İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
19 Mart, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycanla Çin Xalq Respublikası arasında əlaqələr yüksələn xətlə inkişaf edir

11 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycanla Çin Xalq Respublikası arasında əlaqələr yüksələn xətlə inkişaf edir. İki ölkə arasında münasibətlər Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra daha da intensivləşdi. Azərbaycanın xarici siyasət kursunu mükəmməlcəsinə yenidən quran Ümummilli lider Çin Xalq Respublikası ilə əlaqələrin inkişafına xüsusi diqqət ayırdı. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına növbəti dövlət səfəri isə ikitərəfli münasibətlərin inkişafı, əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi baxımından olduqca mühum məqamlarla yadda qaldı. Dövlətimizin başçısının yüksək səviyyədə qarşılanması, Prezident İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması onu deməyə əsas verir ki, iki ölkə arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Bununla yanaşı, Pekində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında imzalanan Birgə Bəyanat isə, strateji tərəfdaşlığın genişləndirilməsi baxımından son dərəcə əhəmiyyətli və tarixi sənəd oldu. Bu bəyanat Azərbaycan və Çin arasında mövcud olan sıx əlaqələri daha da möhkəmləndirmək, uzunmüddətli əməkdaşlıq əlaqələri üçün zəmin yaratmaq məqsədi daşıyır və siyasi-iqtisadi əlaqələrin gücləndirməsinə daha geniş imkanlar açır. Birgə Bəyanat Azərbaycanın “Bir kəmər, bir yol” layihəsindəki rolunun da möhkəmlənməsinə şərait yaradacaq.

Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində CGTN (China Global Television Network) telekanalına müsahibəsi də mühum məqamlarla yadda qaldı. Ölkəmizin başçısı müsahibəsində Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanata toxunaraq vurğuladı ki, bu sənəddə ikitərəfli əlaqələrin geniş gündəliyi açıq şəkildə görünür. Birgə Bəyanatın mahiyyətinin çox əhəmiyyətli oldğunu söyləyən Prezident bəyan etdi ki, Azərbaycan öz bölgəsində bir çox ölkələrlə, eləcə də bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Lakin Çin ilə Bəyanat onların daxilində ən güclüsüdür. Məhz buna görə bu sənədin xüsusi vacibliyi bir daha göz qarşısındadır. Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir. “Vahid Çin” siyasətini qətiyyətlə dəstəklədiyini bildirən Prezident İlham Əliyev Tayvanda qeyri-qanuni seçkiləri açıq şəkildə pisləyən ilk ölkələrdən birinin də Azərbaycan olduğunu qeyd etdi. Ölkələr arasında əlaqələrin bir çox sahələrinə toxunulan müsahibədə qeyd edilib ki, Azərbaycan Asiya və Avropa, habelə Şimal və Cənub arasında yerləşirik və hər iki nəqliyyat dəhlizi Azərbaycan ərazisindən keçir. Ölkəmizin həqiqətən tranzit ölkəyə çevrilməsi üçün qonşu ölkələr və onların qonşuları ilə yaxşı münasibətlərə malik olmaq lazımdır. Ölkəmiz artıq buna nail olub. Azərbaycan çoxtərəfliliyin güclü tərəfdarıdır. Ölkəmiz mühüm bir platforma olan Şanxay Əməkdaşlıq Təşkilatınının dialoq üzrə tərəfdaşıdır və bura daha yaxın olmaq arzusundadır. Sevindirici haldır ki, cənab Prezidentin Çinə səfəri zamanı ÇXR-nın Prezidenti Si Cinpin onu Zirvə toplantısına dəvət edib və bir neçə aydan sonra Prezident İlhan Əliyev yenidən Çinə səfər edəcəkdir. Azərbaycanın təşkilatla yaxınlığı həm təşkilat, həm də Azərbaycan üçün faydalı olar. Çünki ölkəmiz Xəzərin qərb sahilində yerləşir. Eyni zamanda, Azərbaycan güclü siyasi münasibətlərə və nəqliyyat layihələrinə malik Cənubi Qafqaz ölkəsidir. Çinlə strateji tərəfdaş olmaq Şanxay Əməkdaşlıq Təşkilatının çətiri altında əməkdaşlıq baxımından ölkəmizə bir çox imkanlar açır. Şanxay Əməkdaşlıq Təşkilatına daha yaxın olmağın tərəfdarı olduğunu qeyd edən dövlətimizin başçısı Prezident Si Cin tərəfindən bu qurumun Zirvə toplantısına dəvət olunduğunu və bir neçə aydan sonra yenidən Çinə səfər edəcəyini diqqətə çatdırdı.  Prezident İlham Əliyev qətiyyətlə bildirdi ki, bu təşkilatla yaxınlığımız həm təşkilat, həm də Azərbaycan üçün faydalı olar: “Çinlə strateji tərəfdaş olmağımız Şanxay Əməkdaşlıq Təşkilatının çətiri altında əməkdaşlığımız baxımından bizə bir çox imkanlar açır”.  Çünki Azərbaycan güclü siyasi münasibətlərə və eyni zamanda nəqliyyat layihələrinə malik Cənubi Qafqaz ölkəsidir, bu da ŞƏT üçün cəlbedici məqamdır.

Beləliklə, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri, keçirdiyi yüksək səviyyəli görüşlər, imzalanan sənədlər, səsləndirilən bəyanatlar onu deməyə əsas verir ki, Çin və Azərbaycan tərəfdaşlığı yüksələn xətt üzrə inkişaf edir. İki dövlət arasındakı iqtisadi-siyasi münasibətlərin inkişafı həm də qlobal arenada böyük önəm daşıyır.

 

Niyaməddin Əsgərov,

YAP Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan çoxtərəfliliyin güclü tərəfdarıdır

Növbəti xəbər

Azərbaycan dövləti üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi prioritet məsələdir

Əlaqədar Xəbərlər

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

14 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

3 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

 Qlobal çağırışlar və birgə fəaliyyətin zəruriliyi

3 gün əvvəl
Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib
Gündəm

Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib

4 gün əvvəl
Deputat: Paşinyanın son bəyanatı Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı qəbul etdiyi göstərir
Gündəm

“İkili standartlar qlobal nizam üçün ciddi təhlükədir”

4 gün əvvəl
Növbəti xəbər
Müstəqillik tarixinin qızıl səhifəsi

Azərbaycan dövləti üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi prioritet məsələdir

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

14 saat əvvəl
Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub
Sosial

Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub

22 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

3 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Yeni dövrdə sülh və sabitlik

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.