İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
11 Oktyabr, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Qərəzli və ədalətsiz yanaşmanın növbəti təzahuri

4 ay əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Təəssüflə qeyd etmək lazımdır ki, Avropa Şurasının, ümumiyyətlə, bu qurumun bəzi üzvlərinin ölkəmizə qarşı qərəzi dayanmır. Yəni bu qərəz davamlı bir xarakter alıb. Davamlı olaraq Azərbaycanı ittiham etmək, Azərbaycan haqqında fikir bildirmək və qərəzli mövqe nümayiş etdirmək artıq bir xəstəliyə və mərəzə çevrilib.
​ Orda bizim Şvabeyə çox ciddi suallarımız var. Yəni biz yaxın dövrə nəzər salanda, bu yaxınlarda Ermənistanda seçki keçirildi. Bu seçkidə çoxlu proseslər baş verdi. Ermənistanın, demək olar ki, keçmiş prezidentlərinin hamısına cinayət işi açılıb, prezidentliyə namizəd bütün şəxslərə cinayət işi açılıb. Cənab Şvabe bu məsələyə münasibət bildiribmi? Bir dəfə də olsun, 2018-ci ildən bu günə kimi bu proses gedir. Ermənistan baş naziri bütün opponentlərinin hamısını məhkəmə işi qaldırıb. Ermənistanda seçkilərin keçirilməsi ilə bağlı proses yenə eyni məsələ, eyni vəziyyət. Yəni o barədə heç nə danışmırlar, o barədə heç nə demirlər, amma davamlı olaraq Azərbaycanı ittiham edirlər.
​ Ümumiyyətlə, nədir bu qərəz, hardan qaynaqlanır, nə üçün bu proses bu formada davam edir? Yəni bunlar bizim çox ciddi suallarımızdır. Yəni Azərbaycanda bilmək istəyirlərsə, müxalifət də var, müxalifət partiyaları da var, bu gün də fəaliyyət göstərirlər və ölkədəki siyasi vəziyyətə münasibət bildirirlər. Azərbaycanda azadlıq da var, hər şey var. Yəni bu qərəz açıq-aydın özünü göstərir və təbii ki, burda biz xüsusi olaraq, yəni Ermənistanın lobbisinin, diasporasının rolunu və əməyini qeyd etməliyik ki, onlar davamlı olaraq bizim ölkəmizə qarşı bax bu fəaliyyətləri, bu əməlləri törədirlər. Yəni bu ilk dəfə deyil, belə bir proseslərin biz şahidiyik.
​ Ona görə də burda bu canfəşanlıq ondan irəli gəlir ki, Şvabe kimilər bu danışıqları ona görə edirlər ki, onlar erməni diasporundan davamlı olaraq pul alırlar. Və bu pulun məbləğini artırmaq üçün, bu pulun qarşılığını vermək üçün hər şeyə gedirlər və hər oyundan çıxırlar. Yəni yenə də deyirəm, Şvabe bir Ermənistandakı vəziyyət barədə bircə dəfə danışsın. Nə üçün ancaq Azərbaycandan danışılır? Bu, bir daha onu göstərir ki, qərəz var, Azərbaycana qarşı məqsədli bir şəkildə proses həyata keçirilir. Amma onlar bilsinlər ki, bu siyasət Azərbaycanın mövqeyinə təsir edə bilməz. Azərbaycanın öz yolu var, öz yolunu seçib və öz yolu ilə irəliyə doğru gedir. Bizim mövqeyimizə heç kim təsir göstərə bilməz.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan və Əlcəzair arasında siyasi, humanitar və parlament əlaqələri genişləndirilir

Növbəti xəbər

Güclü ordu – güclü dövlət: Azərbaycanın hərbi inkişaf strategiyası

Əlaqədar Xəbərlər

Kamran Bayramov: Azərbaycanın Məşvərət Şurasında yer alması geostrateji zərurətdir
Gündəm

Kamran Bayramov: Azərbaycanın Məşvərət Şurasında yer alması geostrateji zərurətdir

2 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi 

2 gün əvvəl
Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı
Gündəm

Zəfərdən suverenliyə, suverenlikdən yeni inkişaf mərhələsinə

3 gün əvvəl
Beyləqanda YAP-ın VIII Qurultayı ilə əlaqədar müşavirə keçirilib
Gündəm

Beyləqanda YAP-ın VIII Qurultayı ilə əlaqədar müşavirə keçirilib

5 gün əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Qələbələrdən Böyük Qayıdışa: YAP-ın tarixi missiyası 

5 gün əvvəl
Kamran Bayramov: YAP qurultayı Azərbaycanın suveren siyasi kursunu möhkəmləndirdi
Gündəm

Kamran Bayramov: YAP qurultayı Azərbaycanın suveren siyasi kursunu möhkəmləndirdi

6 gün əvvəl
Növbəti xəbər
Çoxillik münaqişənin sonu

Güclü ordu – güclü dövlət: Azərbaycanın hərbi inkişaf strategiyası

Kamran Bayramov: Azərbaycanın Məşvərət Şurasında yer alması geostrateji zərurətdir
Gündəm

Kamran Bayramov: Azərbaycanın Məşvərət Şurasında yer alması geostrateji zərurətdir

2 gün əvvəl
Azərbaycanın arxalandığı güc
Siyasət

Xəzərdən Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq

2 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi 

2 gün əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Sosial

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

3 gün əvvəl
Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı
Gündəm

Zəfərdən suverenliyə, suverenlikdən yeni inkişaf mərhələsinə

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.