İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
21 İyun, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Deputat: ”Prezident ölkəmizə qarşı təxribatçı mövqedə olan qüvvələrə xəbərdarlıq etdi”

4 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

İranla Amerika-İsrail koalisiyası arasındakı müharibə ilə heç bir əlaqəsi olmayan suveren bir dövlətin mülki infrastrukturuna zərbə heç bir halda qəbuledilə bilməz. Mülki infrastruktura dron hücumu təşkil etmək acizlik və qorxaqlıq əlamətidir. İran Naxçıvan Muxtar Respublikasına dron hücumu etməklə öz mərliniyyətini bir daha və bu məsələnin Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycanın Təhlükəsizlik Şurasının iclasında müzakirə olunması rəsmi Bakının dövlət təhlükəsizliyi məsələlərinə nə qədər həssas yanaşdığını təsdiqlədi. Naxçıvan Azərbaycanın strateji baxımdan ən həssas bölgələrindən biridir. Coğrafi baxımdan blokada şəraitində yerləşən bu bölgə eyni zamanda regionun mühüm geosiyasi hissəsi sayılır. Belə bir əraziyə qarşı pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücum, təkcə lokal insident deyil, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş təhlükəli presedent kimi qiymətləndirilməlidir.
Prezident İlham Əliyev tərəfindən səsləndirilən sərt mesajlar konkret hadisəyə münasibət olmaqla yanaşı, həm də İran başda olmaqla ölkəmizə qarşı təxribatçı mövqedə olan bütün qüvvələrə xəbərdarlıq idi.
Rəsmi Bakı bu hadisəyə dərhal siyasi və diplomatik reaksiya verdi. Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı açıq şəkildə bildirdi ki, Azərbaycan öz sərhədlərinin toxunulmazlığını təmin etmək üçün bütün zəruri addımları atmağa qadirdir. Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Silahlı Qüvvələrinin bir nömrəli səfərbərlik halına gətirilməsi bunu sübut edir. Bu mövqe həm ölkə daxilində təhlükəsizlik sisteminin gücləndirilməsini göstərir, həm də region ölkələrinə açıq mesajdır.
Azərbaycan İran tərəfindən məsələnin ciddi şəkildə araşdırılmasını və izahat verilməsini tələb edir. Rəsmi Bakı öz təhlükəsizliyini təmin etmək üçün bir daha iradəsini ortaya qoydu. Burada əsas məqsəd potensial təhlükələrin qarşısını almaqdır. Azərbaycanın xarici siyasətində əsas prinsiplərdən biri regional sabitliyin qorunmasıdır. Lakin eyni zamanda rəsmi Bakı açıq şəkildə göstərir ki, dövlət sərhədlərinə yönələn hər hansı təhdid cavabsız qalmayacaq.
Hadisə Cənubi Qafqazda dəyişən geosiyasi balans fonunda baş verir. Azərbaycanın son illərdə regionda artan siyasi və iqtisadi çəkisi, xüsusilə enerji və nəqliyyat layihələrində oynadığı rol yeni reallıqlar yaradıb. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq enerji və nəqliyyat layihələri ölkəni Avrasiya məkanında mühüm strateji tərəfdaşa çevirib. Bu baxımdan regionda baş verən hər hansı təhlükəsizlik insidenti təkcə Azərbaycan üçün deyil, geniş coğrafiya üçün də təhlükəli nəticələrə səbəb ola bilər.
Azərbaycan milli təhlükəsizlik məsələlərində prinsipial mövqe tutur. Prezident İlham Əliyevin çıxışı dövlətin milli maraqlarının qorunmasının əsas prioritet olduğunu açıq şəkildə ortaya qoydu.

Milli Məclisin deputatı Könül Nurullayeva

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

İranın özünü intihara sürükləyir – Şərh

Növbəti xəbər

Regional sabitlik və təxribatlar: Azərbaycanın prinsipial mövqeyi

Əlaqədar Xəbərlər

Azərbaycanda 26 yaşlı gənc siyasi elmlər üzrə fəlsəfə doktoru olub
Gündəm

“Qərbdən Şərqə baxış – çətin məsələ, yoxsa düstursuz tənlik?”

18 saat əvvəl
Beyləqanda vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib
Gündəm

Beyləqanda vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib

3 gün əvvəl
“Məktəbli Kimyaçılar” qrant layihəsi uğurla yekunlaşıb
Gündəm

“Məktəbli Kimyaçılar” qrant layihəsi uğurla yekunlaşıb

3 gün əvvəl
2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib – FOTOLAR
Gündəm

2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib – FOTOLAR

3 gün əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi

5 gün əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Şuşa Bəyannaməsinin strateji mesajı

5 gün əvvəl
Növbəti xəbər
Regional sabitlik və təxribatlar: Azərbaycanın prinsipial mövqeyi

Regional sabitlik və təxribatlar: Azərbaycanın prinsipial mövqeyi

Millət vəkilləri ACF-nin inkişaf planları ilə tanış olublar
Sosial

Millət vəkilləri ACF-nin inkişaf planları ilə tanış olublar

8 saat əvvəl
Azərbaycanda 26 yaşlı gənc siyasi elmlər üzrə fəlsəfə doktoru olub
Gündəm

“Qərbdən Şərqə baxış – çətin məsələ, yoxsa düstursuz tənlik?”

18 saat əvvəl
Beyləqanda vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib
Gündəm

Beyləqanda vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib

3 gün əvvəl
“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 
Xüsusi

“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 

3 gün əvvəl
“Məktəbli Kimyaçılar” qrant layihəsi uğurla yekunlaşıb
Gündəm

“Məktəbli Kimyaçılar” qrant layihəsi uğurla yekunlaşıb

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.