İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
19 Mart, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycan ilə Vyetnam vahid mövqedən çıxış edir

10 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Sirr deyil ki, bu gün, müstəqil Azərbaycan Respublikası özünün beynəlxalq əlaqələrini məqsədyönlü şəkildə genişləndirməkdə davam edir. Azərbaycan dünyanın inkişaf edən, azad, demokratik dövlətlərdən biri olaraq müxtəlif beynəlxalq təşkilatlarla və dövlətlərlə əlaqələrini yeni dövrün tələblərinə uyğun genişləndirməkdədir. Artıq, ölkəmizlə dostluq, qarşılıqlı faydalı əməkdaşlıq əsasında münasibətlərini qurmaq və inkişaf etdirmək istəyən dövlətlərin sayı durmadan artır. Xüsusilə, ölkəmizin Şərq-Qərb qlobal bağlantılarının möhkəmləndirilməsində oynadığı önəmli rol, Azərbaycanın Avrasiya məkanında mövqelərinin daha da möhkəmlənməsinə zəmin yaradır. Məlumdur ki, Azərbaycan bütün dost ölkələrlə, məhz ikitərəfli əlaqələrin inkişafı məsələsini hər zaman xüsusi diqqət mərkəzində saxlayır. O cümlədən, respublikamızın Cənub-Şərqi Asiya ölkələri ilə ikitərəfli münasibətləri getdikcə daha çox səmimi dostluq zəminində inkişaf etməkdədir. Azərbaycanın Asiya-Sakit okean dövlətləri ilə münasibətlərini genişləndirməsi  xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, Azərbaycan-Vyetnam əlaqələrinin inkişafında yeni mərhələnin başlanmasını əminliklə demək olar. Azərbaycan və Vyetnam beynəlxalq aləmdə bir-birinin mövqelərini dəstəkləyirlər. Cari ilin may ayının 7-də Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycana rəsmi səfər etməklə, ölkələrarası münasibətlərdə yeni mərhələnin başlanğıcını qeyd etmiş oldu. Səfər çərçivəsində hər iki ölkə arasında imzalanan mühüm sənədlər əməkdaşlıq əlaqələrinin yeni, daha yüksək mərhələyə keçməsi üçün möhkəm zəmin yaratmış oldu. Vyetnam Sosialist Respublikası ilə Azərbaycan arasında münasibətlərin inkişafı, yeni dövlətlərarası müqavilələrin imzalanması alqışlanan və dəyərləndirilən müsbət hadisələrdəndir. Faktiki olaraq, liderlərin qarşılıqlı  səfərləri  ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm əsaslarını qoyub.

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev, Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə verdiyi müsahibəsində xüsusi ilə toxunmuşdur. O, bildirmişdir ki, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir: “Azərbaycan – Vyetnam münasibətlərini təhlil edərkən Azərbaycan xalqının Ümummilli Lideri, Vyetnamın böyük dostu Heydər Əliyevin rolunu xüsusi ilə qeyd etmək lazımdır. Onun bu ölkəyə səfəri Vyetnam üçün olduqca böyük, başqa sözlə, həyati əhəmiyyəti var idi. Əlbəttə ki, Fransa işğalından, ABŞ ilə dəhşətli müharibədən, eləcə də, digər dövlətlərin müdaxiləsindən sonra da, Vyetnam regionda gedən geosiyasi proseslər fonunda yenə ciddi təhdidlə üzləşmişdi. Belə bir məqamda dahi Heydər Əliyevin səfəri Vyetnam xalqı və hökuməti üçün böyük dəstək ifadə edirdi. Ölkə Prezidenti, cənab İlham Əliyev onu da qeyd etmişdir ki, hər iki ölkə liderlərinin səfərləri ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm əsaslarını qoymuşdur: “1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev, 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib”. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibəsində  əsaslı olaraq bildirib ki: – “Azərbaycanla Vyetnam arasında ikitərəfli əlaqələri bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir. İqtisadi-ticari münasibətlərə toxunan dövlət başçısı qeyd edib ki, bu gün, təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də, qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaqdır”.

Həmçinin, hər iki ölkənin hakim partiyaları – Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında geniş və əhatəli əməkdaşlıq münasibətləri mövcuddur. Partiyalararası əlaqələr qarşılıqlı siyasi etimadın təzahürü olmaqla yanaşı, ideoloji və institusional müstəvidə münasibətlərin dayanıqlı inkişafına xidmət edir. Bu dinamika, xüsusilə də qarşılıqlı səfərlər fonunda daha da güclənməkdədir. Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açılır. Səfər çərçivəsində siyasi dialoqa, iqtisadi-ticari əlaqələrə, həmçinin humanitar və mədəni mübadiləyə xüsusi diqqət yetiriləcəkdir. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq müsbət dinamika nümayiş etdirir. Qarşıdakı səfər siyasi və ideoloji zəmində qarşılıqlı fəaliyyətin yüksək səviyyəsinin əlavə təsdiqi olacaqdır. Ölkələrimiz ən müxtəlif sahələrdə əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir…

 

Sabit Mehdiyev,

YAP Beyləqan rayon təşkilatının məsləhətçisi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumu

Növbəti xəbər

“Müxtəlif xalqların mədəniyyəti” adlı tədbir keçirilmişdir

Əlaqədar Xəbərlər

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

3 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

 Qlobal çağırışlar və birgə fəaliyyətin zəruriliyi

3 gün əvvəl
Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib
Gündəm

Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib

4 gün əvvəl
Deputat: Paşinyanın son bəyanatı Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı qəbul etdiyi göstərir
Gündəm

“İkili standartlar qlobal nizam üçün ciddi təhlükədir”

4 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Azərbaycan öz gücü ilə ədaləti bərpa edən və regiona sülh gətirən ölkədir

4 gün əvvəl
Növbəti xəbər
“Müxtəlif xalqların mədəniyyəti” adlı tədbir keçirilmişdir

“Müxtəlif xalqların mədəniyyəti” adlı tədbir keçirilmişdir

Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub
Sosial

Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub

8 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

3 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Yeni dövrdə sülh və sabitlik

3 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

 Qlobal çağırışlar və birgə fəaliyyətin zəruriliyi

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.