İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
18 Fevral, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“350 mindən artıq Qərbi azərbaycanlının öz ata-baba yurduna dönüş hüququ gözardı edilə bilməz”

3 saat əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibə verib. İlham Əliyev bildirib ki, Qarabağda yaşayan ermənilərə vətəndaşlıq və iş icazəsi üçün müraciət etmək imkanı dəfələrlə təklif olunub: “Qarabağ ermənilərinin nümayəndələri görüşlərdə iştirak etsələr də, əsasən Ermənistana getməyi seçiblər. Azərbaycan tərəfi, deportasiya edilmiş yüz minlərlə azərbaycanlının geri dönüş imkanlarını təmin etməyən Ermənistan hökumətini də diqqətə çatdırır”. İlham Əliyev vurğulayıb ki, qayıdış hüququ universal hüquqdur və belə bir müraciət olarsa, Azərbaycan buna əməl edəcək. Eyni zamanda, Ermənistanla 30 illik müharibə və işğal şəraitini nəzərə alaraq, Azərbaycanlılara qarşı da eyni hüquqların təmin olunmasını gözlənilir.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan lokal anti-terror tədbirləri keçirməzdən öncə dəfələrlə Qarabağda yaşayan erməni əsilli sakinlərə müraciət edərək onların təhlükəsizliyinə ən yüksək səviyyədə təminat veriləcəyini bəyan etmiş və əməliyyatların gedişində də beynəlxalq hümanitar hüququn bütün tələblərini rəhbər tutaraq hərbi gedişatdan mülki insanların zərər görməməsi üçün bütün tədbirləri görmüşdü, lakin buna baxmayaraq Ermənistanın uzun bir dövr ərzində dövlət səviyyəsində həyata keçirdiyi yalnış və zərərli təbliğatın təsiri altında olan Qarabağın erməni əsilli əhaləsi azərbaycanlılarla və Azərbaycan dövlətinin yurisdiksiyası daxilində yaşamaq istəməmiş, etnik separatizmin təsiri altında Qarabağı tərk etmişdilər.

 

Bəhruz Məhərrəmov Bəhruz Məhərrəmov

 

“Azərbaycan Respublikası vətəndaşlığından aslı olmayaraq hər kəsin konstitusion qaydada azadlıq hüququna təminat verir və bu baxımdan Qarabağın erməni əsilli sakinlərinin Azərbaycanı tərk etmək niyyətləri qarşısında hər hansı formada sədd çəkilə bilməzdi. Prosesə verilə biləcək ən doğru reaksiya Azərbaycan dövlətinin ölkəmizin ərazisini tərk etmək istəyən ermənilərin təhlükəsiz və insan ləyaqətinin qorunması şəraitində gedişinə şərait yaratmaq idi ki, istər yerli, istərsə də əcnəbi media orqanlarının monitorinqi altında proseslərin audiovizual qaydada sənədləşdirilməsi şəraitində erməni əsilli sakinlər 90-cı illərdə Qarabağ və Şərqi Zəngəzurdan zorla qovulmaları, yaxud 80-ci illərin sonunda Ermənistandan azərbaycanlılara qarşı çoxsaylı cinayətlər fonunda didərgin salınmaları formasından fərqli olaraq dinc və rahat şəraitdə sərhədlərimizi tərk etdilər. Əlbəttə, Azərbaycan Respublikası Prezidentinin dəfələrlə ifadə etdiyi kimi Qarabağın erməni əsilli sakinlərinin geri dönüşünün əleyhinə deyil, lakin eyni zamanda dəfələrlə ifadə olunduğu kimi qayıdış universal hüquqdur və yalnız erməni əsilli sakinləri yox, həm də azərbaycanlıların Ermənistandakı qədim ata-baba yurdlarına qayıtmaq hüququnu ehtiva etməlidir. Bu mənada hansısa beynəlxalq platformada 30 minə yaxın erməninin Qarabağa qayıtması barədə danışarkən 350 mindən artıq Qərbi azərbaycanlının öz ata-baba yurduna dönüş hüququ gözardı edilə bilməz”-deyən deputat vurğulayıb ki, Ermənistanın dövlət və hökumət rəsmiləri ermənilərin Qarabağa qayıdışından danışarkən birmənalı şəkildə azərbaycanlıların Ermənistana qayıdışı məsələsindən başlamalı, üstəlik bu istiqamətdə yalnız müsbət ritorikalı bəyanatlarla kifayətlənmələyərək qayıdışın real mexanizmi və Ermənistanın Azərbaycan əsilli vətəndaşlarına verəcəyi təhlükəsizlik təminatının aydın formulu ortaya qoyulmalıdır.

İradə Cəlil, Bizimyol.info

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Çoxşaxəli tərəfdaşlığa əsaslanan Azərbaycan-Serbiya əlaqələri daha da genişlənir

Əlaqədar Xəbərlər

Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Gündəm

Çoxşaxəli tərəfdaşlığa əsaslanan Azərbaycan-Serbiya əlaqələri daha da genişlənir

6 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bütövlükdə energetika sahəsində bizim əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir

9 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan və Serbiya arasında yaxın tərəfdaşlıq münasibətləri son illərdə yüksələn xətlə davam etməkdədir

9 saat əvvəl
“İrsdən Hüquqa: Heydər Əliyev və Biz” layihəsi uğurla icra olunub
Gündəm

“İrsdən Hüquqa: Heydər Əliyev və Biz” layihəsi uğurla icra olunub

9 saat əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Gündəm

Azərbaycan–Serbiya əməkdaşlığının perspektivləri

1 gün əvvəl
Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib
Gündəm

Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib

2 gün əvvəl
“350 mindən artıq Qərbi azərbaycanlının öz ata-baba yurduna dönüş hüququ gözardı edilə bilməz”
Gündəm

“350 mindən artıq Qərbi azərbaycanlının öz ata-baba yurduna dönüş hüququ gözardı edilə bilməz”

3 saat əvvəl
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Gündəm

Çoxşaxəli tərəfdaşlığa əsaslanan Azərbaycan-Serbiya əlaqələri daha da genişlənir

6 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Xüsusi

Azərbaycanın xarici siyasət konsepsiyasında əməkdaşlıq və dostluq prinsipləri üstünlük təşkil edir

9 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bütövlükdə energetika sahəsində bizim əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir

9 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan və Serbiya arasında yaxın tərəfdaşlıq münasibətləri son illərdə yüksələn xətlə davam etməkdədir

9 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.