İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
15 Sentyabr, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Deputat: “Zatulinin fikirləri onun siyasi savadsızlığının göstəricisidir”

5 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Zatulinin Azərbaycanla bağlı əsassız fikirləri onun siyasi savadsızlığının və qeyri-ciddiliyinin açıq göstəricisidir. Bölgədə davamlı sülhün, əməkdaşlığın təmin olunması üçün yeganə yol məhz Azərbaycanın regionda yaratdığı yeni reallıqların qəbul edilməsidir. Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin bu günlərdə “Moskovskiy Komsomolets” qəzetində yer alan fikirləri bir daha göstərir ki, bəzi siyasi dairələr regionda formalaşmış yeni reallıqları qəbul etmək istəmir və bu məqsədlə qəsdən təhrif olunmuş narrativlər formalaşdırmağa çalışırlar”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın bu gün əldə etdiyi bütün nailiyyətlərin təməlində Prezident İlham Əliyevin müdrikliklə müəyyənləşdirdiyi müstəqil siyasət dayanır. Azərbaycan Prezidentinin təşəbbüsləri və qərarları ilə icra olunan layihələr nəinki ölkəmizin, bütövlükdə regionun inkişafına mühüm töhfələr verir. Bu xüsusda, Zatulin tərəfindən Azərbaycan Prezidenti ilə Ermənistanın Baş nazirinin “tərəfdaş” kimi təqdim edilməsi tamamilə yanlış və qəbuledilməz yanaşmadır. Bu, birbaşa Zatulinin siyasi savadsızlığından qaynaqlanır.

“Hər zaman müxtəlif dairələrdən aldığı sifarişlər əsasında Azərbaycana, ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərə kölgə salmağa çalışan K.Zatulinə xatırlatmaq istərdim ki, məhz ATƏT-in,Rusiyanın da təmsil olunduğu, keçmiş Minsk Qrupu təxminən 30 il Ermənistanın işğalçılıq siyasətinə son qoya bilmədi, məsələnin həlli ilə bağlı heç bir addım atmadı. Bir dəfə də olsun Ermənistanı işğalçı adlandırmadı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı öz gücü sayəsində ədaləti bərpa etdi, erməni silahlı qüvvələrini tarixi torpaqlarından qovdu. Bu gün isə Azərbaycanın təşəbbüsü ilə regionda sülh bərqərar olur. Bu baxımdan, Rusiya Dövlət Dumasının deputatının səsləndirdiyi iddialar realfaktlara tamamilə ziddir. Onun Azərbaycan ilə bağlı əsası olmayan ifadələr işlətməsi siyasi məsuliyyətsizlikdir”, – deyə komitə sədri vurğulayıb.

K.Zatulinin ən yaxın tariximizlə bağlı faktları saxtalaşdıraraq ictimaiyyətə təqdim etdiyini söyləyən Şahin İsmayılov bildirib ki, erməni əsilli sakinlərin Qarabağı könüllü şəkildə tərk etməsi beynəlxalq ictimaiyyətin gözü önündə baş verdi. Azərbaycan dövləti həmin şəxslərin reinteqrasiyası, hüquq və təhlükəsizliyinin təmin olunması ilə bağlı bütün zəruri addımları atdı və bu barədə dəfələrlə çağırışlar etdi. Lakin tarixi Azərbaycan torpaqlarında məskunlaşmış erməni əsilli sakinlərin Qarabağı tərk etməsi onların öz qərarları idi. Azərbaycan dövləti bu prosesin də beynəlxalq hüquq normalarına uyğun, təhlükəsiz şəraitdə həyata keçirilməsini təmin etdi. Digər tərəfdən o, guya Qarabağı 120 min nəfər erməni əsilli sakinin tərk etdiyini bildirir. Zatulin bilərəkdən və ya bilməyərəkdən bu rəqəmi iki dəfədən də çox şişirdərək təqdim edir.

“Bir sözlə, Zatulinin bu qərəzli fikirləri və uydurma iddiaları regionda formalaşmış yeni geosiyasi reallıqları inkar etməyə yönəlmiş ritorikadan başqa bir şey deyil. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib və heç bir qüvvə bu reallığı dəyişmək iqtidarında deyil. Zatulinin siyasi manipulyasiya və ucuz populizm elementləri ilə müşayiət olunan fikirləri onun qeyri-ciddi siyasətçi obrazının təzahürüdür. Müxtəlif dairələrin maraqlarından çıxış edən bu cür “siyasətçilər” obyektiv siyasi təhlil aparmaq qabiliyyətində deyillər”- komitə sədri sonda vurğulayıb.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“İrəvanın xilası revanşizmdə deyil, reallığı qəbul etməsindədir” – Deputat

Növbəti xəbər

Könül Nurullayeva vətəndaşlarla növbəti dəfə görüş keçirib

Əlaqədar Xəbərlər

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!

1 gün əvvəl
Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib

6 gün əvvəl
“Bəs deyirdin, pul yoxdur?” – Elşən Musayevdən Tural Sadıqlıya sərt sözlər!!!
Gündəm

“Bəs deyirdin, pul yoxdur?” – Elşən Musayevdən Tural Sadıqlıya sərt sözlər!!!

6 gün əvvəl
“Niyə özünə əl qatmısan?” – Deputatdan Frank Şvabeyə sərt sözlər!
Gündəm

“Niyə özünə əl qatmısan?” – Deputatdan Frank Şvabeyə sərt sözlər!

1 həftə əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Sən indi hamıdan ağıllı çıxmısan?!” – Elşən Musayev

1 həftə əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Vaşinqtondan Bişkekə: Sülh masasında Bakının dəyişməyən şərtləri

2 həftə əvvəl
Növbəti xəbər
Könül Nurullayeva vətəndaşlarla növbəti dəfə görüş keçirib

Könül Nurullayeva vətəndaşlarla növbəti dəfə görüş keçirib

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!

1 gün əvvəl
Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb
Sosial

Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb

2 gün əvvəl
Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib
Sosial

Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib

4 gün əvvəl
“Statusbaz!” – Elşən Musayevin yazısı…
Siyasət

“Statusbaz!” – Elşən Musayevin yazısı…

5 gün əvvəl
Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib

6 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.