İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
17 Sentyabr, 2025 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Qarabağa edilən səfərlər partiyalararası münasibətlərin inkişafına ciddi töhfə verir…” – Elşən Musayev

3 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın
“Dünən siyasi partiya rəhbərləri, media mənsubları və vətəndaş cəmiyyətinin üzvləri ilə bərabər Cəbrayıl və Zəngilana növbəti səfərimiz baş tutdu. Niyə növbəti? Çünki artıq həmin səfərlər mütəmadi xarakter alıb, davamlıdır və dünənki gedişimiz də sayca 8-ci idi. Və deyim ki, hər səfərdə gördüklərimiz bizi yaxşı mənada heyrətləndirir, eyni zamanda son dərəcə qürurlandırır. Həqiqətən, nə yaxşı, bu günləri yaşadıq, nə yaxşı ən ümdə arzumuza çatdıq, nə yaxşı torpaqlarımız artıq öz əzəli sahibindədir.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik  Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
“Tam səmimi deyim, mən Cəbrayılı, Zəngilanı bu dəfə tanımadım və 1 il əvvəl gördüyüm mənzərənin tam fərqlisi ilə qarşılaşdım. O anlamda ki, inkişaf, yenidənqurma prosesi maksimum səviyyədədir! Hər gün, hər saat, hər dəqiqə hansısa işlər görülür. Yeni çəkilən yollar, yeni tikilən yaşayış binaları, inzibati binalar, məscidlər, otellər, iaşə obyektləri, sənaye mərkəzləri…göz oxşayır. Və əminəm, 1 il sonra getsəm, yenə eyni düşüncədə olacam və oraları tanımayacam. Çünki sürət ildırım sürətidir. Dövlət bütün gücünü, resursunu səfərbər edib və bir azdan Qarabağımız nəinki Azərbaycanın, hətta dünyanın ən gözəl bölgələrindən birinə çeviriləcək.
Ayrıca, bir məqamı da xüsusi qeyd edim ki, belə səfərlərin partiyalararası münasibətlərin inkişasına verdiyi töhfə, fayda da çox böyükdür. Ona görə ki, ünsiyyət yaranır, aradakı buzlar əriyir, düşmənçilik meylləri azalır, əsl, sivil rəqabət ənənəsi formalaşır.
Əvvəllər də vardımı belə şərait? Bəli!! Həmin şərait daim olub.  Eyni zamanda ölkədəki demokratik mühit  hər zaman imkan verib ki,  fərqli düşüncədə olan siyasi qüvvələr bir-biri ilə nomal münasibətlər qursunlar və həmin münasibətlərin formalaşmasında hansısa əngəl, problem yaranmasın. Amma nə təəssüf, əvvəllər bu həmrəyliyin yaranması üçün çaba göstərməsi gərəkən bəzi məmurlar, daha dəqiq desəm: məlum sahəyə məsul bəzi səlahiyyətlilər yerlərində olmayıblar. Onlar ya bilərəkdən, ya da səhlənkarlıqları ucbatından məsələni qəlizləşdiriblər və..eyniadlı səbəbdən də siyasi dialoqla bağlı uzun illər boyunca ciddi nəticələr əldə etmək mümkünsüzə çevirilib.
İndi isə vəziyyət tam fərqlidir. Siyasi konfiqurasiya dəyişikliiyindən sonra vəziyyət həqiqətən çox dəyişib. Təbii, yaxşıya doğru. Və artıq siyasi seqmentin bütün kəsimləri bir tək Qarabağ mövzusunda deyil, bütün milli məsələlərdə bir-biri ilə dil tapa bilir, əl-ələ verib dövlət maraqlarından çıxış edir, həmrəylik nümayiş etdirir.
Mən ən sonda Prezident Administrasiyasının “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin bütün kollektivinə öz minnətdarlığımı bildirmək istəyirəm. Çünki bizim Qarabağa, işğaldan azad olunmuş ərazilərə birgə səfərlərimiz məhz onların təşəbbüsü, ideyasıdır. Eyni zamanda siyasi sistemin  vacib elementi olan dialoq ənənəsinin formalaşmasında, siyasi partiyalar arasındakı münasibətlərin müsbət dinamikalı inkişafında hörmətli Ədalət müəllim başda olmaqla bütün şöbənin zəhməti gerçəkdən  çox böyük və danılmazdır.” – deyə Partiya sədri fikirlərinə davam edib.
PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir

Növbəti xəbər

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki…”

Əlaqədar Xəbərlər

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Bakı düşmən işğalından azad edilərək milli dövlətçiliyimizin təməl daşlarından birinə çevrildi

2 gün əvvəl
Yusif Poladov: İctimai Şuranın “suyun qiymətinin differensiallaşması” ilə bağlı görüşü keçirilməyib.
Gündəm

Yusif Poladov: İctimai Şuranın “suyun qiymətinin differensiallaşması” ilə bağlı görüşü keçirilməyib.

2 gün əvvəl
Elşən Musayev: “Avropa Ermənistan üzərindən Rusiyaya yeni cəbhə açmaq istəyir”
Gündəm

“Əli Kərimli və onun “banda”sı bir daha təsdiqlədi ki…” — DEPUTATLA SENSASİON MÜSAHİBƏ

3 gün əvvəl
Elşən Musayev: “Avropa Ermənistan üzərindən Rusiyaya yeni cəbhə açmaq istəyir”
Gündəm

“Tural Sadıqlının, Qabil Məmmədovun, Məhəmməd Mirzəlinin əli qandallı Azərbaycana gətirilməsinə çox az qalıb” — SENSASİON MÜSAHİBƏ

4 gün əvvəl
Deputat: Fransa saxta xəbərlərdən, mediadan istifadə edərək ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağa çalışır
Gündəm

Bakının prinspial mövqeyi nəticəsində bu aktorlar bölgədə manevr imkanlarını itirirlər – Deputat

1 həftə əvvəl
“İlham Əliyevlə şəkil çəkdirmək üçün gələnlər…” – macar nazir kimləri deyir?
Gündəm

“İlham Əliyevlə şəkil çəkdirmək üçün gələnlər…” – macar nazir kimləri deyir?

1 həftə əvvəl
Növbəti xəbər
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Bakı düşmən işğalından azad edilərək milli dövlətçiliyimizin təməl daşlarından birinə çevrildi

2 gün əvvəl
Yusif Poladov: İctimai Şuranın “suyun qiymətinin differensiallaşması” ilə bağlı görüşü keçirilməyib.
Gündəm

Yusif Poladov: İctimai Şuranın “suyun qiymətinin differensiallaşması” ilə bağlı görüşü keçirilməyib.

2 gün əvvəl
Elşən Musayev: “Avropa Ermənistan üzərindən Rusiyaya yeni cəbhə açmaq istəyir”
Gündəm

“Əli Kərimli və onun “banda”sı bir daha təsdiqlədi ki…” — DEPUTATLA SENSASİON MÜSAHİBƏ

3 gün əvvəl
Elşən Musayev: “Avropa Ermənistan üzərindən Rusiyaya yeni cəbhə açmaq istəyir”
Gündəm

“Tural Sadıqlının, Qabil Məmmədovun, Məhəmməd Mirzəlinin əli qandallı Azərbaycana gətirilməsinə çox az qalıb” — SENSASİON MÜSAHİBƏ

4 gün əvvəl
EcoHub-ın təşəbbüsü ilə Mərzəndiyə kəndində su layihəsi icra olunub
Sosial

EcoHub-ın təşəbbüsü ilə Mərzəndiyə kəndində su layihəsi icra olunub

6 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.