İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
1 İyul, 2025 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi Heydər Əliyev İli

Yaponiyada Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycanın Tokiodakı səfirliyində Yaponiya dövlət və hökumət qurumlarının, o cümlədən parlamentin, Xarici İşlər Nazirliyinin nümayəndələrinin, ictimaiyyətin və bu ölkədə yaşayan həmvətənlərimizin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, səfir Gürsel İsmayılzadə çıxışında müasir müstəqil Azərbaycanın qurucusu, görkəmli siyasət və dövlət xadimi Heydər Əliyevin həyat yolundan danışıb. Bildirib ki, Heydər Əliyev xalqını dövrün mürəkkəb tarixi və siyasi sınaqlarından uğurla çıxaran, ardıcıl mübarizə yolu ilə müstəqilliyə aparan qüdrətli şəxsiyyətdir. Davamlı tərəqqi yolu ilə inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ömürlük missiyasının təntənəsidir.

Diplomat Heydər Əliyevin 1969-1982-ci illəri əhatə edən Azərbaycana rəhbərliyinin birinci dövründə çox qısa müddətdə respublikanın sosial-iqtisadi və mədəni həyatında böyük nailiyyətlərin əldə olunduğunu, Azərbaycanın keçmiş sovet respublikaları arasında inkişafına görə ön sıralara çıxdığını diqqətə çatdırıb. Bildirib ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü və daxili çəkişmələr nəticəsində dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığı dövrdə xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyev Vətənin xilası üçün misilsiz fədakarlıq göstərərək, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını alıb, ölkəni yenidən quraraq, dövlətin davamlı inkişafına zəmin yaradıb. Heydər Əliyevin milli neft strategiyasının uğurla həyata keçirilməsi ölkənin inkişafına güclü təkan verib. Demokratik və hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətləridir.

Səfir G.İsmayılzadə elmi-siyasi ədəbiyyatda Heydər Əliyevin dünyanın ən görkəmli dövlət xadimlərindən olan Corc Vaşinqton, Mustafa Kamal Atatürk, Şarl de Qoll, Uinston Çörçil ilə müqayisə edildiyini deyib.

Diplomat Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Yaponiya münasibətlərinə verdiyi önəmi vurğulayaraq, Cənubi Qafqaz ölkələrindən ilk dəfə məhz Heydər Əliyevin Yaponiyaya rəsmi səfərə dəvət olunduğunu və bu səfərdən sonra ikitərəfli münasibətlərin daha da inkişaf etdiyini deyib.

Yaponiya parlamentinin üzvü, Yaponiya-Azərbaycan parlamentlərarası dostluq liqasının rəhbəri Akira Amari görkəmli dövlət xadimi Heydər Əliyevlə bağlı xatirələrini danışıb. O, 1998-ci ildə Heydər Əliyevin Yaponiyaya səfəri zamanı onunla görüşdüyünü fəxr hissi ilə vurğulayıb. Akira Amari 1998-ci ildə Yaponiya-Azərbaycan parlamentlərarası dostluq liqası yaranandan bəri ona sədrlik etdiyini, ötən dövrdə Azərbaycana hər səfərində ölkənin davamlı inkişafının şahidi olduğunu diqqətə çatdırıb.

O, Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bünövrəsini möhkəm təməllər üzərində qoyduğunu, hazırda Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin gələcəyə və inkişafa inamla addımladığını, Azərbaycanın nailiyyətlərinin Yaponiyadakı dostların sevindirdiyini deyib.

Tədbir iştirakçıları Ümummilli Liderin həyatı və fəaliyyətini, o cümlədən Yaponiyaya səfərini əks etdirən fotosərgi ilə tanış olublar.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

İmran Xan sərbəst buraxıldı

Növbəti xəbər

“Heydər Əliyev humanizm siyasətinin banisidir” – tədbir

Əlaqədar Xəbərlər

Qaradağda Heydər Əliyevə həsr olunmuş velosiped yarışı keçirildi
Heydər Əliyev İli

Qaradağda Heydər Əliyevə həsr olunmuş velosiped yarışı keçirildi

1 il əvvəl
Ulu Öndərin 100 illiyinə həsr olunmuş kitab qırğız dilinə tərcümə edilir
Heydər Əliyev İli

Ulu Öndərin 100 illiyinə həsr olunmuş kitab qırğız dilinə tərcümə edilir

1 il əvvəl
“Heydər Əliyev İli” çərçivəsində millət vəkilləri, gənc liderlər və media kapitanları mükafatlandırıldı
Heydər Əliyev İli

“Heydər Əliyev İli” çərçivəsində millət vəkilləri, gənc liderlər və media kapitanları mükafatlandırıldı

2 il əvvəl
ADPU-da Heydər Əliyevin 100 illiyi münasibətilə hazırlanan 6 kitab təqdim olunub
Heydər Əliyev İli

ADPU-da Heydər Əliyevin 100 illiyi münasibətilə hazırlanan 6 kitab təqdim olunub

2 il əvvəl
YAP Beyləqan rayon təşkilatı iməclik aksiyası keçirib
Heydər Əliyev İli

YAP Beyləqan rayon təşkilatı iməclik aksiyası keçirib

2 il əvvəl
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının gənc partiya fəalları Heydər Əliyev Mərkəzini ziyarət edib
Heydər Əliyev İli

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının gənc partiya fəalları Heydər Əliyev Mərkəzini ziyarət edib

2 il əvvəl
Növbəti xəbər
“Heydər Əliyev humanizm siyasətinin banisidir” – tədbir

“Heydər Əliyev humanizm siyasətinin banisidir” - tədbir

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib
Gündəm

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib

10 saat əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı vardır

1 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Azərbaycanın enerji gücünün və Zəfər rəmzinin parlaq timsalı

1 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycanın enerji siyasətində yeni mərhələ

1 gün əvvəl
20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz
Gündəm

Deputat: “İtaliya və Çinlə münasibətlər Azərbaycanın uğurlu xarici siyasətinin tərkib hissəsidir”

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.