsi məqsədilə yaradılan Birgə İnvestisiya Fondu iki ölkənin strateji iqtisadi əlaqələrinin mühüm alətinə çevrilib.

Qısa müddət əvvəl yaradılan Azərbaycan–Özbəkistan Birgə İnvestisiya Fondu artıq real fəaliyyət mərhələsinə qədəm qoyub. Fondun 500 milyon dollarlıq nizamnamə kapitalı onun nə qədər böyük iqtisadi ambisiyalara malik olduğunu göstərir. Bugünə qədər 10-dan çox layihə üzrə investisiya qərarlarının qəbulu mərhələsinə gəlinib. Bu isə o deməkdir ki, fond artıq təkcə plan deyil, konkret fəaliyyətə keçmiş bir platformadır. Cənab Prezıdent xatırladıb ki, bir müddət əvvəl yaradılmış birgə İnvestisiya Fondu artıq praktiki olaraq layihələrlə təmin edilib: “Bu gün 10-dan çox layihənin artıq investisiya qərarlarının qəbulu mərhələsində olduğu barədə məruzə edilib. Amma təbii ki, biz bunu yalnız başlanğıc kimi qiymətləndiririk, çünki İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollardır. Bizim planlarımız bu rəqəmi bir neçə dəfə üstələyir və əminəm ki, energetika, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə artıq konkret perspektivi olan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin birgə həyata keçirilməsi təbii olaraq qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq. Bu da bizim niyyətimizi əks etdirir, ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin ruhuna və xarakterinə uyğundur. Həm Özbəkistan, həm də Azərbaycan öz ölkələrimizin iqtisadiyyatına fəal surətdə investisiya qoymaqla yanaşı, həm də artıq dost ölkələrə də sərmayələrlə çıxırıq. Özbəkistana investisiyalar bizim üçün prioritetdir. Birincisi, ona görə ki, bu, dost, qardaş ölkədir. İkincisi, çünki Özbəkistan Prezidentinin düşünülmüş islahatları nəticəsində ölkədə çox yaxşı investisiya mühiti yaradılıb. Bunu təkcə biz deyil, həm də aparıcı maliyyə institutları və bir çox ölkə qeyd edir. Təsadüfi deyil ki, Özbəkistan bu gün investisiyalar üçün çox cəlbedici ölkədir”.

Azərbaycanın Özbəkistana sərmayə yatırması yalnız dostluq münasibətləri ilə bağlı deyil. Burada iki əsas səbəb var: 1. Azərbaycan üçün Özbəkistanla əməkdaşlıq sadəcə iqtisadi maraqlarla deyil, həm də dərin tarixi və mədəni bağlarla əsaslanır. 2. Özbəkistan Prezidenti tərəfindən həyata keçirilən sistemli islahatlar nəticəsində ölkədə sabitlik, şəffaflıq və investorlar üçün əlverişli şərait yaradılıb. Bu fakt beynəlxalq maliyyə institutları tərəfindən də qəbul edilir və Özbəkistanı regionda cazibədar investisiya məkanına çevirir.

Hazırda bir çox beynəlxalq maliyyə qurumları Özbəkistanı etibarlı və perspektivli investisiya məkanı kimi dəyərləndirirlər. Azərbaycan da bu prosesi yaxından izləyərək öz özəl və dövlət sektorunu bu ölkəyə investisiya yatırmağa təşviq edir.

Gələcəkdə fondun kapitalının artırılması və daha geniş spektrli layihələrin reallaşdırılması planlaşdırılır. Bu isə Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələrin daha da dərinləşəcəyini göstərir.

Azərbaycan–Özbəkistan Birgə İnvestisiya Fondu iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni mərhələsidir. Bu fond təkcə maliyyə aləti deyil, həm də strateji vizyonun nəticəsidir. Qarşılıqlı etimada və qardaşlıq münasibətlərinə söykənən bu əməkdaşlıq yaxın gələcəkdə həm region üçün, həm də türk dünyası üçün nümunəvi bir modelə çevrilə bilər.

Azərbaycan və Özbəkistan arasındakı münasibətlər təkcə iki dövlətin maraqlarına xidmət etmir, həm də türk dünyasının birliyi və regional sabitlik üçün nümunəvi model təqdim edir. Strateji müttəfiqlik əsasında qurulan bu münasibətlər gələcək illərdə daha da güclənəcək və hər iki xalqın rifahına töhfə verəcəkdir.

 

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bakının ən gözəl yerində Özbəkistan parkı açılacaq

Növbəti xəbər

Qardaşlıq və həmrəyliyin bariz nümunəsi

Əlaqədar Xəbərlər

Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri uğurla davam edir

1 həftə əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir

1 həftə əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Şahin İsmayılov: Qarabağ və Şərqi Zəngəzur bu gün nəinki Azərbaycanın, artıq regionun inkişaf etmiş bölgələrindən birinə çevrilməkdədir

1 həftə əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Azərbaycanın regional liderliyinin növbəti nümunəsi

1 həftə əvvəl
Parlaq qələbələr
Gündəm

Azərbaycanın sərmayə iqlimi və regional rolu

1 həftə əvvəl
Növbəti xəbər
COP29-ın Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında rolu

Qardaşlıq və həmrəyliyin bariz nümunəsi

Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri uğurla davam edir

1 həftə əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir

1 həftə əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Şahin İsmayılov: Qarabağ və Şərqi Zəngəzur bu gün nəinki Azərbaycanın, artıq regionun inkişaf etmiş bölgələrindən birinə çevrilməkdədir

1 həftə əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Azərbaycanın regional liderliyinin növbəti nümunəsi

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.