İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
19 Aprel, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“31 Dekabr dünya azərbaycanlılarını birləşdirən mənəvi körpüdür”

4 ay əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi nəticəsində formalaşan milli həmrəylik ideyası bu gün də Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biri kimi yaşayır və inkişaf edir. Məhz bu siyasi iradənin bariz nümunəsi olaraq 1991-ci il dekabrın 16-da Ulu Öndərin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə tarixi qərar qəbul edilib”.

 

Bu sözləri Moderator.az-a açıqlamasında Millət vəkili Zaur Şükürov deyib.

 

O qeyd edib ki, Ali Məclis bu qərarın ümumrespublika səviyyəsində təsbit edilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etmiş, həmin müraciət 1991-ci il dekabrın 25-də Ali Sovet tərəfindən nəzərə alınaraq 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edilib:

 

“Bununla da dünyanın müxtəlif guşələrində yaşayan bütün azərbaycanlılar üçün bu tarix rəsmi bayram statusu almış, milli birliyin və mənəvi həmrəyliyin rəmzinə çevrilmişdir. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər Heydər Əliyev xarici dövlətlərə səfərləri zamanı son dərəcə sıx və gərgin iş qrafikinə baxmayaraq, həmin ölkələrdə yaşayan və fəaliyyət göstərən həmvətənlərimizlə görüşləri daim diqqət mərkəzində saxlamışdır. Bu görüşlər zamanı soydaşlarımızın problem və qayğıları ilə yaxından maraqlanmış, onların daha sıx təşkilatlanması, milli maraqlar ətrafında birləşməsi üçün dəyərli tövsiyələr vermişdir. Ulu Öndərin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı bu gün hər bir azərbaycanlı üçün milli qürur və mənəvi güc mənbəyinə çevrilmişdir”.

 

Millət vəkili vurğulayıb ki, Ulu Öndərin əsasını qoyduğu bu strateji xətt Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə ardıcıl və məqsədyönlü davam etdirilir:

 

“Dövlət başçısı xarici səfərləri zamanı diaspor təşkilatlarının nümayəndələri ilə görüşlər keçirir, onları narahat edən məsələlərlə yaxından maraqlanır, diaspor fəaliyyətinin daha səmərəli qurulması üçün konkret tövsiyələr verir və qarşılıqlı fikir mübadiləsi aparır. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, mürəkkəb və ziddiyyətli beynəlxalq proseslərin fonunda Azərbaycan dövlət müstəqilliyinin möhkəmləndirilməsində diaspora ilə əlaqələr mühüm strateji əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin Fransa, Rusiya, Slovakiya, Qazaxıstan, Özbəkistan, Türkiyə, Polşa, Belçika, Ukrayna, Gürcüstan, Moldova, Almaniya, ABŞ, Rumıniya, İngiltərə və digər ölkələrə rəsmi və işgüzar səfərləri zamanı diasporla iş məsələləri daim prioritet mövzulardan biri olmuşdur. Bu görüşlər azərbaycanlıların yaşadıqları ölkələrdə daha fəal mövqe tutmasına, milli maraqlarımızın müdafiəsində birgə fəaliyyətin gücləndirilməsinə geniş imkanlar açmışdır”.

 

“Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən artıq ölkəsində yaşayan 50 milyondan çox azərbaycanlı arasında əlaqələrin möhkəmləndirilməsi, milli birlik və həmrəyliyin gücləndirilməsi baxımından mühüm rol oynayır. Sevindirici haldır ki, bu bayramı təkcə milliyyətcə azərbaycanlı olanlar deyil, eyni zamanda Azərbaycanda doğulub böyümüş, bu ölkəyə mənəvi bağlılıq hissi keçirən diaspor nümayəndələri də böyük ehtiramla qeyd edirlər.

Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında getdikcə daha fəal rol oynayır, Azərbaycanla qarşılıqlı əlaqələrin genişlənməsinə sanballı töhfələr verirlər. Onlar Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, zəngin milli-mədəni irsimizin təbliğində, eləcə də erməni lobbi dairələrinin əsassız iddia və ideoloji təxribatlarının qarşısının alınmasında ardıcıl və prinsipial mövqe nümayiş etdirirlər.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü sadəcə təqvimdə qeyd olunan bir bayram deyil. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını eyni milli düşüncə, ortaq dəyərlər və ümumi məqsədlər ətrafında birləşdirən mənəvi körpüdür. O, xalqımızın milli kimliyini, tarixi yaddaşını və gələcəyə inamla yönəlmiş birlik ruhunu özündə aydın şəkildə əks etdirir”,- deyə Millət vəkili bildirib.

 

Zaur Şükürov sonda əlavə edib ki, 31 dekabr həm də azərbaycanlıların dilinə, mədəni irsinə və mənəvi dəyərlərinə bağlılığını nümayiş etdirir, eyni zamanda müstəqil Azərbaycan dövlətinə sədaqətin və milli maraqlar naminə birgə hərəkət etmək əzminin ifadəsinə çevrilir:

 

“Sevindirici haldır ki, istər torpaqlarımız işğal altında olduğu dönəmdə, istərsə də tarixi Zəfərimiz nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildikdən sonrakı dövrdə vətənpərvər həmvətənlərimiz Ermənistanın işğalçılıq, terror, etnik təmizləmə siyasətinin ifşa edilməsi və Azərbaycan həqiqətlərinin yaşadıqları ölkələrdə ictimaiyyətin diqqətinə çatdırlmasında fəallıq nümayiş etdirmişlər.

Qloballaşan dünyada milli birliyin və diasporun həmrəy fəaliyyətinin nə qədər vacib olduğunu xatırladan bu əlamətdar tarix, “güclü dövlət – güclü diaspora, güclü diaspora – güclü dövlət” prinsipinin real həyatda təzahürü kimi çıxış edir və gələcək nəsillərə milli məsuliyyət, vətənə bağlılıq və həmrəylik ruhu aşılayır”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Gənclərin idmana marağı artır

Növbəti xəbər

“Bir millət, iki dövlət” prinsipi Azərbaycan və Türk diaspor təşkilatlarının fəaliyyətinin əsasıdır

Əlaqədar Xəbərlər

Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Gündəm

Bakının Antalya mesajı: Yeni regional təhlükəsizlik arxitekturası

4 saat əvvəl
“Simulyasiya ilə Riyaziyyat səfəri” qrant layihəsi uğurla başa çatdı
Gündəm

“Simulyasiya ilə Riyaziyyat səfəri” qrant layihəsi uğurla başa çatdı

2 gün əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Azərbaycan səhiyyəsinə və tibb elminə xidmətin parlaq nümunəsi

3 gün əvvəl
“Zərifə xanımın rəhbərliyi ilə yeni alim və həkim nəsli formalaşıb”
Gündəm

“Zərifə xanımın rəhbərliyi ilə yeni alim və həkim nəsli formalaşıb”

5 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Təbabətdə öz dəst-xətti olan novator alim

5 gün əvvəl
Zərifə Əliyevanın traxoma infeksion xəstəliyinə qarşı mübarizəsi
Gündəm

Zərifə Əliyevanın traxoma infeksion xəstəliyinə qarşı mübarizəsi

5 gün əvvəl
Növbəti xəbər
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub

“Bir millət, iki dövlət” prinsipi Azərbaycan və Türk diaspor təşkilatlarının fəaliyyətinin əsasıdır

Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Gündəm

Bakının Antalya mesajı: Yeni regional təhlükəsizlik arxitekturası

4 saat əvvəl
“Simulyasiya ilə Riyaziyyat səfəri” qrant layihəsi uğurla başa çatdı
Gündəm

“Simulyasiya ilə Riyaziyyat səfəri” qrant layihəsi uğurla başa çatdı

2 gün əvvəl
Azad Mirzəcanzadə İnkişaf Proqramının 2-ci axının qaliblərindən olan Pəri İbrahimovanın “İdarəçi Gənc” layihəsi uğurla icra olunub
Sosial

Azad Mirzəcanzadə İnkişaf Proqramının 2-ci axının qaliblərindən olan Pəri İbrahimovanın “İdarəçi Gənc” layihəsi uğurla icra olunub

2 gün əvvəl
Qarabağın Konstitusiya Elçiləri adlı layihə həyata keçirilib
Sosial

Qarabağın Konstitusiya Elçiləri adlı layihə həyata keçirilib

3 gün əvvəl
Atletika idmanın əsası, sağlam həyat tərzinin təməli və gənc nəslin fiziki və mənəvi inkişafına töhfə verir
Xüsusi

Atletika idmanın əsası, sağlam həyat tərzinin təməli və gənc nəslin fiziki və mənəvi inkişafına töhfə verir

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.