İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
30 Sentyabr, 2025 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Antiterror əməliyyatı müasir Azərbaycan tarixinin ən parlaq səhifələrindəndir

2 həftə əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə xalqımız böyük tarixi nailiyyətlər, zəfərlər əldə edir. Təbii ki, 2023-ci ilin sentyabrında keçirilən antiterror əməliyyatı müasir Azərbaycan tarixinin ən parlaq səhifələrindəndir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.

Şahin İsmayılov bildirib ki, uzun illər torpaqlarımızı işğal altında saxlayanlar, bu ərazilərdə xalqımıza məxsus irsi məhv etməyə çalışanlar  həmçinin bölgədə davamlı sülhün və inkişafın qarşısını aldılar. 2020-ci ilin sentyabrın 27-də xalqımız “Dəmir yumruq” ətrafında sıx birləşərək, ədaləti bərpa etdi, torpaqlarını işğalçılardan təmizlədi. Kapitulyasiya aktına imza atan Ermənistan Azərbaycanın Qarabağ bölgəsindəki silahlı birləşmələrini torpaqlarımızdan çıxarmaq barədə üzərinə götürdüyü öhdəliyi icra etmədi. Əksinə, Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, “prezident” seçkiləri keçirir, əsassız bəyanatlar verirdilər. Bununla yanaşı, Azərbaycanın xəbərdarlıqlarına baxmayaraq, havadarları tərəfindən separatçıların silahlandırılması prosesi davam etdirilirdi.

Komitə sədri qeyd edib ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən dərhal sonra Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını, bu qanunsuz əməllərə son qoyulmasını tələb etdi. Daim humanizm prinsiplərinə sadiq olan Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırış etdi. Danışıqlardan boyun qaçıran Ermənistan suveren ərazilərimizdə davamlı olaraq silahlı təxribatlara əl atırdı.

“2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri tərəfindən törədilən növbəti genişmiqyaslı hərbi təxribatlar və terror hücumlarının qarşısının alınması məqsədilə Azərbaycan dövləti daxili təhlükəsizlik mexanizmlərini işə saldı, cinayətkar və terror xarakterli fəaliyyətlərə qarşı zəruri reaksiya verdi”, – deyən Şahin İsmayılov bildirib ki, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı qısa müddətdə ordumuzun tam qələbəsi ilə başa çatdı.

Şahin İsmayılov qeyd edib ki, Azərbaycan bir daha dövlətçilik maraqlarının təmin edilməsi, suverenliyin qorunması və təhlükəsizliyin bərqərar olması üçün bütün zəruri siyasi, diplomatik və hərbi imkanlara malik olduğunu nümayiş etdirdi. Azərbaycan Prezidentinin qətiyyəti və müdrikliyi, xalqımızın milli birliyi nəticəsində qazanılan bu tarixi nailiyyət bu gün Azərbaycanın təşəbbüsü ilə bölgədə uzunmüddətli sülh və əməkdaşlıq mühitinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Qarabağ”la zarafat etmək olmaz! – Komitə sədri

Növbəti xəbər

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdərəyə səfərləri

Əlaqədar Xəbərlər

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir

1 gün əvvəl
Azərbaycan-Çin münasibətlərinin inkişafına sanballı töhfə
Gündəm

Ədalətin bərpası və yeni dövr

2 gün əvvəl
Parlaq qələbələr
Gündəm

Azərbaycan həqiqətlərinin beynəlxalq tribunadan bəyanı

2 gün əvvəl
27 Sentyabr – dünya erməniçiliyi üzərində Qələbəyə gedən yol – Mövqe
Gündəm

27 Sentyabr – dünya erməniçiliyi üzərində Qələbəyə gedən yol – Mövqe

3 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Dövlətimiz, xalqımız parlaq zəfərlərimizi bizə yaşadan qəhrəmanlarımızın əziz xatirəsini daim uca tutur

3 gün əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Qürur dastanımız, Qələbə Zəfərimiz

5 gün əvvəl
Növbəti xəbər
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdərəyə səfərləri

“Özgə uşağı olmur” festivalı təşkil olundu
Sosial

“Özgə uşağı olmur” festivalı təşkil olundu

1 saat əvvəl
“Staj”lı riyakarlar haqda bir neçə kəlmə…” – Deputatdan hadisə kimi yazı!!!
Xüsusi

“Staj”lı riyakarlar haqda bir neçə kəlmə…” – Deputatdan hadisə kimi yazı!!!

6 saat əvvəl
Elbrus Bayramov adına Beyləqan şəhər Təbiət və Humanitar Təmayüllü Liseyin şagirdləri Şəhidlər xiyabanında olub
Xüsusi

Elbrus Bayramov adına Beyləqan şəhər Təbiət və Humanitar Təmayüllü Liseyin şagirdləri Şəhidlər xiyabanında olub

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir

1 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Xüsusi

Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.