İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
25 Dekabr, 2025 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Ombudsman Dövlət Departamentinin hesabatında əks olunmuş məsələlərə münasibət bildirib

3 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

ABŞ Dövlət Departamentinin növbəti illik hesabatında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyəti ilə bağlı vətəndaş cəmiyyəti adı altında ünvanı və adı bilinməyən “QHT”lərin fikri olaraq əks olunmuş məlumatlar qərəzli və həqiqəti əks etdirmədiyindən bəzi məsələlərə aydınlıq gətirmək istərdik.

İnformasiya.az xəbər verir ki, bu barədə Trend-ə Ombudsman Aparatından bildirilib.

“Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tutulmuş və ya həbs edilmiş şəxslərin Ombudsmana ünvanlanan təklifləri, ərizələri və şikayətləri təxirə salınmadan, senzuradan keçirilmədən aidiyyəti üzrə göndərilir. Ombudsman bu məsələni hər zaman diqqətdə saxlayır və saxlanılan şəxslərin senzurasız yazışmalarını daim monitorinq edir.

Ümumilikdə isə fəaliyyət çərçivəsində hər hansı bir fərq qoymadan bütün şəxslərin Ombudsmana müraciətləri araşdırılır, icraat aparılır və hər bir müraciətə vaxtında cavablar verilir. Həmçinin Ombudsmanın 916 Çağrı Mərkəzi şikayətlərin dərhal və effektiv araşdırılması baxımından pandemiya, eləcə də ondan sonrakı dövrdə uğurlu və işlək mexanizm olaraq fəaliyyət göstərir. Saxlanılan şəxslərin onların müdafiəçiləri və ailə üzvləri üçün müraciətləri ödənişsiz və 7/24 əlçatandır.

Bu baxımdan qeyd etməliyik ki, vəkillərin müdafiə etdikləri şəxslərlə görüşlərinə maneə yaradılması ehtimalı ilə bağlı müraciətləri bütün hallarda təmin olunmuşdur.

Ombudsman və onun Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq edilmədən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi 250-dək müəssisəyə plan üzrə və plandankənar olmaqla başçəkmələr həyata keçirilir. Yüzlərlə saxlanılan şəxs fərdi qəbul olunur, eləcə də kollektiv görüşlər, maarifləndirmə tədbirləri keçirilir. Başçəkmələr saxlanılan şəxslərin özlərinin, müdafiəçilərinin və ya ailə üzvlərinin müraciətlərinə, habelə KİV-də, sosial şəbəkələrdə gedən informasiyalara Ombudsmanın çevik reaksiyası əsasında həyata keçirilir.

Barələrində müvafiq məhkəmə qərarları olan və kütləvi informasiya vasitələrində məlumat yayılmış şəxslər də dəfələrlə Ombudsman və onun Milli Preventiv Qrupunun üzvləri tərəfindən qəbul olunmuş, müraciətləri müvafiq qurumlar qarşısında qaldırılmış və təmin edilmişdir. Həmin şəxslər göstərilən köməkliyə və hüquqlarını diqqətdə saxladığına görə Ombudsmana təşəkkürünü bildirmişlər [1]. Eləcə də vəkillər hüquqlarını müdafiə etdiyi şəxslərin hüquqlarının təmini üçün Ombudsmana müraciətlərinin daim müsbət həll edilməsi ilə bağlı göstərdiyi köməkliyə görə öz təşəkkürlərini bildirmişlər [2].

Preventiv başçəkmələr vətəndaş cəmiyyəti nümayəndələrinin də cəlb edilməsi ilə müstəqil şəkildə aparılır. Bütün bu məlumatlara dair mətbuat açıqlamaları verilir, başçəkmələrin nəticələri Ombudsmanın İllik məruzələrində [3] və MPM hesabatlarında geniş təsvir olunmaqla rəsmi internet saytı üzərindən geniş ictimaiyyətə təqdim edilir.

Hətta Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkə Ombudsmanına ünvanladığı müraciətlərdə adı çəkilən şəxslərin də hər biri Milli Preventiv Qrupunun üzvləri tərəfindən başçəkmə keçirdikləri müəssisələrdə qəbul edilir, müraciətləri dinlənilir, rəftar və saxlanma şəraitləri araşdırılır. Digər qurumlara münasibətdə də Ombudsman əməkdaşlığın əhəmiyyətini təşviq edir.

Qeyd olunanları nəzərə alaraq, qısa şəkildə əsaslandırılmış məlumatları təqdim etməklə, ABŞ Dövlət Departamentinin hesabatında Ombudsmanın fəaliyyəti ilə bağlı yer alan qeydlərin əsassız olduğunu, hər hansı bir problemin həllinə xidmət etmədiyini bildiririk”, – deyə məlumatda qeyd edilib.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Ceyhun Bayramov üçtərəfli görüş üçün Rusiyaya getdi

Növbəti xəbər

Gənc alimlər arasında Ulu Öndərin 100 illik yubileyinə həsr olunan müsabiqə keçiriləcək

Əlaqədar Xəbərlər

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib
Siyasət

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib

4 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Azərbaycan və Türkmənistan: qardaşlıqla güclənən münasibətlər

4 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

8 ay əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Siyasət

Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir

1 il əvvəl
“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…
Siyasət

“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…

1 il əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Siyasət

Azərbaycana qarşı əsassız ittihamlar davam edir

1 il əvvəl
Növbəti xəbər
Gənc alimlər arasında Ulu Öndərin 100 illik yubileyinə həsr olunan müsabiqə keçiriləcək

Gənc alimlər arasında Ulu Öndərin 100 illik yubileyinə həsr olunan müsabiqə keçiriləcək

Deputat Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
Gündəm

Deputat Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

14 saat əvvəl
Elman Nəsirov Türkiyə Respublikasının Şimali Kipr Türk Cümhuriyyətindəki səfiri ilə görüşüb
Gündəm

Elman Nəsirov Türkiyə Respublikasının Şimali Kipr Türk Cümhuriyyətindəki səfiri ilə görüşüb

16 saat əvvəl
“Sosial Bağlar Platforması” layihəsi yekunlaşdı
Gündəm

“Sosial Bağlar Platforması” layihəsi yekunlaşdı

18 saat əvvəl
Deputat: Lazım gələndə Azərbaycan yenə də hamıya layiqli cavab verəcək
Gündəm

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsrə bərabər inkişaf yolu keçib

21 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Yeni reallıqlar və milli inkişaf strategiyası

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.