İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
15 May, 2026 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Antoni Blinkenin Azərbaycana aid siyasəti, əslində, 30 il qurduğumuz ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi

1 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Ölkəmiz növbəti dəfə daha bir möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etdi. Azərbaycan yenə də öz təşəbbüsləri sayəsində dünyanın siyasi xəritəsində mötəbər qlobal siyasi platforma statusunda idi. Biz beynəlxalq təşkilatlara tədbirlərin keçirilməsi üçün sadəcə məkanı təqdim etmirik, Azərbaycan artıq özü söz sahibi olaraq qlobal siyasi xəritənin nüfuzlu ünvanlarından birinə çevrilib. Unutmayaq ki, bu cür status rahatlıqla əldə edilmir və bəzi ölkələr tərəfindən rahat “həzm” də olunmur. Müşahidə etdiyimiz və canlı iştirakçısı olduğumuz bir çox proseslər əhalinin ictimai təfəkkürünə aydın məzmunda həkk olunmalıdır. Əhalinin ictimai təfəkkürünün məzmunu ilə əlaqədar görülən bütün işlər isə dövlətin ideoloji fəaliyyətinin mühüm sahələrindən biridir.

Antoni Blinkenin Azərbaycana aid siyasəti, əslində, 30 il qurduğumuz ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi. Bunu Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib. “Biz hər zaman ABŞ-ın çox etibarlı, yaxın tərəfdaşı olmuşuq. Biz onlara lazım olanda onlarla idik. Biz onlara İraqda lazım olanda, qoşunla onlarla idik. Biz onlara Əfqanıstanda lazım olanda, 2001-ci ildə Əfqanıstanda əməliyyatlara qoşulan ilk qeyri-NATO ölkələrindən idik və oradan sonuncu çıxdıq. Lakin biz çıxandan sonra onlar bizə sanksiya tətbiq etdilər”, – deyən dövlətimizin başçısı bunun Azərbaycanda böyük məyusluq yaratdığını xatırladığını söyləyib. Prezidentin xarici auditoriyaya ünvanlanmış mesajlarında bu gün beynəlxalq münasibətlər sistemində müşahidə edilən əsas “zəif nöqtələr” də qeyd olunurdu. Ehtimal edə bilərik ki, bu cür fikirlərin səsləndirilməsi bir çox dövlət başçısının “ürəyindən keçir”, sadəcə, onlar bunu etmək üçün lazımi siyasi iradə və potensiala malik deyillər. Bu mənada, Azərbaycan təkcə regional deyil, qlobal tendensiyaları və mühüm beynəlxalq impulsları yaratmaq iqtidarında olan dövlətdir. Bəli, məhz elə buna görə də böyük ehtimalla Prezidentin fikirlərinə müxtəlif ölkələrdə keçirilən beynəlxalq tədbirlər zamanı hələ çox istinadlar olacaq.

Burada milli ideologiya kontekstində Prezident İlham Əliyevin xüsusi əhəmiyyətə malik olan bəzi mesajlarına qısaca toxunmaq istərdik. Bəli, milli ideologiya məqalə deyil və heç kitab da deyil, ideologiyanı bir yazıya sıxışdırmaq mümkünsüzdür. Milli ideologiya prosesdir, məzmun və mahiyyətdir, düşüncə paradiqması, habelə yaşam tərzidir. O, ictimai-iqtisadi münasibətlərin bütün sahələrinin strateji prioritetlərini müəyyən edən fundamental məfhumdur. Odur ki, milli ideologiya dövlətin və xalqın öz gələcəyi ilə bağlı olan həyati əhəmiyyətli strateji seçimidir. Öz tarixi Qələbəsi sayəsində regionda yeni reallığın müəllifi olan Azərbaycan, eyni zamanda, regionun aparıcı qüvvəsidir. Yeni milli ideologiyada qeyd edilən amillər, xüsusən də “qələbə” məfhumu mütləq şəkildə təsbit olunmalıdır. “Qalib xalq” düşüncəsi milli ideologiyamıza rəng qatan əsas amillərdəndir. Qələbəmizi bütün mənalarda unutmamalıyıq və unutdurmamalıyıq. Bayden administrasiyasının siyasəti təkcə enerji sektorunda deyil, hərbi müstəvidə də balanssız yanaşma ilə seçildi. ABŞ Ermənistana hərbi və iqtisadi yardımlarını artıraraq regionda destruktiv qüvvələrin mövqelərini gücləndirdi. 2023-cü ilin oktyabrında Ermənistanla keçirilən birgə hərbi təlimlər isə Vaşinqtonun bölgədə geostrateji oyunçu kimi öz statusunu qorumaq cəhdlərinin təzahürü oldu. Bu, regional təhlükəsizlik arxitekturasına mənfi təsir göstərməklə yanaşı, ABŞ-ın tərəfsiz vasitəçi imicinə də ciddi zərbə vurdu. Prezident İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumunda çıxışı zamanı eks-dövlət katibinin ikitərəfli münasibətləri zədələməsindən bəhs etdi: Biz hər zaman ABŞ-ın çox etibarlı, yaxın tərəfdaşı olmuşuq. Biz onlara lazım olanda onlarla idik. Biz onlara İraqda lazım olanda, qoşunla onlarla idik. Biz onlara Əfqanıstanda lazım olanda, 2001-ci ildə Əfqanıstanda əməliyyatlara qoşulan ilk qeyri-NATO ölkələrindən idik və oradan sonuncu çıxdıq. Lakin biz çıxandan sonra onlar bizə sanksiya tətbiq etdilər”. Bütün bu geosiyasi disbalanslara baxmayaraq, Azərbaycan ABŞ Dövlət Departamentinin təzyiqlərinə qarşı müqavimət göstərdi və iki ölkə arasında münasibətlərin tamamilə iflasa uğramasının qarşısını aldı. Bu baxımdan, post-Bayden dövründə ABŞ-ın yeni administrasiyasının regional siyasətdə daha praqmatik və realpolitik yanaşma sərgiləməsi zəruridir.

Müşfiq Səfərov

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri

 

 

 

 

 

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Artıq məcburi köçkünlərimiz bayramları öz isti ocaqlarında qeyd edirlər

Növbəti xəbər

Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

Əlaqədar Xəbərlər

“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Hamısı “ağsaqqal” olub, məsləhət vermək sevdasına düşüblər” – Elşən Musayev

2 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Xidmətlrini Ermənistan uğruna yerinə yetirən ədalətsiz qurum

3 gün əvvəl
Makronun məntiqsiz “vasitəçilik” ritorikası: İrəvan Parisin çətiri altında
Gündəm

Makronun məntiqsiz “vasitəçilik” ritorikası: İrəvan Parisin çətiri altında

4 gün əvvəl
Böyük Qayıdış Heydər Əliyev ideyalarının çağdaş təntənəsidir
Gündəm

Böyük Qayıdış Heydər Əliyev ideyalarının çağdaş təntənəsidir

5 gün əvvəl
20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz
Gündəm

Ulu Öndər ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur

5 gün əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası Azərbaycanın parlaq gələcəyinin əsasını qoydu

5 gün əvvəl
Növbəti xəbər
Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur
Xüsusi

“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur

2 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Hamısı “ağsaqqal” olub, məsləhət vermək sevdasına düşüblər” – Elşən Musayev

2 gün əvvəl
“Peşəkar tədrisə doğru” qrant layihəsi uğurla başa çatıb
Sosial

“Peşəkar tədrisə doğru” qrant layihəsi uğurla başa çatıb

2 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Xidmətlrini Ermənistan uğruna yerinə yetirən ədalətsiz qurum

3 gün əvvəl
Xüsusi

Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsü artıq reallığa çevrilib

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.