İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
18 İyun, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Müxtəlif xalqların mədəniyyəti” adlı tədbir keçirilmişdir

1 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bu gün, qloballaşan dünyada xalqlar arasında qarşılıqlı anlaşma və əməkdaşlıq getdikcə daha da önəm qazanır. Müxtəlif xalqların mədəniyyətinə aid tədbirlərin keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Belə tədbirlər, yalnız əyləncə məqsədi daşımır, eyni zamanda insanlar arasında mədəni körpülər yaradır və cəmiyyətlər arasında qarşılıqlı hörməti gücləndirir. Bu tədbirlər vasitəsilə insanlar başqa xalqların adət-ənənələri, musiqisi, rəqsləri, geyimləri və yeməkləri ilə tanış olur. Bu da öz növbəsində, mədəni müxtəlifliyi qəbul etməyə və tolerantlıq ruhunda böyüməyə, inkişaf etməyə kömək edir. Xüsusilə də, gənc nəsil üçün bu cür tədbirlər maarifləndirici rol oynayır ki, atılan belə addımlar nəticəsində onların dünyagörüşünü genişləndirir və milli kimliyə hörmətlə yanaşmağı öyrədir. Bundan əlavə, mədəniyyət tədbirləri turizmə və iqtisadi inkişaf sahələrinə də müsbət təsir göstərir. Mədəni müxtəlifliyin təbliği, həm də, beynəlxalq əməkdaşlığa və sülhə xidmət edir. Nəticə etibarilə, müxtəlif xalqların mədəniyyətinə aid tədbirlərin keçirilməsi cəmiyyətin inkişafı, qarşılıqlı anlaşma və multikultural dəyərlərin möhkəmlənməsi baxımından çox böyük əhəmiyyətə malikdir.

Elə bu məqsədlə də, 13.05.2025-ci il tarixində Beyləqan rayonu,  Yunis Quliyev adına Bünyadlı kənd tam orta məktəbin ibtidai sinif müəllimi Aytac Tapdıqova, “Müxtəlif xalqların mədəniyyəti” adlı tədbir keçirmişdir. Tədbirdə məktəbin direktoru Bakir Nəsibov, dərs hissə müdiri Mirəhməd Mirhəşimov, eləcə də, müəllimlər, valideynlər və şagirdlər iştirak etmişdilər. Tədbirdə 3 b sinif şagirdləri, həm Azərbaycan mədəniyyətinə, həm də, Hindistan, Gürcüstan, Türkiyə və İtaliya mədəniyyətlərinə aid müxtəlif mahnılar, rəqslər, videoçarxlar təqdim etmişdilər. Azərbaycan rəqs mədəniyyətinin ən gözəl incilərindən biri olan “Uzundərə” rəqsi Mələkxanım Nəsirova tərəfindən ifa olunmuşdur. Milli musiqi alətimiz olan qarmonda isə, Aqşin Əlizadə öz çıxışı ilə tədbirə rəng qatmışdır. Bundan əlavə isə, Rusiya, Yaponiya və Fransa mətbəxinə aid bir sıra yemək nümunələri də nümayiş olunmuşdur.

Sonda, sözügedən məktəbin direktoru Bakir Nəsibov, həmin tədbirin təşkilatçısı, öz istedadı, nümunəvi davranışı ilə seçilən gənc mütəxəssis, ibtidai sinif müəllimi Aytac Tapdıqovaya və şagirdlərə xüsusi təşəkkürünü bildirmiş, həmçinin, onlara həvəsləndirici hədiyyələr təqdim etmişdir. Bununla da, hər kəs tərəfindən maraq və alqışlarla qarşılanan tədbir yekunlaşmışdır.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan ilə Vyetnam vahid mövqedən çıxış edir

Növbəti xəbər

“Gələcəyə Addım” Aztəminatlı Ailələrə Yeni İmkanlar” layihəsinin icrasına start verildi

Əlaqədar Xəbərlər

2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib – FOTOLAR
Gündəm

2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib – FOTOLAR

3 saat əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi

2 gün əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Şuşa Bəyannaməsinin strateji mesajı

2 gün əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Sadiqliyimizi nümayiş etdirən Bəyənnamə

2 gün əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

İmzalanmasının beşinci ildönümünü qeyd etdiyimiz Şuşa Bəyannaməsi bu gün öz praktiki nəticələrini verir

3 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

4 gün əvvəl
Növbəti xəbər
“Gələcəyə Addım” Aztəminatlı Ailələrə Yeni İmkanlar” layihəsinin icrasına start verildi

“Gələcəyə Addım” Aztəminatlı Ailələrə Yeni İmkanlar” layihəsinin icrasına start verildi

2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib – FOTOLAR
Gündəm

2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib – FOTOLAR

3 saat əvvəl
Elm və Təhsil Nazirliyinin dəstəklədiyi növbəti uğurlu addım: Binəqədidə məktəblilərarası idman yarışı keçirilib
Sosial

Elm və Təhsil Nazirliyinin dəstəklədiyi növbəti uğurlu addım: Binəqədidə məktəblilərarası idman yarışı keçirilib

2 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

2 gün əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi

2 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Şuşa Bəyannaməsi – Qardaşlığın və birliyin tarixi sənədi

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.