İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
29 Sentyabr, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında ikitərəfli münasibətlər

1 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında ikitərəfli münasibətlər uzun tarixi, dini, mədəni və coğrafi bağlara əsaslanır. Hər iki ölkə Qafqaz regionunun mühüm dövlətlərindən sayılır və eyni zamanda bir-biri ilə 765 kilometrlik birgə sərhədə malikdir. Bu amillər onların münasibətlərinin formalaşmasında və inkişafında əsas rol oynamışdır. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra İran onu tanıyan ilk ölkələrdən biri olmuşdur. 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulmuş və Tehranda, habelə Bakıda səfirliklər açılmışdır. Bu diplomatik əlaqələr tərəflər arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və mədəni sahələrdə əməkdaşlıq üçün zəmin yaratmışdır. İki ölkə arasında münasibətlər zaman-zaman dəyişkən xarakter daşımışdır. Bu dəyişikliklər həm daxili siyasi proseslər, həm də regional və beynəlxalq amillərlə bağlı olmuşdur. İran, Azərbaycanla iqtisadi əlaqələrin inkişafında maraqlıdır. Xüsusilə enerji sahəsində — qaz və neft ixracı, habelə nəqliyyat layihələri, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi iki ölkənin əməkdaşlıq etdiyi əsas sahələrdəndir.

2025-ci ilin aprelin 28-də İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri, ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunun bariz nümunəsidir. Bu səfər çərçivəsində iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair vacib sənədlər imzalanmış, tərəflər arasında siyasi dialoqun daha da dərinləşdirilməsi istiqamətində razılıqlar əldə olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın 2025-ci il aprelin 28-də Azərbaycana səfəri zamanı mətbuata veriblər. Prezidenti İlham Əliyev bəyanatında bildirib ki, xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb: “Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. Azərbaycan və İran arasında iqtisadi əlaqələr xüsusilə diqqətəlayiqdir. Ticarət dövriyyəsinin artması, sərhəd ticarətinin təşviqi və birgə sənaye zonalarının yaradılması bu sahədə irəliləyişin göstəricisidir. Eyni zamanda, nəqliyyat və tranzit sahəsində əməkdaşlıq region üçün strateji əhəmiyyət daşıyır. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi bu baxımdan hər iki ölkənin maraqlarına cavab verir və daha geniş coğrafiyada inteqrasiyaya imkan yaradır. Cənab Prezident qəbul edilmiş qərarların iki ölkə arasında əlaqələri uzun illər bundan sonra yüksələn xətlə aparacağına əminliyini ifadə edib: “Biz bu gün təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini geniş müzakirə etdik. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihə bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib.

İki ölkə arasında Naxçıvanla bağlı layihələr, enerji, nəqliyyat və infrastruktur sahələrində aparılan əməkdaşlıq və imzalanan sənədlər qarşılıqlı əlaqələrin gələcəyinə böyük ümidlər yaradır. Cənab Prezident İlham Əliyev vurğuladı ki, Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları Azərbaycan–İran əməkdaşlığının real nəticələridir və bu, gələcəkdə birgə layihələrin daha da artacağını göstərir. Sözügedən görüş və verilən bəyanat Azərbaycanın öz müstəqil və uzaqgörən siyasətini qətiyyətlə davam etdirdiyini nümayiş etdirir.

 

Niyaməddin Əsgərov,

YAP Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri

Növbəti xəbər

Beyləqanda şahmat turniri keçirilib – FOTOLAR

Əlaqədar Xəbərlər

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır
Gündəm

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır

13 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Azərbaycanın tranzit, enerji və rəqəmsal inkişaf potensialı

13 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Müstəqil Azərbaycan dövləti üçün beynəlxalq əməkdaşlıq əlaqələrinin gücləndirilməsi prioritet məsələdir

1 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Bugünkü dünyada ən önəmli amillərdən biri siyasi və iqtisadi sabitlikdir

1 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Sabit iqtisadiyyat və müstəqil maliyyə və iqtisadi sistem olmasaydı, bu gün gələcəkdən danışmaq çətin olardı

1 gün əvvəl
Şuşadan “Böyük 20”liyə verilən təklif
Gündəm

27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə

2 gün əvvəl
Növbəti xəbər
Beyləqanda şahmat turniri keçirilib – FOTOLAR

Beyləqanda şahmat turniri keçirilib - FOTOLAR

“Loqos Qadın Uzunömürlük Rezidensiyası”nın və Qənirə Paşayevanın Xatirə Otağının açılış mərasimi keçirilib
Sosial

“Loqos Qadın Uzunömürlük Rezidensiyası”nın və Qənirə Paşayevanın Xatirə Otağının açılış mərasimi keçirilib

11 saat əvvəl
Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır
Gündəm

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır

13 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Azərbaycanın tranzit, enerji və rəqəmsal inkişaf potensialı

13 saat əvvəl
Uğurlu inkişafın təməli
Sosial

Azərbaycanın dayanıqlı iqtisadi inkişaf perspektivləri

13 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Müstəqil Azərbaycan dövləti üçün beynəlxalq əməkdaşlıq əlaqələrinin gücləndirilməsi prioritet məsələdir

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.