İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
13 Aprel, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

BDU tələbələri üçün müasir akvakultura təsərrüfatına səfər təşkil edildi

3 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Beynəlxalq Biomüxtəliflik Günü münasibəti ilə IDEA İctimai Birliyi və Azerbaijan Fish Farm MMC-nin tərəfindən Bakı Dövlət Universitetinin tələbələri üçün Neftçala rayonunda yerləşən Nərə Balıqartırma Zavoduna məlumatlandırıcı tur təşkil edilib.

İnformasiya.az “Oxu.Az”a istinadən xəbər verir ki, tədbir zamanı BDU-nun biologiya fakültəsinin magistrantları və akademik heyəti dayanıqlı üsullarla ekoloji cəhətdən təmiz və sağlam dəniz məhsullarının istehsalı prosesi ilə tanış olublar.

İştirakçılar üçün akvakultura balıqçılığı və nərəcinsli balıqların yetişdirilməsi haqqında geniş təqdimat, Neftçala Nərə Balıqartırma Zavodunun təsərrüfat ərazisi və dəniz sahəsinə ekskursiya təşkil edilib.

Hal-hazırda Azərbaycanda balıqçılıq sahəsi yenidən sürətlə inkişaf edir, bir çox balıq növləri, o cümlədən nərəcinsli balıqların, çəkikimilərin, qızılbalıqkimilərin yetişdirilməsi üzrə rəqabətə davamlı məhsul istehsal edən və Xəzər dənizində biomüxtəlifliyin bərpasına töhfə verən təsərrüfatlar fəaliyyət göstərir.

“Azerbaijan Fish Farm” MMC Azərbaycan ərazisində nərəkimilər fəsiləsinin növlərinin və alabalığın yetişdirilməsi, eləcə də nərə kürüsünün istehsalı üzrə müasir texnologiyalar tətbiq edən, bütün məhsullar üzrə istehsal prosesi beynəlxalq keyfiyyət standartlarına cavab verən şirkətdir. Eyni zamanda, bu və digər balıqartırma zavodlarında yetişdirilən balıqların müntəzəm olaraq təbii su hövzələrinə buraxılması nəsli kəsilməkdə olan növlərin təbii populyasiyasının artırılmasını hədəfləyir.

İqlim dəyişikliyi, çirkləndirilmə, həddən artıq ovlanma və digər səbəblərə görə dünyada dəniz bioresurslarının qarşılaşdığı təhlükələr fonunda dayanıqlı balıq təsərrüfatının inkişafı həm ətraf mühit, həm iqtisadiyyat, həm də qida təhlükəsizliyi üçün olduqca vacib əhəmiyyət kəsb edir. Bu xüsusda, müasir və ekoloji təmiz akvakultura sektorunun inkişafı ilə yanaşı, cəmiyyətdə məsuliyyətli balıq ovu və istehlakı haqqında geniş maarifləndirmə işləri aparılmalıdır.  Bunu nəzərə alaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın və Qafqaz regionunun su faunasının qorunması və bərpası üzrə bir sıra mühüm təşəbbüslər həyata keçirilir.

Qeyd edək ki, balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2023-cü il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir və sentyabrın 1-dək davam edəcək.

Bununla əlaqədar olaraq, IDEA İctimai Birliyi bütün vətəndaşları balıq ehtiyatlarının qorunmasına, məsuliyyətli balıq ovlanmasının təşviqinə dəstək verməyə, balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtina etməyə, yalnız qanuni, dayanıqlı və məsuliyyətli yollarla əldə edilmiş dəniz məhsullarını istehlak etməyə çağırır.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

YARAT “Muzey Gecəsi” tədbirini tamaşaçılara uğurla təqdim etdi

Növbəti xəbər

UNESCO Qərbi Azərbaycan İcmasının müraciətinə rəsmi cavab verib

Əlaqədar Xəbərlər

Elman Nəsirov növbəti dəfə vətəndaşlarla görüşüb
Gündəm

Elman Nəsirov növbəti dəfə vətəndaşlarla görüşüb

7 saat əvvəl
Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır
Gündəm

Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır

2 gün əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığı

5 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır

6 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Gürcüstan və Azərbaycan inamla inkişaf edir.

6 gün əvvəl
“Azərbaycan–Serbiya əlaqələri strateji mövqelərin möhkəmlənməsinə xidmət edir”
Gündəm

Deputat: “Azərbaycan və Gürcüstan uğurlu əməkdaşlıq modelini inkişaf etdirir”

1 həftə əvvəl
Növbəti xəbər
UNESCO Qərbi Azərbaycan İcmasının müraciətinə rəsmi cavab verib

UNESCO Qərbi Azərbaycan İcmasının müraciətinə rəsmi cavab verib

Elman Nəsirov növbəti dəfə vətəndaşlarla görüşüb
Gündəm

Elman Nəsirov növbəti dəfə vətəndaşlarla görüşüb

7 saat əvvəl
Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır
Gündəm

Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır

2 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Qardaşlıq və dostluq ənənələri

5 gün əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığı

5 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır

6 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.