İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
18 İyun, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycan regionda yeni bir proses başladıb  

3 il əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyev: “Üç həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub”

Son günlər Azərbaycan bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu baxımdan oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının növbəti iclasının da Azərbaycanda keçirilməsi diqqət çəkir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edib. Dövlətimizin başçısı görüşdə çıxış edərək deyib ki, Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib. “Bütün istiqamətlər üzrə və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmaslar mövcuddur”, – deyə Prezident əlavə edib. Qeyd edək ki, Prezidentin qəbulunda Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru, MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının sədri Aleksandr Bortnikovu, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini, Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Terteli, Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədri Yermek Sagimbayevi, Qırğızıstanın Baş nazirinin müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyevi, Özbəkistanın Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizovu, Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Saymumin Yatimovu və MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin rəhbəri Yevgeniy Sısoyev olublar. Ölkə daxilində təhlükəsizliyin möhkəmləndirilməsi mühüm əhəmiyyət kəb edir. Azərbaycan bu istiqamətdə də beynəlxalq əməkdaşlığı gücləndirir. MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının icalsının Bakıda keçirilməsi də bunun bariz nümunəsidir. Bu o deməkdir ki, Azərbaycan Şurada sadəcə üzv deyil, eyni zamanda təşəbbüskarlıq edirək fəallıq göstərir. Ən önəmli məsələ xarici və daxli təhdidlərin qarşısının alınmasıdır. Cənab Prezidentin dediyi kimi, Azərbaycanın artıq daxili təhdidləri yoxdur: “Üç həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub. Bu fakt regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır”. Azərbaycan Ermənistanla sülh üçün bütün region ölkələrini səfərbər edib. Əlbəttə ki, məqsəd regonda təhlükəsizliyin daha da möhkəmlədirilməsdir. Çünki regionda, ümumiyyətlə beynəlxalq aləmdə gərginliklər atmaqdadır. Cənab Prezidentin “təhdidlər artır və yeni qeyri-sabitlik ocaqları yaranır” fikri də bunu deməyə əsas verir. Hazırda Yaxın Şərqdə baş verənlər də bu baxımdan diqqətdən qaçmamalıdır. Maraqlıdır ki, bir nümaqişə bitməmiş yenisi yaranır, sanki dünyanı bu münaqişələrlə məqsədli şəkildə narahat halda saxlamağa çalışan qüvvələr var. Təəssüf ki, bu kimi münaqişələrdə hər zaman sadə əhali əziyyət çəkir, insanlar tələf olur. Buna görə də MDB dövlətləri də özlərini gözlənilən istənilən təhdidlərdən qorumaldırlar. Çünki MDB dövlətlərinə qarşı da bu baxımdan risklər var. Bunu Prezident İlham Əliyev MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iştirakçılarına çatdırıb: “Ölkələrimizin yerləşdiyi regionlarda xarici təhdidlər də mövcuddur və bu istiqamətdə operativ iş riskləri minimuma endirməyə imkan verir. Bizim ölkələrin yerləşdiyi məkanda ictimai-siyasi sabitliyin möhkəmləndiyini görmək sevindiricidir və dövlətlərimiz bir çox çağırışların öhdəsindən uğurla gəlir”. Hər şeydən əvvəl, Azərbaycandakı ictimia-siyasi sabitlik nəinki MDB, ümumiyyəltə, dünya dövlətləri üçün nümunədir. Azərbaycan hələ Qarabağ münaqişəsi zamanı belə, bu sabitliyi qorumuşdur. Münaqişənin dinc yoll həlli üçün Azərbaycan tərəfindən Ermənistana dəfələrlə çağırışlar edilmişdir. Bu haqda Prezident İlham Əliyev qəbulda deyib ki, Azərbaycana qarşı ərazi iddialarına son qoymaqla bağlı Ermənistana edilən çoxsaylı çağırışlar qəribə reaksiyaya səbəb olub: “Ötən ilin oktyabr ayında Ermənistan və Azərbaycan rəhbərlərinin beynəlxalq tərəfdaşlarla görüşündə Bəyanat qəbul edildi. Bu sənədə əsasən hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını və ölkələrimizin ərazi bütövlüyünü təsdiqləyən 1991-ci il Alma-Ata bəyannaməsinin tərəfdarı olduqlarını bəyan etdilər. Biz bunu Ermənistan tərəfindən atılan mühüm addım hesab etdik, Azərbaycana qarşı ərazi iddialarından nəhayət əl çəkəcəyini zənn etdik. Lakin, Azərbaycanın ərazi bütövlüyünü sözdə və kağız üzərində tanıyan Ermənistan rəhbərliyi əməldə hər şeyin əksini edirdi”. Qarabağ münaqişəsinin uzanması Ermənistanın özü üçün heç də sərfəli deyildi. Çünki bu münaqişə Ermənistanın özünü risk altında saxlayırdı. Ermənistan Azərbaycanın vaxtlə sülh çağırışlarına məhəl qoymamaqla özünü uçurumun dibinə apardı. Prezident İlham Əiyev bu məqama toxunaraq bildirib ki, Azərbaycan bütün vasitələrlə münaqişəni sülh yolu ilə həll etməyə çalışdı: “Biz ATƏT-in himayəsi altında uzunmüddətli və nəticəsiz danışıqlar prosesində iştirak etdik. Birləşmiş Millətlər Təşkilatı öz nüfuzundan və öz rıçaqlarından istifadə edə bilmədi. BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, onlar əməldə yerinə yetirilmədi”. Artıq Qarabağ münaqişəsi bitib, separatçılar regiondan qovulub və özlərini buraxıb. Azərbaycan elə BMT-nin edə bilmədiyini özü hərbi yolla həll etdi. Bununla Azərbaycan regionda yeni bir dönəm – sülh prosesi başlayıb.

İbrahimova Gülzar İsaxan qızı,

Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Prezident İlham Əliyev Azərbaycan gəncləri üçün idealdır

Növbəti xəbər

Terrorçuluğun qarşısının alınmasında beynəlxalq əməkdaşlıq

Əlaqədar Xəbərlər

Beyləqanda vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib
Gündəm

Beyləqanda vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib

5 saat əvvəl
“Məktəbli Kimyaçılar” qrant layihəsi uğurla yekunlaşıb
Gündəm

“Məktəbli Kimyaçılar” qrant layihəsi uğurla yekunlaşıb

8 saat əvvəl
2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib – FOTOLAR
Gündəm

2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib – FOTOLAR

13 saat əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi

2 gün əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Şuşa Bəyannaməsinin strateji mesajı

3 gün əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Sadiqliyimizi nümayiş etdirən Bəyənnamə

3 gün əvvəl
Növbəti xəbər
Ermənistan sülh reallığını dərk etmirsə…

Terrorçuluğun qarşısının alınmasında beynəlxalq əməkdaşlıq

Beyləqanda vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib
Gündəm

Beyləqanda vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib

5 saat əvvəl
“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 
Xüsusi

“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 

8 saat əvvəl
“Məktəbli Kimyaçılar” qrant layihəsi uğurla yekunlaşıb
Gündəm

“Məktəbli Kimyaçılar” qrant layihəsi uğurla yekunlaşıb

8 saat əvvəl
2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib – FOTOLAR
Gündəm

2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib – FOTOLAR

13 saat əvvəl
Elm və Təhsil Nazirliyinin dəstəklədiyi növbəti uğurlu addım: Binəqədidə məktəblilərarası idman yarışı keçirilib
Sosial

Elm və Təhsil Nazirliyinin dəstəklədiyi növbəti uğurlu addım: Binəqədidə məktəblilərarası idman yarışı keçirilib

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.