İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
29 Sentyabr, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Açıq və səmərəli müzakirələrin aparılması üzrə beynəlxalq platforma

3 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Açıq və səmərəli müzakirələrin aparılması üzrə beynəlxalq platforma

Oktyabrın 10-da Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Ölkəmiz bu təşkilatın fəal üzvlərindən biri olmaqla, üzv ölkələrlə əlaqələrinin bütün istiqamətlər üzrə genişləndirilməsində maraqlıdır. Rəsmi Bakı İƏT üzvü olan bütün ölkələrlə qarşılıqlı iqtisadi münasibətlərin dərinləşməsinə, üzvlərin Təşkilatın nəhəng iqtisadi potensialından birgə yararlanmasına xüsusi önəm verir.

Prezident İlham Əliyevin Şuşaya yığışan nazirlərə ünvanladığı müraciətdə də qeyd etdiyi kimi, İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir: “Azərbaycan əməkdaşlığa açıq ölkədir. Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır”.

Azərbaycan etibarlı tranzit ölkədir və bizim nəqliyyat-logistika infrastrukturumuz bütün İƏT ölkələri üçün açıqdır. “Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq biz Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyirik. Həmçinin İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunmuşdur. Azərbaycan, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır”, – deyə dövlətimizin başçısı vurğulayıb.

İƏT üzvü olan Türkiyə və Pakistanla ölkəmizi strateji müttəfiqlik münasibətləri birləşdirir. Üç ölkə həm də regional və beynəlxalq müstəvidə bir-birinə mühüm dəstək verir.

İƏT üzvü olan Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanla Azərbaycanı həm də Türk Dövlətləri Təşkilatı birləşdirir. Ölkələrin sıx əməkdaşlıq etdikləri daha bir müstəvi Asiyadan Avropaya yükdaşımaların ən səmərəli marşrutlarından olan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhlizdir. Azərbaycan bu dəhlizin genişlənməsi üçün bütün iştirakçı dövlətlərlə, o cümlədən Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstanla ən sıx əməkdaşlıq formatlarının yaradılmasının aktiv təşəbbüskarlarından biridir: “Azərbaycan etibarlı tranzit ölkədir və bizim nəqliyyat-logistika infrastrukturumuz bütün İƏT ölkələri üçün açıqdır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyirik. Həmçinin İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunmuşdur. Azərbaycan, eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır”.

Prezidentin qeyd etdiyi kimi, Azərbaycan Hindistandan malların İran üzərindən ölkəmizin ərazisinə, buradan isə Avropa və Rusiyaya ötürülməsini nəzərdə tutan Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətinin təmin olunması üçün öz ərazisindəki infrastrukturun yaradılmasını sürətlə həyata keçirir. İranla sərhədə qədər dəmiryol xətti tam yenilənib, Azərbaycan Astarasından İran Astarasına yeni xətt çəkilib, dəmiryol körpüsü tikilib, İran Astarasında yük terminalları inşa olunub. Bundan əlavə, hazırda ərazidə avtomobil yolu körpüsünün tikintisi aparılır. Bakı həmçinin dəhlizlə daşımaların müddətinin kəskin azalmasına gətirib çıxaracaq Rəşt-Astara dəmiryol xəttinin tikintisində fəal iştirak edir.

İƏT bu gün Azərbaycanın işğaldan azad olunan ərazilərində aparılan bər­pa və yenidənqurma işlərini də diqqətdə saxlayır və bu torpaqlarda “yaşıl enerji” və azad iqtisadi zonaların yaradılması, sənayenin inkişafı istiqamətlərində hə­yata keçirilən layihələrin iştirakçıları sıra­sına tezliklə qoşulacağını da bəyan edir.

Fəxrlə qeyd edirəm ki, bu gün Azərbaycan öz şanlı tarixinin çox əlamətdar dövrünü yaşayır. 44 günlük Vətən müharibəsini Zəfərlə başa vuran, möhtəşəm Qələbə qazanan Azərbaycan ərazi bütövlüyünü təmin etməklə yanaşı, tarixi ədaləti bərpa etdi. Hazırda xalqımız Azərbaycanın suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır.

 

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Dövlətlərarası münasibətlərin qurulmasında Azərbaycanın inkişaf perspektivləri

Növbəti xəbər

Erməni vandalizminin təzahürləri

Əlaqədar Xəbərlər

Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Siyasət

“Bu gün əsas məsələ kimin hakimiyyətdə, kimin müxalifətdə olmasından daha çox, ölkənin qarşıdakı mürəkkəb dövrə nə qədər hazırlıqlı olmasıdır”.

5 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

TDT-nin artan rolu: Təhlükəsizlik, enerji və nəqliyyatda yeni əməkdaşlıq mərhələsi

1 həftə əvvəl
“Statusbaz!” – Elşən Musayevin yazısı…
Siyasət

“Statusbaz!” – Elşən Musayevin yazısı…

3 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Türk dünyasının güclənməsinə doğru

1 ay əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

2 ay əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

2 ay əvvəl
Növbəti xəbər
Müstəqillik tarixinin qızıl səhifəsi

Erməni vandalizminin təzahürləri

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır
Gündəm

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır

1 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Azərbaycanın tranzit, enerji və rəqəmsal inkişaf potensialı

1 saat əvvəl
Uğurlu inkişafın təməli
Sosial

Azərbaycanın dayanıqlı iqtisadi inkişaf perspektivləri

1 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Müstəqil Azərbaycan dövləti üçün beynəlxalq əməkdaşlıq əlaqələrinin gücləndirilməsi prioritet məsələdir

20 saat əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Bugünkü dünyada ən önəmli amillərdən biri siyasi və iqtisadi sabitlikdir

20 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.