İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
12 Avqust, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsü artıq reallığa çevrilib

3 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Ermənistanda keçirilən Zirvə toplantısında videobağlantı formatında etdiyi çıxış Azərbaycanın regionda formalaşdırdığı yeni geosiyasi reallıqların növbəti əyani təsdiqidir. Azərbaycan və Ermənistan arasında münasibətlər artıq sülh müstəvisinə keçib.

İctimai.az xəbər verir ki, bu sözləri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

“Ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa edən, öz ərazisində separatizmin kökünü kəsən Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsü artıq reallığa çevrilib. Ölkəmiz regionda dayanıqlı sülhün qurulmasına yönəlmiş konkret addımlar atır və bu istiqamətdə təşəbbüskar rolunda çıxış edir.

Təbii ki, regionda sabitliyin möhkəmlənməsi, eyni zamanda iqtisadi fəallığın artması üzrə Azərbaycan tərəfindən atılan addımlar sülhün real nəticələridir və ölkəmizin sülhpərvər mövqeyinin təzahürüdür.

Eyni zamanda “Avropa Siyasi Birliyi” Zirvə görüşünün Ermənistanda keçirilməsinin Azərbaycan tərəfindən dəstəklənməsi və Sammitin 2028-ci ildə Azərbaycanda keçirilməsinə Ermənistanın dəstək verməsi ölkələr arasında yaranan etimad mühitinin real göstəricisidir.

Uzun illər tətbiq edilən tranzit məhdudiyyətlərini Azərbaycanın birtərəfli qaydada aradan qaldırması və ötən müddət ərzində Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yükün daşınması mühüm addımlardır. Bununla yanaşı, enerji resurslarının, o cümlədən neft məhsullarının Ermənistana ixracına başlanması münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. Bütün bunlar təbii ki, regionda sülhün möhkəmləndirilməsi prosesinin uğurla həyata keçirilməsinə xidmət edir.

Lakin təəssüflə qeyd edək ki, regionda sülhün bərqərar olduğu bir zamanda bəzi təsisatlar bu uğuru qəbul etmək istəmir və ona kölgə salmağa çalışırlar. Dövlətimizin başçısının da çıxışında qeyd etdiyi kimi Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir.  Avropa Parlamenti və AŞPA kimi qurumların ikili standartlara əsaslanan və obyektivlikdən uzaq yanaşması regionda davamlı sülh və etimad mühitinin möhkəmləndirilməsinə töhfə vermir, əksinə, konstruktiv dialoqa xələl gətirir.

Beləliklə, Azərbaycan hər zaman olduğu kimi bu gün də regionda qarşılıqlı faydalı əməkdaşlığın bərqərar olması istiqamətində ciddi addımlar atır. Sülh gündəliyinə sadiqliyini əməli fəaliyyəti ilə nümayiş etdirən ölkəmiz həm siyasi, həm də iqtisadi müstəvidə yeni əməkdaşlıq imkanları formalaşdırır. Bu, Cənubi Qafqazın sabitlik, tərəqqi və inteqrasiya məkanına çevrilməsinə hesablanmış mühüm addımlardır. AŞPA və Avropa Parlamenti kimi təsisatların qərəzli yanaşmaları bu reallığı dəyişmək gücündə deyil”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Makronun məntiqsiz “vasitəçilik” ritorikası: İrəvan Parisin çətiri altında

Növbəti xəbər

Xidmətlrini Ermənistan uğruna yerinə yetirən ədalətsiz qurum

Əlaqədar Xəbərlər

Azərbaycanın arxalandığı güc
Xüsusi

Türk dünyasının inteqrasiyasında mühüm addım

1 həftə əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Xüsusi

AZƏRBAYCAN–FƏLƏSTİN ƏLAQƏLƏRİ: SİYASİ HƏMRƏYLİKDƏN STRATEJİ ƏMƏKDAŞLIĞA DOĞRU

4 həftə əvvəl
Deputatın növbəti vətəndaş qəbulu baş tutub
Xüsusi

Deputatın növbəti vətəndaş qəbulu baş tutub

1 ay əvvəl
Gənclər Şurasının 2026-cı ilin ilk yarımilliyinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib
Qərbi Azərbaycan

Gənclər Şurasının 2026-cı ilin ilk yarımilliyinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib

1 ay əvvəl
Gənclərin idmana marağı artır
Xüsusi

Müstəqil Azərbaycan dövləti üçün etibarlı tərəfdaş əlaqələrinin qurulması prioritet istiqamətlərdəndir

2 ay əvvəl
“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 
Xüsusi

“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 

2 ay əvvəl
Növbəti xəbər
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi

Xidmətlrini Ermənistan uğruna yerinə yetirən ədalətsiz qurum

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…
Gündəm

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…

3 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Vaşinqtonda ortaya çıxan siyasi mənzərənin arxasında uzun illər davam edən mürəkkəb proses dayanırdı

4 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

1 həftə əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

1 Avqust – Ana dilimizə hörmət və milli dəyərlərimizin təcəssümü

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.