İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
25 Oktyabr, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

“Statusbaz!” – Elşən Musayevin yazısı…

2 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Deməli, çox maraqlı bir məqam var: “Milli Şura” adında məchul qurumun “inkognito” sədri Cəmil Həsənli, ara bir az sakitləşən kimi, istintaq ifadələri arasında fasilə yaranan kimi, quyruğu qapı arasından azca çıxan kimi dərhal dönüb olur – “şirpələng”…

 

Anındaca dilə gəlir, “guruldayır” və statuslar yazmağa başlayır. Deyim ki, əslində onu hardasa başa düşmək də olar. Çün, yuxarı baxır bığ, aşağı baxır saqqal. Sakit dayansa ətrafındakı qaramatlar qınayacaq, səsini çıxarsa (yüz dənə əyri işin içində olduğu üçün) özünü işə salacaq.

 

Qısası, həqiqətən, çox çətindir “proSessor”un hazırki durumu…

 

“Mehdiyev işi” yeni pöhrələnəndə aradan çıxmaq istədi. Adını da qoydu ki, ailəvi toya çağırıblar. Öz də hara? Dubaya…

 

Evin tikilsin, səni heç burda, öz vətənində, 5 ildə bir dəfə adam bilib, adam sayıb toya çağıran olmur. Dubay nə idi?!

Əlbət, mif idi. Yalan idi. Nağıl idi.

 

Sonra uydurdu ki, guya bunu hansısa festivala (lap olsun tədbirə) dəvət ediblər. Bu variant da keçmədi. Ardınca gopa basdı ki, Londondan müraciət var, dərs deməyə çağırırlar. Həmin məlumat da öz təsdiqini tapmadı.

 

Və indi….Ağlına təzə ideya gəlmir deyə ortalıqda girinc qalıb.

 

Üstəlik, hara da gedirsən qarşına çıxır. Dağüstü parka yol alırsan, ordadır. “Fəvvarələr meydanı”na yol alırsan – şlaqbaum kimi qarşında dayanıb. “Hüseyn Cavid” prospektində, ixtiyari kafedə kofe içirsən – bir baxırsan, yolun düz ortası ilə şütüdü və qəfil gözdən itdi, getdi.

 

Arvad evə buraxmır, istintaq orqanları xaricə…

Ailə – uşaq evdə saymır, insanlar çöldə…

 

Ona görə fürsət düşən kimi kişilənmək, kişiləşmək, kişi kimi görünmək, kişi nisgilini unutmaq, “kişi qırığı” kompleksindən uzaqlaşmaq keçir könlündən. Və bunun da tək yolunu, çarəsini yekəlləmə, uzunnama, boş – boş, mənasız, dəxilsiz statuslar yazmaqda görür: Ay, Şvabe elə qırıldatdı, ay Kərimli barədə filan məqalə belə getdi, ay Avropa məhkəməsi feşman şey söylədi…

Yaxşı, bəs sən özün neyləmisən?! Yanına çox yox, 3 nəfər adam salıb məhkəmə önünə, salonuna getmisənmi? Haqqında bəhs etdiyin Kərimliyə dəstək vermisənmi? Dostluğunu, həmrəyliyini göstərmisənmi?

 

Yox, əlbət! Xeyr! Qətiyyən! Əsla!

 

Çünki, sən – bir addımlığındakı qan bağlarına, ailənə, övladlarına necə sahiblənmisənsə, dostlarına da bax o cür sahiblənirsən!

Çünki sən – yalnız və yalnız maraq, çıxar, mənfəət adamısan!

Çünki sən –  kiminsə arxasında dağ kimi deyil, ən yaxşı halda dərə kimi dayanmağı bacarırsan!

Çünki sən  – naqis, naxələf şəxsiyyət olduğun kimi namərd də yol yoldaşısan!

Çünki sən – boş – boş lovğalanmaqdan, loppazlanmaqdan, xoruzlanmaqdan savayı heç nə bacarmırsan!

 

Nəhayət. Çünki;

 

Məşhur lətifədə: “Mən ancaq çay işinə baxıram” – deyildiyi kimi, sən də ancaq status yazmaq işinə baxırsan.

Sadəcə və sadəcə…

 

 

Elşən Musayev,

Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib

Növbəti xəbər

Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib

Əlaqədar Xəbərlər

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Siyasət

“Ermənistanın başbilənləri bir şeyi nəzərlərində saxlasınlar ki…” – DEPUTAT

10 saat əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Siyasət

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

1 həftə əvvəl
Deputat: “Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir”
Siyasət

“Ulu Öndər müstəqilliyin qorunmasını dövlət siyasətinin başlıca vəzifəsi kimi müəyyənləşdirmişdi”

1 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Siyasət

Regional sabitliyin möhkəmləndirilməsində Azərbaycanın çoxşaxəli əməkdaşlığı

1 həftə əvvəl
“Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı”
Siyasət

“Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır”

1 həftə əvvəl
Azərbaycanın beynəlxalq münasibətlərdə artan rolu
Siyasət

Azərbaycanın beynəlxalq münasibətlərdə artan rolu

1 həftə əvvəl
Növbəti xəbər
Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib

Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Gündəm

Deputat: ”U-15 -ə ev sahibliyi etmək idman ölkəsi kimi Azərbaycanın nüfuzunu daha da möhkəmləndirir”

8 saat əvvəl
Yeni nəslin uğurlarına yol açmış gənclər siyasəti – Açıqlama
Gündəm

Şahin İsmayılov: Qubadlı müasir infrastruktur və geniş iqtisadi imkanlara malik rayon kimi yenidən qurulur

8 saat əvvəl
Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Siyasət

“Ermənistanın başbilənləri bir şeyi nəzərlərində saxlasınlar ki…” – DEPUTAT

10 saat əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Gündəm

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

2 gün əvvəl
YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.