İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
3 Avqust, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

4 saat əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyevin 31 iyul 2026-cı ildə Qırğızıstana həyata keçirdiyi dövlət səfəri Azərbaycanın Mərkəzi Asiya istiqamətində həyata keçirdiyi ardıcıl və uzaqgörən xarici siyasətin növbəti mühüm uğuru kimi qiymətləndirilməlidir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan çoxsaylı sənədlər, qəbul olunan Çolpon-Ata Bəyannaməsi, qarşılıqlı ali dövlət təltiflərinin təqdim edilməsi və dövlət başçılarının mətbuata bəyanatları göstərdi ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər artıq yeni keyfiyyət mərhələsinə yüksələrək strateji müttəfiqlik məzmunu qazanıb.
Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin möhkəm təməli Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində formalaşdırılıb. Məhz onun müəyyən etdiyi çoxşaxəli xarici siyasət kursunda türk dünyası ilə əlaqələrin inkişafı xüsusi yer tuturdu. Ulu Öndər müstəqilliyini yenicə bərpa etmiş türk dövlətləri arasında siyasi həmrəyliyin, iqtisadi əməkdaşlığın və ortaq dəyərlərin qorunmasının gələcək inkişaf üçün mühüm amil olduğunu uzaqgörənliklə qiymətləndirirdi. Azərbaycanın türk dövlətləri ilə münasibətlərinin institusional əsaslarının yaradılması, qarşılıqlı etimad mühitinin formalaşdırılması və çoxtərəfli əməkdaşlıq mexanizmlərinin qurulması həmin dövrdə müəyyənləşdirilən strateji xətt idi.

Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müasir dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirilir. Son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində müşahidə olunan sürətli inkişaf təsadüfi deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz regionlararası əməkdaşlığın təşəbbüskarı, nəqliyyat və logistika layihələrinin əsas iştirakçısı, enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş və Türk dünyasının inteqrasiyasını təşviq edən aparıcı dövlətlərdən birinə çevrilib.

Çolpon-Ata Bəyannaməsinin qəbul olunması isə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni mərhələsini müəyyən edən mühüm siyasi sənəddir. Bu bəyannamə siyasi dialoqun genişləndirilməsi, iqtisadi inteqrasiyanın sürətləndirilməsi, Orta Dəhlizin inkişafı, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya və yaşıl enerji sahələrində əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilməsi isə ölkəmizin regionun ayrılmaz tərəfdaşı və etibarlı siyasi aktoru kimi qəbul olunduğunu bir daha təsdiqləyir.

Azərbaycan və Qırğızıstan artıq münasibətlərini dostluq və strateji tərəfdaşlıq çərçivəsində, həmçinin qarşılıqlı öhdəliklərə əsaslanan müttəfiqlik formatında inkişaf etdirəcəklər. Bakı və Bişkek beynəlxalq təşkilatlarda, təhlükəsizlik məsələlərində, iqtisadi əməkdaşlıqda və regional təşəbbüslərdə bir-birinə daha güclü siyasi dəstəyi davam etdirəcək. Bişkek də Azərbaycanla münasibətləri uzunmüddətli strateji perspektivdə inkişaf etdirmək niyyətindədir. İki ölkə arasında siyasi dialoq artıq ən yüksək səviyyəyə çatıb və qarşılıqlı etimad möhkəm təməl yaradıb. Səfər zamanı  dövlət başçıları Azərbaycan–Qırğızıstan İnvestisiya Fondunun kapitalının 100 milyon dollardan 200 milyon dollara çatdırılması barədə qərar qəbul etdilər. Bu qərar sənaye, kənd təsərrüfatı, logistika, emal sənayesi və turizm kimi sahələrdə birgə layihələrin maliyyələşdirilməsi üçün yeni imkanlar yaradır. Səfər zamanı İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyə dəstəyi ilə inşa olunan beşulduzlu “Bakı” hotelinin açılışı da rəmzi məna daşıyır. Prezident İlham Əliyev bu layihəni Azərbaycan investisiyalarının dost ölkələrin inkişafına töhfəsi kimi qiymətləndirib. Sadır Japarov isə bu layihənin “xalqlarımız arasında möhkəm dostluğun daha bir rəmzi” olduğunu vurğuladı.

Bu gün Orta Dəhliz Avrasiyanın yeni iqtisadi və geosiyasi arxitekturasının əsas elementlərindən biridir. Xəzər dənizi üzərindən keçən marşrutların əhəmiyyətinin artması Azərbaycanı Mərkəzi Asiya dövlətləri üçün əsas tranzit və logistika tərəfdaşına çevirir. Bu kontekstdə Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə ilk dəfə tamhüquqlu üzv kimi iştirakı da xüsusi siyasi əhəmiyyət daşıyır.

Bu gün Azərbaycanla Mərkəzi Asiya  münasibətləri institusional xarakter almaqdadır və regional əməkdaşlıq mexanizmlərində ölkəmizin rolu daha da artır.

Cənab Prezidentin Qırğızıstan səfəri humanitar əməkdaşlığın dərinləşdirilməsi baxımından da əlamətdar oldu. Qarabağın bərpasında Qırğızıstanın dəstəyi, Ağdamda məktəb inşası, həmçinin Çingiz Aytmatovun irsinin birgə təbliği, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi və dostluq parklarının salınması ortaq türk kimliyinin və mədəni bağların daha da möhkəmləndiyini göstərir.

 

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

1 Avqust – Ana dilimizə hörmət və milli dəyərlərimizin təcəssümü

Növbəti xəbər

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

Əlaqədar Xəbərlər

Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

4 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

7 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü 

7 saat əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Gündəm

Deputat: ”Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün əsas tranzit və logistika tərəfdaşıdır”

1 gün əvvəl
Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib
Gündəm

“Gənc nəslin ana dilinə hörmət ruhunda yetişdirilməsi xüsusi əhəmiyyət kəsb edir”

2 gün əvvəl
“Dövlətin idmana göstərdiyi qayğı yeni uğurların təməlini formalaşdırır”
Gündəm

“Dövlətin idmana göstərdiyi qayğı yeni uğurların təməlini formalaşdırır”

3 gün əvvəl
Növbəti xəbər
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

4 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

4 saat əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

1 Avqust – Ana dilimizə hörmət və milli dəyərlərimizin təcəssümü

7 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

7 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Xüsusi

Türk dünyasının inteqrasiyasında mühüm addım

7 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.