İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
16 İyun, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Gənclərin idmana marağı artır

6 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Məlumdur ki, siyasi, iqtisadi, hərbi, idman, mədəni, eləcə də, digər istiqamətlər üzrə Azərbaycanın əldə etdiyi uğurlara görə, həmçinin, bölgədə, dünyada söz sahibi olan bir ölkəyə çevrilməsində ölkə Prezidenti, cənab İlham Əliyevin gərgin əməyi, uzaqgörən daxili və xarici siyasəti dayanır. Müasir dünyada liderlik qabiliyyəti ilə seçilən cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycan möhtəşəm inkişaf yoluna qədəm qoymuşdur. Əldə olunan uğurlarının təhlilinə nəzər salsaq görərik ki, cənab İlham Əliyevin hər bir vədi, əməli fəaliyyətində öz əksini tapmışdır. Azərbaycan idman ölkəsi olaraq, cənab İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu və tədbirlərin reallaşmasında, həmçinin, bu sahədə ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olmuşdur. Azərbaycanda keçirilən beynəlxalq yarışlar, eləcə də, dünya və Avropa çempionatları sübut edir ki, Azərbaycanda idman sürətlə inkişaf edir. Ölkəmizin, ardıcıl olaraq beynəlxalq yarışlarda iştirakı və uğurlar qazanması beynəlxalq aləmin Azərbaycandakı idman hərəkatına olan diqqətini artırıb. İdman sahəsinə ayrılan diqqət və göstərilən qayğı, gənclərin bu sahəyə olan marağını artırıb. Bütün bunlar, ölkə Prezidenti, cənab İlham Əliyevin idmanın inkişafına, həmçinin, yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının real təcəssümüdür. Artıq, Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər mühiti formalaşmışdır. Gənclər siyasəti, gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə kreativ gəncliyin formalaşmasına geniş imkanlar açıb. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Təbii ki, xalqımızın qəhrəmanlıq tarixini yazan da gənclərdir. Qazanılan uğurlar, bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi və məsuliyyəti dərk edir. Faktiki olaraq, 44 günlük Vətən müharibəsində gənclərimiz vətənpərvərlik nümayiş etdirdilər. Azərbaycanın mərd oğulları bu haqq savaşında Şəhidlik zirvəsinə yüksəldilər. Azərbaycan əsgərinin qələbəsi, əminliklə onu deməyə əsas verir ki, gənclər mütəşəkkil, vətənpərvər, geniş dünyagörüşlü, mübariz və məsuliyyətli gənclərdir. Hər bir gəncin üzərində ciddi mənəvi məsuliyyət var və onlar bu məsuliyyəti yaxşı dərk edir, sabaha doğru inamla addımlayır.

Bu gün, işğaldan azad olunan torpaqlarımızda da idmanın inkişafına diqqət ayrılır. Ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilir. 30 il ərzində xarabazara çevrilmiş torpaqlarımızda canlanma müşahidə olunmaqdadır. İşğaldan azad edilmiş torpaqlarda da idmanı inkişaf etdirmək məqsədi ilə stadionlar, idman kompleksləri və digər idman qurğuları inşa olunacaqdır. Bu, Vətən müharibəsində işğaldan azad edilmiş bütün şəhərlərin Baş planlarında da öz əksini tapmışdır…

 

Sabit Mehdiyev,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

İlham Əliyevin rəhbərliyi ilə idmanımız yeni zirvələrə irəliləyir – Deputat

Növbəti xəbər

“31 Dekabr dünya azərbaycanlılarını birləşdirən mənəvi körpüdür”

Əlaqədar Xəbərlər

Uğurlu inkişafın təməli
Gündəm

Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi

2 saat əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Şuşa Bəyannaməsinin strateji mesajı

4 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Sadiqliyimizi nümayiş etdirən Bəyənnamə

13 saat əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

İmzalanmasının beşinci ildönümünü qeyd etdiyimiz Şuşa Bəyannaməsi bu gün öz praktiki nəticələrini verir

1 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

2 gün əvvəl
Şuşa bəyannaməsi sülh, sabitlik və inkişaf üçün möhkəm zəmin yaradır
Gündəm

Şuşa bəyannaməsi sülh, sabitlik və inkişaf üçün möhkəm zəmin yaradır

3 gün əvvəl
Növbəti xəbər
“31 Dekabr dünya azərbaycanlılarını birləşdirən mənəvi körpüdür”

"31 Dekabr dünya azərbaycanlılarını birləşdirən mənəvi körpüdür”

Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

2 saat əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi

2 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Şuşa Bəyannaməsi – Qardaşlığın və birliyin tarixi sənədi

2 saat əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Şuşa Bəyannaməsinin strateji mesajı

4 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Sadiqliyimizi nümayiş etdirən Bəyənnamə

13 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.