İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
13 Noyabr, 2025 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

44 günlük Şanlı Savaş

11 saat əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətinin gücünün və ordusunun qəhrəmanlığının rəmzidir

Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış günlərdən biri — 8 Noyabr – Zəfər Günü — xalqımızın qəhrəmanlıq salnaməsinin zirvəsidir. Bu gün təkcə bir qələbənin deyil, həm də 30 ilə yaxın davam edən ədalətsizliyə, işğala, haqsızlığa qarşı qazanılmış haqqın, milli birliyin və dövlət qüdrətinin təntənəsidir.

2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixində dönüş nöqtəsi oldu. 44 gün davam edən bu müharibə zamanı Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında inanılmaz hərbi və mənəvi güc nümayiş etdirdi. Dəmir intizam, müasir texnologiyalardan səmərəli istifadə, düzgün strateji planlaşdırma və ən əsası, xalqın orduya olan sonsuz inamı qələbənin əsas sütunlarına çevrildi.

Azərbaycan Ordusu yalnız düşmənin canlı qüvvəsini və texnikasını məhv etmədi – o, illərlə uydurulmuş “erməni məğlubedilməzliyi” mifini də dağıtdı. Qısa müddət ərzində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər rayonlar işğaldan azad edildi. Nəhayət, 8 noyabr 2020-ci ildə Azərbaycan xalqı tarixi anın şahidi oldu — Şuşa şəhəri azad edildi! Şuşanın azadlığı ilə Vətən müharibəsinin taleyi həll olundu, düşmən ordusu darmadağın edildi və Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləcə, 8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən parlaq səhifəsi kimi əbədiləşdi.

Noyabrın 9-dan 10-na keçən gecə tarixi hadisə baş verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Üçtərəfli Bəyanat imzalandı. Bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiyası və Azərbaycanın qələbəsinin beynəlxalq təsdiqi idi. Bəyanata əsasən 2020-ci il noyabrın 10-dan etibarən bütün hərbi əməliyyatlar dayandırıldı. Ermənistan ordusu işğal olunmuş ərazilərdən tam çıxarılmağa razılıq verdi. Noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu Azərbaycan Silahlı Qüvvələrinə təhvil verildi. Eyni zamanda, bölgədə atəşkəsə nəzarət məqsədilə Rusiya sülhməramlı kontingenti müvəqqəti əsaslarla yerləşdirildi. Laçın dəhlizi üzrə gediş-gəlişin təmin olunması, lakin Azərbaycanın suverenliyinin qorunması təmin edildi. Bu sənəd regionda yeni siyasi reallıqların əsasını qoydu və Qarabağ münaqişəsinin hərbi mərhələsinə son qoydu.

Vətən müharibəsi yalnız ordunun deyil, bütün xalqın müharibəsi idi. Cəbhədə əsgər vuruşduğu kimi, arxada hər bir vətəndaş öz sahəsində vətənə xidmət edirdi. On minlərlə gənc könüllü şəkildə orduya yazıldı, qadınlar və uşaqlar əsgərlərimiz üçün yardım topladı, könüllülər səngərdə döyüşənlərə mənəvi dayaq oldular. Xalqın birliyi, ordunun peşəkarlığı, dövlətin gücü “dəmir yumruq” kimi birləşdi və bu yumruq düşməni diz çökdürdü.

Müharibə dövründə Prezident İlham Əliyevin apardığı siyasət və verdiyi bəyanatlar Azərbaycanın beynəlxalq arenadakı mövqeyini gücləndirdi. Dövlət başçısının dəqiq arqumentlərə, beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslanan çıxışları dünya ictimaiyyətinin diqqətini Azərbaycanın haqlı mövqeyinə yönəltdi. 44 gün ərzində cəbhədə Azərbaycan əsgəri vuruşduğu kimi, informasiya və diplomatiya cəbhəsində də Prezident İlham Əliyev qətiyyətlə mübarizə apardı. Bu, “qələbə diplomatiyası” adlanan unikal bir fenomen yaratdı – hərbi qələbəni diplomatik və informasiya qələbəsi ilə tamamlayan yeni Azərbaycan modeli formalaşdı. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən aparıcı media qurumlarına verdi. Bu müsahibələrdə dövlət başçısı Ermənistanın illərlə yaratdığı saxta təbliğat sistemini ifşa etdi. Qarabağ məsələsində Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini izah etdi. Mülki əhalinin hədəfə alınması, Gəncə və Bərdənin bombalanması kimi faktları dünya ictimaiyyətinə çatdırdı. Azərbaycan Ordusunun beynəlxalq humanitar hüquqa sadiqliyini və ədalətli müharibə apardığını nümayiş etdirdi. Hər bir müsahibə həm diplomatik sənəd, həm də informasiya silahı kimi təsir göstərdi. Prezidentin nitqindəki dəqiqlik, təmkin, məntiq və faktlara söykənən arqumentlər Azərbaycanın informasiya üstünlüyünü təmin etdi. Prezident İlham Əliyev müharibə dövründə dünyanın informasiya gündəmini formalaşdırmağı bacardı. Ermənistanın yalan və manipulyasiyalara əsaslanan təbliğatı qarşısında Azərbaycan Prezidentinin müsahibələri reallıq, məntiq və ədalət üzərində qurulmuş cavab oldu. Müharibə dövründə Azərbaycan Prezidenti həm daxili, həm də beynəlxalq auditoriyaya açıq, şəffaf və sistemli informasiya təqdim edirdi. Bu, yalnız diplomatik uğur deyil, həm də dövlətin informasiya təhlükəsizliyinin və milli ideoloji birliyinin təminatçısı idi.

Qələbə asanlıqla qazanılmadı. Bu zəfərin hər qarışı şəhidlərimizin qanı və canı bahasına alındı. Onlar Azərbaycanın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etdilər. Qəhrəman şəhidlərimizin ruhu, qazilərimizin dözümü və igid əsgərlərimizin şücaəti sayəsində bu torpaqlarda üçrəngli bayrağımız ucaldı. Hər bir azərbaycanlı üçün Zəfər Günü həm qürur, həm də minnətdarlıq günüdür. Qələbə — təkcə hərbi uğur deyil, həm də milli ruhun, inamın, əzmin və ədalətin təntənəsidir.

Zəfər Günü Azərbaycan üçün yeni bir mərhələnin başlanğıcı oldu. İşğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işləri sürətlə aparılır, “Böyük Qayıdış” proqramı həyata keçirilir. Şuşa – mədəniyyət beşiyi yenidən dirçəlir, Qarabağ və Şərqi Zəngəzurda həyat bərpa olunur. Bu, həm də şəhidlərin ruhuna ən böyük ehtiram, qələbənin davamlılığının təminatıdır. Prezident İlham Əliyev deyib ki, Azərbaycanın quruculuq missiyası başlanır: “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq”.

Bu qələbə göstərdi ki, həqiqət, ədalət və güc bir araya gələndə, nəticə labüddür. Azərbaycan həm döyüş meydanında, həm də informasiya məkanında qalib gəldi. Qələbə diplomatiyası – Azərbaycanın XXI əsrdə dünyaya təqdim etdiyi yeni qələbə modelidir. 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətinin gücünün və ordusunun qəhrəmanlığının rəmzidir. Bu gün biz təkcə keçmişi xatırlamırıq, həm də gələcəyə inamla baxırıq. Azərbaycan artıq qalib dövlətdir və bu qələbə əbədi olacaq.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanmışdır

Növbəti xəbər

Zəfərin davamı – güclü sosial dövlət

Əlaqədar Xəbərlər

Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Artıq beşinci ildir ki, Konstitusiya Gününü sevinclə, qürurla və iftixar hissi ilə qeyd edirik

5 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanmışdır

11 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Konstitusiyada müasir dövrün hüquqi dövlət quruculuğu meyilləri nəzərə alınmışdır

12 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Müstəqilliyin və qürurun rəmzi

15 saat əvvəl
Qürurumuzun, kimliyimizin meyarı
Gündəm

Qürurumuzun, kimliyimizin meyarı

3 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Müqəddəs amala aparan yol: Qurtuluşdan Zəfərə

3 gün əvvəl
Növbəti xəbər
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri

Zəfərin davamı – güclü sosial dövlət

Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Artıq beşinci ildir ki, Konstitusiya Gününü sevinclə, qürurla və iftixar hissi ilə qeyd edirik

5 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Zəfərin davamı – güclü sosial dövlət

11 saat əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

44 günlük Şanlı Savaş

11 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanmışdır

11 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Konstitusiyada müasir dövrün hüquqi dövlət quruculuğu meyilləri nəzərə alınmışdır

12 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.