İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
25 Oktyabr, 2025 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Gənclərin fiziki inkişafı sağlam gələcəyə xidmət edir

3 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Ölkəmizdə yeniyetmə və gənclərin fiziki və mənəvi cəhətdən inkişafı, hərtərəfli biliyə, geniş dünyagörüşünə, milli və ümumbəşəri əxlaqa, mənəviyyata və mədəni dəyərlərə yiyələnən şəxsiyyət kimi formalaşmaları, cəmiyyətimiz üçün layiqli vətəndaşlar kimi böyümələri xüsusilə diqqət mərkəzindədir. Həyat üçün ən vacib şərtlərdən biri olan fiziki tərbiyə və idmanı inkişaf etdirməklə Azərbaycanda gənc nəslin sağlam böyüməsi ilə yanaşı, həm də kamilləşməsi, zehni, intellektual inkişafı üçün geniş imkanlar yaradılır.

Azərbaycan dövləti bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə böyüməkdə olan gənc nəslin daha sağlam, fiziki cəhətdən güclü, mənən kamil, Vətənini və xalqını sevən gənclər kimi yetişməsinə nail olur. Bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qısa müddət ərzində bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirildi. Diqqət etsək, iqtisadi cəhətdən ən inkişaf etmiş güclü dövlətlərin, həm də dünyanın qabaqcıl idman dövlətləri kimi tanındığını görərik. Ölkəmizdə ictimai-siyasi sabitlik, sosial-iqtisadi inkişafın yüksək tempi idman sahəsinin inkişafı üçün də geniş imkanlar yaradıb. Şübhəsiz, yalnız hərtərəfli inkişaf etmiş dövlətlərdə idman kimi böyük vəsait qoyuluşu tələb edən sahəni inkişaf etdirmək mümkündür.

Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident

İlham Əliyev uşaq və gənclərə daha yüksək səviyyədə dövlət qayğısını təmin etmək, onların fiziki və mənəvi cəhətdən inkişafına nail olmaq məqsədilə, ardıcıl olaraq bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Prezident hər zaman  bədən tərbiyəsi və idmanın uşaq və gənclərin fiziki, mənəvi inkişafında mühüm rolunu önə çəkir.

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin

Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov  uşaq və gənclərin fiziki inkişafının vacibliyindən danışıb. Onun sözlərinə görə, idman və bədən tərbiyəsi yeniyetmələrin, gənclərin mənəvi və fiziki cəhətdən harmonik inkişafında müstəsna rol oynayır. Məhz onlara aşılanan yüksək mənəvi keyfiyyətlər gənclərin hərtərəfli inkişaf etməsinə, fiziki və mənəvi cəhətdən kamilləşməsinə səbəb olur. Azərbaycanın inkişafında böyük potensiala malik olan gəncliyin cəmiyyətdə rolu getdikcə artır. Bütün bunlar isə sağlam gələcəyimizin təmin olunması üçün çox önəmlidir.

Komitə sədri deyib ki, hər hansı bir idman növü ilə məşğul olmaq üçün uşağın sağlamlığı nəzərə alınmalı, sonra isə bu barədə qərar verilməlidir: “Uşaqları bədən tərbiyəsinə cəlb etməkdə məqsəd, təkcə onlardan peşəkar idmançı yetişdirmək deyil, həm də onların sağlamlığını qorumaq, müəyyən bacarıqlarını inkişaf etdirməkdir. Uşaq və yeniyetmələrin orqanizminin möhkəmləndirilməsində, onun dözümlülüyünün artırılmasında fiziki tərbiyənin xüsusi rolu var. Amma uşaqlara veriləcək fiziki yükün onların gücü və bacarıqlarına uyğun olub-olmaması mütləq nəzərə alınmalıdır. Bədən tərbiyəsi, başqa sözlə desək, fiziki tərbiyə yalnız idman anlamına gəlməməlidir”. Ş.İsmayılovun  sözlərinə görə, Azərbaycanda idmanın inkişafı, həm də əhalinin sağlamlığına hesablanıb. Bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, görülən irimiqyaslı işlər, analoqu olmayan idman infrastrukturu – paytaxt Bakıda, eləcə də regionlarda inşa edilmiş yüksək standartlı, gözəl arxitekturaya malik Olimpiya idman kompleksləri, müxtəlif idman qurğuları, meydançalar gənc nəslin daha sağlam və hərtərəfli inkişafı üçün geniş imkanlar yaradır. Azərbaycan gənclərinin sağlam, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, şübhəsiz, bütün bunların müsbət rolu var. Təsadüfi deyil ki, nəinki Bakıda, ən ucqar rayon və qəsəbələrdə belə uşaq və yeniyetmələr müxtəlif idman növləri ilə məşğul olub həm sağlamlıqlarını qoruyurlar, həm də yüksək nəticələr əldə edirlər.

Bütövlükdə, ötən illər ərzində idman sahəsində görülmüş işlərə nəzər salsaq, bu istiqamətdə böyük yüksəlişin şahidi olarıq. Olimpiya idman komplekslərinin, bir neçə böyük stadionun, idman zallarının inşası, onların arasında təxminən 70 min tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəzi, eyni zamanda, Bakıda idman şəhərciyinin fəaliyyəti bu sahədə görülən irimiqyaslı işlərin nəticəsidir. İdmanın maddi-texniki bazasının yüksək səviyyədə qurulması bu sahədə kütləviliyin təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Bu komplekslərdə idmanla  məşğul olan uşaq və yeniyetmələr həm sağlamlıqlarını möhkəmləndirir, həm də idman nailiyyətləri əldə edirlər. (Yeniazerbaycan.com)

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Agentlər və agentura şəbəkəsi haqda bir neçə kəlmə…”

Növbəti xəbər

Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması istiqamətində mühüm diplomatik hadisə

Əlaqədar Xəbərlər

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu

1 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya səfərləri

1 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir.

2 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Bu müsahibə diplomatik baxımdan önəmli mesaj daşıdıyır

4 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir

4 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur

4 gün əvvəl
Növbəti xəbər
Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi

Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması istiqamətində mühüm diplomatik hadisə

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu

1 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya səfərləri

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Zəngəzur dəhlizi layihəsi böyük potensiala malikdir.

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir.

2 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Bu müsahibə diplomatik baxımdan önəmli mesaj daşıdıyır

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.