İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
16 Avqust, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Günü-gündən ölkəmizin hərbi qüdrəti daha da artır

2 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir.

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində bir sıra ciddi uğurlara imza atdı. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı. İlk nizami hərbi hissənin yaradılması milli silahlı qüvvələrin formalaşdırılmasında mühüm addım idi.

Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. Ümummilli Liderin 22 may 1998-ci il tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun ölkəmizdə Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edildi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir.

Vətən müharibəsində qələbəmizdə müstəqilliyin ilk illərində Ulu Öndərin əsasın qoyduğu siyasət, sonrakı dövrlərdə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və uzaqgörən siyasət mühüm rol oynadı. Bu gün Azərbaycan ordusu dünyada nizamlı, yüksək döyüş qabiliyyətinə və müasir silahlara malik ölkələrdən biri sayılır və günü-gündən ölkəmizin hərbi qüdrəti daha da artır.

Qısa müddətdə Azərbaycan silah alan ölkədən istehsal edən ölkəyə çevrildi. Bu baxımdan 2006-cı ildə ölkəmizdə Müdafiə Sənayesi Nazirliyinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Son illər ölkəmizdə 20-dən çox hərbi zavod fəaliyyətə başlayıb. Bu zavodlarda 2000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal edilir, ordumuz həmin məhsullarla təchiz olunur. Eyni zamanda, həmin məhsulların bir hissəsi ixrac edilir.

Son illər Azərbaycan ordusunun əsgər və zabitlərinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində də ölkəmizdə böyük işlər görülmüş, onlarla yeni hərbi şəhərcik yaradılmışdır. Hərbiçilərin xidmət şəraiti daha da yaxşılaşdırılmış, son bir neçə ildə hərbi hissələrin, hərbi şəhərciklərin 80 faizdən çoxu yenidən tikilmiş və ya əsaslı təmir edilmişdir.

Son illər ordu quruculuğu sahəsində görülmüş bütün bu tədbirlər Azərbaycan ordusunun maddi-texniki bazasını daha da möhkəmləndirmiş, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsinə ciddi töhfə vermiş, Azərbaycan ordusunun düşmən üzərində qələbəsini təmin etmişdir.

Prezident İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” barədə imzaladığı sərəncam dövlətimizin hərbçilərə diqqət və qayğısının növbəti nümunəsidir.

Azərbaycanda hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi, onların rifahının yüksəldilməsi istiqamətində ardıcıl şəkildə həyata keçirilən tədbirlər bir çox aspektlərdən xüsusi önəm daşıyır.

Azərbaycan Ordusuna, bu ordunun hər bir əsgər və zabitinə Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən böyük diqqət və qayğı var. Eyni zamanda hərbi qulluqçuların əmək haqlarının artırılması, hərbçilərin təltif olunması bir daha onu göstərir ki, ölkə rəhbərliyi ordumuza böyük diqqət və qayğı nümayiş etdirir.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Beyləqan Olimpiya İdman Kompleksi tərəfindən açıq qapı günü təşkil edilib

Növbəti xəbər

“Söz Gücü: Debat Klubu” layihəsi çərçivəsində debat çempionatı keçirilib

Əlaqədar Xəbərlər

Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Naxçıvanın inkişafında yeni səhifə açılır

1 gün əvvəl
Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır
Gündəm

”Sənaye parkları regionların iqtisadi potensialından daha səmərəli istifadə olunmasına xidmət edir”

2 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Şahin İsmayılov: Prezident İlham Əliyevin bölgələrə səfərləri regionların inkişafı ilə bağlı tədbirlərin uğurlu icrasını təmin edir

3 gün əvvəl
BİR İLLİK SÜLHDƏN SONRA İLK ÜNVAN: NAXÇIVAN
Gündəm

BİR İLLİK SÜLHDƏN SONRA İLK ÜNVAN: NAXÇIVAN

3 gün əvvəl
Böyük yollarının kəsişdiyi məkana çevrilən məkan – Naxçıvan
Gündəm

Böyük yollarının kəsişdiyi məkana çevrilən məkan – Naxçıvan

3 gün əvvəl
Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Gündəm

“Naxçıvanın inkişafı yalnız bir regionun inkişafı deyil”

4 gün əvvəl
Növbəti xəbər
“Söz Gücü: Debat Klubu” layihəsi çərçivəsində debat çempionatı keçirilib

“Söz Gücü: Debat Klubu” layihəsi çərçivəsində debat çempionatı keçirilib

Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zəngəzur dəhlizi: nəqliyyat layihəsindən enerji və regional bağlantı platformasına

1 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Naxçıvanın inkişafında yeni səhifə açılır

1 gün əvvəl
Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır
Gündəm

”Sənaye parkları regionların iqtisadi potensialından daha səmərəli istifadə olunmasına xidmət edir”

2 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Şahin İsmayılov: Prezident İlham Əliyevin bölgələrə səfərləri regionların inkişafı ilə bağlı tədbirlərin uğurlu icrasını təmin edir

3 gün əvvəl
BİR İLLİK SÜLHDƏN SONRA İLK ÜNVAN: NAXÇIVAN
Gündəm

BİR İLLİK SÜLHDƏN SONRA İLK ÜNVAN: NAXÇIVAN

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.